Məhkəmə qərarları › İş №2(005)-5030/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5030/2021

06.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5030/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, iddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı "borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı "borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu 03.12.2019-cu il tarixli ******* saylı “Alqı-satqı Müqaviləsi” üzrə əsas məbləğ 920 (doqquz yüz iyirmi) manat, 92 (doxsan iki) manat cərimə və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5036/2021 saylı 04.10.2021-ci il tarixli məhkəmə əmrinə əsasən, iddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı "borcun ödənilməsi” tələbinə dair iddiası üzrə məhkəmə əmri verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4, 263, 264-cü maddələrin əsasən məhkəmə QƏRARA ALDİM: İddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı "borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin və sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar