Məhkəmə qərarları › İş №2(005)-5134/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5134/2021

11.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5134/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun tutulması barəsində əmr icraatı qaydasında ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: kreditor "xxxx" MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1334 manat pulun Borclu tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 277.1-ci maddəsinə əsasən, Məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçinin ərizəsinə sadələşdirilmiş qaydada baxıla bilməz. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasında yol verilir. Məcəllənin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin verilməsindən imtina edilir. Məhkəmə qeyd edir ki, əmr hazzırda ərizə verilərkən 01 oktiyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası MPM-nin olunmuş dəyişikliklər nəzərə alınmaqla məcəllənin 278ci maddəsinin tələbləri pozulmuş, eyna zamanda, dövlət rüsumu az məbləğdə ödənilmişdir. «Dövlət rüsumu haqqında» Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 278.4-cü maddəsinə əsasən, ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 279, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldı : kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun tutulması barəsində ərizəsinin qəbul olunmasından imtina edilsin. "xxxx" MMC -yə izah edilsin ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar