Məhkəmə qərarları › İş №2(005)-4707/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4707/2021

27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4707/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc kimi 400 manat, dəymiş maddi ziyana görə 2500 manat, mənəvi ziyana görə 1500 manat, cəmi 8000 manat pul məbləğinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh oğlu X1 12.20.2021-ci il tarixdə ərizə təqdim edərək bildirmişdir ki, anası Cavabdeh 03.09.2021-ci il tarixdə ikitərəfli pnevmoniya nəticəsində vəfat etmiş və bu barədə 22.09.2021-ci il tarixdə 771 nömrəsi ilə qeyd aparılmışdır. Bu səbəbdən də mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 3 saylı Bakı “Asan xidmət” X2 tərəfindən 22.09.2021-ci il tarixdə verilmiş AZ-İİ 220229 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh 03.09.2021-ci il tarixdə ikitərəfli pnevmoniya nəticəsində ölmüş və bu barədə 22.09.2021-ci il tarixdə 771 nömrəsi ilə qeyd aparılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh öldüyündən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazirki iş üzrə Cavabdeh öldüyündən, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 262-ci və 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata Cavabdeh öldüyündən xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar