Məhkəmə qərarları › İş №2(005)-5095/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5095/2021

08.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5095/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı, Kreditor MMC-nin Borclu qarşı “pul” tələbinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC-nin Borclu kreditorun xeyrinə 1689 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulması haqqında məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Hesab edirəm ki, Kreditor MMC tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, kreditor ərizədə 29.02.2020-ci il tarixli İD ******* saylı müqaviləyə əsasən qiyməti 1989 manat dəyərində olan İT məhsulları satdığını qeyd edir. Ancaq mülki işə həmin tarixli müqavilə əlavə olunmamışdır. Bundan başqa 15.02.2020-ci il tarixli İD ******* saylı 3 ədəd müqavilə əlavə olunmuşdur. Həmin müqavilənin birində İİİ fəslində satılan əşyanın qiyməti 1859 AZN, İV fəslində isə cədvəldə əşyanın qiyməti 1989 AZN qeyd edilmişdir. Göründüyü kimi təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən, məhkəmə əmri tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa verilə bilər. 279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; ərizənin qəbul edilməsindən imtina üçün əsasdır. 279.3-cü maddəsinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır və bu qərardaddan şikayət verilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı “pul” tələbinə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar