Məhkəmə qərarları › İş №2(005)-4844/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4844/2021

28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4844/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi X8 nümayəndəsi və vəkili X13 iştirakı ilə, Ərizəçi X8 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X14 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı, 12 dekabr 1957-ci il təvəllüdlü X6 22 avqust 2021-ci il tarixdə Bakı şəhərində ölməsı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X14 ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı 12 dekabr 1957-ci il təvəllüdlü X10 22 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Yaşadığı ünvan 1 ünvanında ankoloji xəstəlikdən əziyyət çəkən həyat yoldaşı X6 22 avqust 2021-ci il tarixdə vəziyyəti pisləşdiyindən tərəfindən təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım briqadası gələrək dərhal tibbi yardım etmək üçün çalışmalarına baxmayaraq həyat yoldaşı X10 vəfat etmişdir. X10 22 avqust 2021-ci il tarixdə Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında dəfn edilmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün qanunla müəyyən edilmiş müddətdə poliklinikaya müraciət edilməsi üçün ala bilməmiş və bu səbəbdən də Maraqlı şəxs tərəfindən həyat yoldaşı X6 ölümü qeydiyyata alınmamışdır. Məlumat üçün bildirir ki, həyat yoldaşı X10 ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Hal-hazırda həyat yoldaşı X6 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır (vərəsəlik və.s). Ərizəçi X8 nümayəndəsi və vəkili X21 məhkəmə iclasında 12.12.1957-ci il təvəllüdlü X5 22.08.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs 19 oktyabr 2021-ci il tarixli 1698 nömrəli məktubla məhkəməyə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar nümayəndəsinin məhkəmədə iştirak edə bilməyəcəyindən, işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin mayəndəsi və vəkili X13 izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Naxçıvan şəhər VVAQ Şöbəsinin 314799 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X14 arasında 24 mart 1980-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 mart 1980-ci il tarixdə 55 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir; Naxçıvan ŞPİ tərəfindən 15.10.2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Naxçıvan şəhəri Babək rayonunda anadan olan X4 şəhəri, Şəhriyar küçəsi, döngə-1, ev-6 ünvanında qeydiyyatda olmuşdur; AA1963014 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 12.12.1957-ci il tarixdə anadan olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 13 sentyabr 2021-ci il tarixli 64 nömrəli arayışının məzmunundan görünür ki, X8 həyat yoldaşı X2 rayonu Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında 22.08.2021-ci il tarixdə dəfn edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat X1 ünvanladığı 28 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Maraqlı şəxs onun X8 həyat yoldaşı X6 ölümünün qeydiyyata alınması barədə 28 sentyabr 2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun müvafiq ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Bakı şəhəri Təcili və X16 Stansiyasının 22.08.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 22.08.2021-ci il saat 13:30 radələrində H.Əliyev prospekti, 78m- 12 ünvanında X6 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkim yanında ölüm diaqnozu qoyulmuşdur; Məhkəmə iclasında ifadə verən şahid X17 bildirmişdir ki, ərizəçi onun baldızıdır. X10 22.08.2021-ci il tarixdə Bakı şəharində vəfat etmiş və Qurd qapısı qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ifadə verən şahid X22 bildirmişdir ki, mərhum şəxs onun qardaşıdır. X3 222.08.2021-ci il tarixdə Bakı şəharində, yaşadığı evdə vəfat etmiş və Qurd qapısı qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X6 22.08.2021-ci il tarixdə Bakı şəharində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X6 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 dekabr 1957-ci il təvəllüdlü X6 22.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar