Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4923/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əmirxanova Kəmalə Fərman qızı, Kreditor MMC-nin Borclu barədə borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, iş üzrə Borclu kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 398 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 252 manat borcu qalıb. Odur ki, borcludan 495 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 515 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Borclu xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 495 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 515 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş edilmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2, 279.2.3-ci maddələrinə əsasən bundan başqa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina üçün əsasdır. Məhkəmə hesab edir ki, kreditorun borcluya qarşı tələbi mübahisəsiz olmadığından ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275- 279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu barədə borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4923/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4923/2021
06.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver