Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4849/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, əri X2 16.08.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, X3 25.01.1953-cü il tarixdə Yevlax şəhərində doğulmuşdur. O, 16.08.2021-ci il tarixdə vəfat etmiş və Abşeron rayonu Mehdiabad qəbirstanlığında dəfn edilib. Hal-hazırda müəyyən sənədləşmə halları ilə bağlı onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması üçün ərizə ilə müraciət edilsə də, Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Verilmiş imtina məktubunda iddiaçıya bildirilmişdir ki, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçi X4 ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X1 Eldəniz Mənsim oğlunun 16.08.2021-ci il tarixdə öldüyünü və Abşeron rayonu Mehdiabad qəbiristanlığında dəfn edildiyini ifadəsində təsdiq etdi. Məhkəmə iclasında şahid X8 ifadəsində X2 vəfat etdiyini və Abşeron rayonu Mehdiabad qəbiristanlığında dəfn edildiyini təsdiq etdi. İş materiallarında olan Maraqlı şəxs 17.09.2021-ci il tarixli, 207 №-li məktubundan görünür ki, Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan BŞT və TTYS 1 saylı bölmə tərəfindən 16.08.2021-ci il tarixdə verilmiş TTYS Statistika şöbəsinin Təcili və X5 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanında, 16.08.2021-ci il tarixdə X2 öldüyü müəyyən olunmuşdur. İş materiallarında olan 116 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X3 27.02.2018-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyata düşmüşdür. BŞT və TTYS 1 saylı bölmə tərəfindən verilmiş TTYS Statistika şöbəsinin Təcili və X5 Stansiyasının xəbərdarlıq vərəqəsinə əsasən 16.08.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Pirşağı bələdiyyəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X3 16.08.2021-ci il tarixdə ölmüşdür və Pirşağı qəsəbəsi 2 saylı sovxoz qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan AZE 17779494 saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, X3 25.01.1968-ci il tarixdə Yevlax şəhərində doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, 25.01.1968-ci il təvəllüdlü X2 16.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.01.1968-ci il təvəllüdlü X2 16.08.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4849/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4849/2021
10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver