Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4685/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızı Ərizəçi X1 hüquqi faktın müəyyən edilməsi (doğum haqqında akt qeydinin bərpa barədə) tələbinə dair ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM Ərizəçi X2 maraqlı tərəf Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsi (doğum haqqında akt qeydinin bərpa barədə) tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi və doğum şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçi X1 ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Ərizəçinin tələbi nəticə etibarı ilə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi və doğum şəhadətnaməsinin verilməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il, 4 saylı qərarının 9.1 bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ərizəyə əlavə olunmuş sənədlərdən də görünür ki, ərizəçi Bakı şəhərində anadan olmuş, (ərizədə tarix xx.xx.1976-cı il göstərilmiş, pasportda 07.04.1976-cı il göstərilmişdir) doğum haqqında şəhadətnaməsi itirildiyindən yenisinin verilməsi üçün Nərimanov Rayon Qeydiyyat Şöbəsinə mütaciət olunmuş lakin ona imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Bu baxımdan, məhkəmə hesab edir ki, ərizəçi X1 ərizəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi X1 hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə həmin tələb üzrə aidiyyəti üzrə qeydiyyat orqanının imtinasından sonra inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Ərizəçi X1 hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə həmin tələb üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4685/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4685/2021
22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver