Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5075/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X2 31.08.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X3, onun həyat yoldaşıdır. O, 12.09.1948-ci ildə tarixdə Beyləqan rayonunda anadan olmuşdur. Onun yoldaşında xroniki astma bronxit xəstəliyi olmuşdur. Ölümündən bir həftə əvvəl astması yüksəlmiş, boğulmaları olmuş, qanında laxtalanma yüksəlmişdir, müalicə olunsa da, təsiri olmamış, o, 31 avqust 2021-ci ildə vəfat etmişdir. Yoldaşı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 31.08.2021 tarixdə mərhum həyat yoldaşı, X2 vəziyyəti ağırlaşmış və təcili tibbi yardım gələnədək vəfat etmişdir. Qeyd edilən hal Təcili və X6 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən də görülür. 01.10.2021-ci il tarixdə mərhum həyat yoldaşını Müşfiqabad qəbristanlığında dəfn etmişdir. O, 24.09.2021 tarixdə Bakı şəhəri, Maraqlı şəxsnə mərhum həyat yoldaşının ölümünün qeydə alınması barədə müraciət etsə də, ölüm faktını təsdiq edən tibbi müəssisəsinin müvafiq sənədi olmadığından ölümünün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Həyat yoldaşı ünvan 1 ünvanında qeydiyyatda olduğundan ölüm haqqında şəhadətnamə alınmadan onun həmin ünvandan qeydiyyatdan çıxarılması mümkün deyil. Buna görə də, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X3 onun anasıdır, 31.08.2021 tarixdə vəziyyəti ağırlaşmışdır. Təcili yardım çağrılmışdır, lakin gələnə qədər artıq Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 71, mənzil 411 ünvanında vəfat etmişdir. Mərhumun hüzr mərasimində iştirak etmişdir. Məhkəmə, Ərizəçi izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 09.01.2017-ci il tarixdə ASAN1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1954-cü il tarixdə Azərbaycan, Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır; 21.04.2005-ci il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 02378259 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X3 12.09.1948-ci il tarixdə Azərbaycan, Beyləqan rayonu, Əlinəzərli kəndində anadan olmuş, Bakı şəhəri, F.Yusifov küçəsi, ev 71, m 411 ünvanında qeydiyyatdadır; X4 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 31.08.2021-ci il tarixdə saat 13:37-də X3 vəfat etmişdir. Azərbaycan Respublikası Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsinin arayışına əsasən X3 31.08.2021-ci il tarixdə Müşfiqabad qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs 24.09.2021-ci il tarixli, 213 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Bakı Nərimanov rayon ZAQS şöbəsi tərəfindən 10.07.1981-ci il tarixdə verilmiş İİ-JQ seriyalı, 437312 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi ilə X5 arasında 10.07.1981-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 521 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəsirov, arvada Nəsirova soyadı verilmişdir; 04.10.2021-ci il tarixli ödəniş qəbzlərinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 12.09.1948-ci il tarixdə anadan olmuş X3 Ərizəçi arvadıdır. Ərizəçi Bakı şəhəri, F.Yusifov küçəsi, ev 71, m 411 ünvanında qeydiyyatdadır. X3 31.08.2021-ci il tarixdə ünvan 6 ünvanında vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X2 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 12.09.1948-ci il tarixdə anadan olmuş X2 31.08.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12.09.1948-ci il tarixdə anadan olmuş X3 31.08.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı Şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-5075/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5075/2021
16.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver