Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4838/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki işin baxılmamış saxlanılmasını xahiş etmiş iddiaçının ərizəsi təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 2(005)- 4838/2021 saylı qərardadı ilə ünvan 1 ünvanında yerləşən 58.7 kv.m qeyri-yaşayış binası (çıxarış № 1215283) və onun yerləşdiyi 90 kv.m torpaq sahəsinin özgəninkiləşdirilməsi Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 31 ” mart 2011-ci il tarixli, 03 saylı Qərarının 15-ci bəndinə görə iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması və iddianın təmin edilməsi ilə bağlı tədbirlərin ləğvi üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 2(005)-4838/2021 saylı qərardadı ilə ünvan 1 ünvanında yerləşən 58.7 kv.m qeyri-yaşayış binası (çıxarış № 1215283) və onun yerləşdiyi 90 kv.m torpaq sahəsinin özgəninkiləşdirilməsi Cavabdeh2 və digər şəxslərə qadağan edilməsinə dair iddianı təmin etmə tədbiri ləğv edilsin. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4838/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4838/2021
10.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver