Məhkəmə qərarları › İş №2(005)-472/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-472/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-472/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliəsgər Qayıbov küçəsi, 24K ünvanında yerləşən ümumi sahəsi 20 m2 olan qeyri-yaşayış binasını və həmin ünvanda yerləşən 0,05012 ha olan torpaq sahəsi üzrə Dövlət Əmlak Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh1 adına verilmiş seriya RX ******* nömrəli çıxarışın, bundan başqa, həmin çıxarışın və alqı-satqı müqaviləsinin əsasında sonradan sənədləşdirilmiş Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, Əliəsgər Qayıbov küçəsi, 24K ünvanında yerləşən ümumi sahəsi 20 m2 olan qeyri-yaşayış binasını və həmin ünvanda yerləşən 0,05012 ha olan torpaq sahəsi üzrə bağlanmış AN-İ №0858457 saylı 13.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, eyni zamanda bu alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, 1222-ci küçə, 12 ünvanın qarşısında "xxxx" MMC-nin istifadəsində olan 0,5025 ha torpaq sahəsinin boşaldılaraq onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 sentyabr 2018-ci il tarixli 7008 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına ilkin qeydiyyatdan keçirilmiş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,05012 ha torpaq sahəsi üzrə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Lakin onun tərəfindən göndərilmiş 21.08.2020-ci il tarixli 20 saylı sorğuya Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********88 nömrəli 04.09.2020-ci il tarixli cavabına əsasən yuxarıda qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,05012 ha torpaq sahəsi 11 saylı DNK-nın 4Ə-260 reyest nömrəli 13.07.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Nərimanov rayon İcra Hakimiyyətinin 3 №-li, 16.01.2015-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 1222-ci küçə, 12 ünvanın qarşısında "xxxx" MMC-nin istifadəsində olan ona məxsus 0,5025 ha torpaq sahəsində ticarət, məişət və iaşə xidməti obyektinin tikintisinə icazə verilmişdir. Qeyd etmişdir ki, sözügedən ünvandakı torpaq sahəsində "xxxx" MMC-yə ticarət, məişət və iaşə xidməti obyektinin tikintisinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 06.10.2008-ci il tarixli, 18/03-8/5567 saylı razılıq məktubu və Nərimanov RİH başçısının 26.12.2008-ci il tarixli, 615 №-li Sərəncamı ilə icazə verilmişdir. "xxxx" MMC 25.12.2014-cü il tarixili, 62 №-li məktubla Nərimanov RİH başçısının 26.12.2008-ci il tarixli, 615 №-li Sərəncamının mənim adıma sənədləşdirilməsinə razılığını bildirmiş və həmin sərəncamla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmamasına dair zəmanət verilmişdir. Bundan başqa, qeyd edilən Sərəncam üzrə qərara alınmışdır: 1.Nərimanov RİH başçısının 26.12.2008-ci il tarixli, 615 №-li Sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilsin; 2.Vətəndaş İddiaçı Nərirr.anov Rayonu, 1222-ci küçə, 12 ünvanında istifadədə olan 0,5025 ha torpaq sahəsində Bakı Şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz lahiyəsinə uyğun ticarət, məişət və iaşə xidməti tikintisinə icazə verilsin; 3.Tikinti işləri aparılan sahənin ətrafının inşaat tullantılarından və nəqliyyat vasitələrindən tökülən qruntlarından təmizlənməsi məqsədi ilə Rayon Mənzil Kommünal Təsərrüfatı Birliyi ilə müqavilə bağlanması İddiaçı tapşırılsın; 4.Tikinti İşləri razılaşdırılmış layihəyə uyğun aparılmasına nəzarət Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 17-ci Polis Bölməsinə tapşırılsın; 5.Tikinti işləri başa çatdıqdan sonra obyektə mükliyyət hüququna dair müvafiq şəhadətnamənin və texniki pasportun tərtib olunması məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsi İddiaçı tövsiyə olunsun; 6.Sərəncamın surətlərinin lazımı ünvanlara göndərilməsi Sənədlərləə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilsin; 7.Sərəncamın icrasına nəzarət RİH başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılsın. Lakin, bir müddətdən sonra ona məlum olmuşdur ki, Cavabdeh2 həmin sahədə çıxarış təqdim edərək onun istifadəsində olan torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir.Daha sonra alqı-satqı barədə məlumatları əldə etdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 məxsus qeyd edilən ünvanda olan 0,5025 ha torpaq sahəsini ələ keçirmiş, tərəflər arasında 13.07.2020-ci il tarixli alqı-satqı müqaviləsi imzalanaraq Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Konkret olaraq onun sərəncamında olan 0,05025 ha torpaq sahəsinə dair 13.07.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilib. Bundan əlavə ona məlum olmuşdur ki, həmin torpaq sahəsini digər Cavabdeh1 24.09.2018-ci il tarixli 7008 saylı alqı-satqı müqaviləsinə əsasən Əmlak Komitəsindən almışdır. Həmin torpaq sahəsinə görə alqı-satqı müqaviləsinin olması ona məxsus sərəncam veriləndən sonra satılmışdır. Bu hərəkətlər və qanunsuz alqı-satqı müqaviləsi onun konstitusion hüquqlarını kobud şəkildə pozur. Çünki həmin torpaq sahəsini o, qanuni və əsaslı sənədlər əsasında əldə etmişdir. Onun adına sərəncam olduğu halda bu cür alqı-satqıların aparılması yol verilməzdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh1 ayrı-ayrılıqda iddia ərizəsini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və üçüncü şəxslərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh1 satıcı ilə Cavabdeh2-alıcı arasında bağlanmış 13 iyul 2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliəsgər Qayıbov küçəsi, 24K ünvanında yerləşən ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsi və həmin ünvanda yerləşən 0,05012 ha olan torpaq sahəsini bütünlükdə alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakın dəyəri kimi 100000 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəsgər Qayıbov küçəsi, 24K ünvanında yerləşən ümumi sahəsi 20 kv.m olan qeyriyaşayış sahəsi və həmin ünvanda yerləşən 0,05012 ha olan torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi ilə 17 oktyabr 2018-ci il tarixdə qeydiyyat aparılmışdır; Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Cavabdeh1 məxsus 17 oktyabr 2018-ci il tarixdə daşınma əmlakın reyestr kitabında ********** nömrəsi ilə qeydə alınmış əmlak üzərində 13.07.2020-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 04.09.2020-ci il tarixli **********88 №li Vəkil1 sorğusuna cavab məktubundan görünür ki, onun RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər barədə məlumat və sənəd surətlərinin təqdim olunmasına dair 21.08.2020-ci il tarixli 20 saylı sorğusuna baxılmışdır. Bununla əlaqədər olaraq bildirilir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0.05012ha torpaq sahəsi 24.09.2018-ci il tarixli 7008 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir (RX seriyalı ******* nömrəli çıxarış verilmişdir), lakin 11 saylı DNK-nın 4Ə- 260 reyestr nömrəli 13.07.2020-ci il :arixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 16.01.2015-ci il tarixli, 3№-li Sərəncamından görünür ki, Nərimanov RİH başçısının 26.12.2008-ci il tarixli, 615 №li Sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, Vət. İddiaçı Nərimanov rayonu, 1222-ci küçə, 12 ünvanında istifadədə olan 0,5025 ha torpaq sahəsində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun ticarət, məişət və iaşə xidməti tikintisinə icazə verilməsi, tikinti işləri aparılan sahənin ətrafının inşaat tullantılarından və nəqliyyat vasitələrindən tökülən qruntlarıncan təmizlənməsi məqsədi ilə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlanması vət. İddiaçı tapşırılsın Tikinti işlərinin razılaşdırılmış layihəyə uyğun aparılmasına nəzarət Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 17-ci Polis Bölməsinə tapşırılması, tikinti işlərinin başa çatdıqdan sonra obyektə mülkiyyət hüququna dair müvafiq şəhadətnamənin və texniki pasportun tərtib olunması məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsi vətəndaş İddiaçı tövsiyə olunması, Sərəncamın surətlərinin lazımi ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvələ edilməsi, Sərəncamın icrasına nəzarət RİH başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 26.12.2008-ci il tarixli, 615№-li Sərəncamından görünür ki, "xxxx" MMC-yə, Nərimanov rayonu, 1222-ci küçə, 12 jYyli ünvanın qarşısındakı torpaq sahəsində, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun ticarət, məişət və iaşə xidməti obyektinin tikintisinə icazə verilməsi, Tikinti işləri aparılan sahənin ətrafının inşaat tullantılarından və nəqliyyat vasitələrindən tökülən qruntlardan təmizlənməsi məqsədi ilə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlanması "xxxx" MMC-yə həvalə edilməsi, Tikinti işlərinin razılaşdırılmış layihəyə uyğun aparılmasına nəzarət Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 17-ci Polis Bölməsinə tapşırılması, Tikinti işləri başa çatdıqdan sonra obyektə mülkiyyət hüququna dair müvafiq şəhadətnamənin və texniki pasportun tərtib olunması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə müraciət edilməsi "xxxx" MMC-yə tövsiyə olunması, sərəncamın surətlərinin lazımi ünvanlara göndərilməsi aparatın Ümumi şöbəsinə həvalə edilməsi, Sərəncamın icrasına nəzarət RİH başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəsgər Qayıbov küçəsi, 24K ünvanında yerləşən ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsi və həmin ünvanda yerləşən 0,050120 ha olan torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi ilə 13 iyul 2020-ci il tarixdə qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 18.12.2020-ci il tarixli məktubdan görünür ki, məhkəmənin Cavabdeh1 ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0.05012 ha torpaq sahəsi üzrə alqı-satqı müqaviləsinin alınmasına dair sənədlərin surətlərinin verilməsi ilə bağlı 25.11.2020-ci il tarixli, İş№2(005)-3806/2020 nömrəli sorğunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası, 7008 nömrəli, 24.09.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 17.10.2018ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Lakin sözügedən əmlak Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 13.06.2020- ci il tarixli 4Ə-260 reyestr nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən 13.07.2020-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, sədr müavini cənab X1satıcı ilə Cavabdeh1-alıcı arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli, 7008 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliəsgər Qayıbov küçəsi, 24K ünvanında yerləşən 20 kv.m olan qeyri-yaşayış binasını və 501,2 kv.m torpaq sahəsini bütünlükdə alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakın dəyəri kimi 102000 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2021-ci il tarixli, 10/2239 №-li ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, **********07-06301 reyestr nömrəsi ilə Cavabdeh2 adına qeydiyyatdan keçmiş ümumi sahəsi 20,0 m2 olan qeyri yaşayış binası və 0,05012 ha torpaq sahəsinin iddiaçının nümayəndəsi tərəfindən göstərilən torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən olunur. İş materiallarına "xxxx" MMC-tə tikinti üçün icazə verilmiş torpaq sahəsinin yerləşmə sxemi əlavə edilmədiyindən mübahisəli torpaq sahəsinin sərəncamla ayrılmış torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İnventar nömrəsi 04/6629, 29.04.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəsgər Qayıbov küçəsi, 24K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquq subyekti Cavabdeh1dur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəsgər Qayıbov küçəsi, 24K ünvanında yerləşən ümumi sahəsi 20 m2 olan qeyri-yaşayış binasını və həmin ünvanda yerləşən 0,05012 ha olan torpaq sahəsi 24 sentyabr 2018-ci il tarixli 7008 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, daha sonra 13.07.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə verilmişdir. Hər iki alqı-satqı müqaviləsi üzrə alıcılar Çıxarış əldə etmişlər. Hazırkı iddia üzrə İddiaçı isə Nərimanov rayon İcra Hakimiyyətinin 3 №-li, 16.01.2015-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 1222-ci küçə, 12 ünvanın qarşısında "xxxx" MMC-nin istifadəsində olan ona məxsus 0,5025 ha torpaq sahəsində ticarət, məişət və iaşə xidməti obyektinin tikintisinə icazə verildiyini bildirərək, cavabdehlər tərəfindən bağlanmış hər iki alqı-satqı müqaviləsinin qanunsuz olduğunu, həmçinin bu müqavilələrin onun hüquq və mənafelərinə toxunduğunu iddia edir. Bu səbəbdən “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və torpaq sahəsinin boşaldılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz həqiqi və hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. İddia ərizəsinin “çıxarışın ləğvi və torpaq sahəsinin boşaldılması” tələbi “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Ona görə də, iddia tələbi “çıxarışın ləğvi və torpaq sahəsinin boşaldılması” hissəsində də təmin edilməməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu, həmçinin Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat və mütəxəssis rəyinin dəyəri olan 311 (üç yüz on bir) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə ödənilməsi iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin dəyəri olan 311 (üç yüz on bir) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar