Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4852/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 10.06.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X7 onun qardaşıdır. X7 28.02.1959-cu ildə Mirbəşir (Tərtər) şəhərində doğulmuşdur. 10.06.2021-ci il tarixdə qardaşı X3 vəziyyəti ağırlaşmış və X13 gələnə qədər vəfat etmişdir. X1 gün Tərtər rayonunda yerləşən qəbristanlığında dəfn etmişlər. Sonra ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmiş, lakin oradan bildirilmişdir ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonuşusudur. X2 3 ili bacısı Ərizəçi yanında yaşamışdır. X7 insult keçirmiş və yataq xəstəsi idi. 10.06.2021-ci il tarixdə vəfat edib. Tərtər rayonunda yerləşən qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X10 ifadəsində bildirmişdir ki, o, X3 əmisi nəvəsidir. Dəfndə iştirak etdiyini və Tərtər rayonunda yerləşən qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X5 28.02.1959-cu il tarixdə Mirbəşir (Tərtər) şəhərində doğulmuşdur. Maraqlı şəxs 171 saylı 10.08.2021-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanlarının xaricindədir. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Tərtər Bələdiyyəsinin 31.08.2021-ci il tarixli, 238 nömrəli məktubundan görünür ki, X7 10.06.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Tərtər şəhər qəbiristanlığında 11.06.2021-ci il tarixdə Ərizəçi tərəfindən dəfn edilmişdir. Bakı şəhəri Təcili və X6 Stansiyası tərəfindən verilmiş 10.06.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 10.06.2021-ci il tarixdə saat 13:00-da X3 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Qəbr daşının fotoşəklindən görünür ki, X7 28.02.1959-cu ildə doğulmuş və 2021-ci ildə rəhmətə getmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 28.02.1959-cu ildə Mirbəşir (Tərtər) şəhərində anadan olmuş X7 10.06.2021-ci il tarixdə vəfat edib və 11.06.2021-ci il tarixdə Tərtər şəhər qəbirstanlığda dəfn edilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X3 10.06.2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28.02.1959-cu ildə Mirbəşir (Tərtər) şəhərində anadan olmuş X3 10.06.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4852/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4852/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver