Məhkəmə qərarları › İş №2(005)-5160/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5160/2021

07.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5160/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin" Azneft" İstehsalat Birliyinə qarşı “əmrin ləğv olunması, işə bərpa və son haqq” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “əmrin ləğv olunması, işə bərpa və son haqq” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 03.08.2021-ci il tarixli 851 saylı əmrin ləğv olunması, onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adma idarədə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunmağı, məcburi iş buraxma günləri üçün 03.08.2021-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Laçın rayonunun Qarakeçdi kəndində doğulmuşdur. 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüşlər. 1991-1993-cü illərdə könüllü olaraq cəbhəyə getmiş, Qarabağ və ətraf rayonlarda gedən döyüşlərdə mərdliklə iştirak etmişdir. 2010-cu il tarixdən 03.08.2020-ci ilədək ARDNŞ-nin H.Z Tağıyev adına idarədə qazmaçı köməkçisi işləmişdir. Həmin müddətdə işdə heç bir problemi və səhlənkarlığı olmamışdır. Hətta rəhbərliyin əmrin vaxtında və layiqincə yerinə yetirməklə rəğbətin qazanmışdır. Sonuncu rəhbərlik tərəfindən ona bildirilmişdir ki, işdən azad olunmağınla bağlı ərizə yazmalısan. O, səbəbin bilmək istədikdə işçi çoxdur onlara işçi ehtiyac deyil. O, onlara bildirmişdir ki, onun bir övladı qarabağ müharibəsi iştirakçısıdı digəri tələbədir, həyat yoldaşı isə 2-ci qrup əlildir. Ailələri az təminatlı ailədir. Heç bir yerdən gəliri yoxdur. Evdə tək pul qazanan odur. 03.08.2021-ci il tarixdə onu çağırıb işdən çıxarma barədə əmri ona təqdim etmişlər. Sonradan işə bərpa olunmaq istəsə də bildirmişlər ki. artıq mən işdən azad olunmuşam və məni işə bərpa elməkdən imtina etdilər. Bildirir ki, ailəsi 4 nəfərdən ibarət olmaqla iki övladı tələbədir. Ailədə işləyən tək odur və bu iş yeri isə onun yeganə qazanc yer olmuşdur. İş üçün müraciət etdiyi yerlərdə ondan əmək kitabçasını tələb etmişdir. Məhz cavabdehin onu öz işinə bərpa etməkdən imtinası, qanunsuz olaraq onu işdən azad etməsi nəticəsində ağır maddi çətinliklərlə məruz qalmışdır. Onu da qeyd edim ki, mən 01.09.202l-ci il tarixdə Mediasiya ya müraciət etmişdir. 20.09.2021-ci il tarixdə mediasiya iclası keçirilmiş 22.09.2021-ci il tarixdə arayış verilmişdir. O, sənədlərini iddia ərizəsinə qoşaraq Xəzər Rayon Məhkəməsinə ünvanlamışdır. Məhkəmə aidivyatı düz olmadığı üçün iş geri qaytarılmışdır. 11.10.2021-ci il tarixdə sənədləri rəsmi qaydada məhkəmədən almışdır. Hesab edir ki, onun işdən azad olunmağı barədə əmr tam qanunsuzdur, əmək qanunvericiliyinin normalarının kobudcasına pozulması ilə qəbul edilmişdir buna görə də ləğv olunmalıdır. Bildirmişdir ki, məhz cavabdehin qanunsuz sərəncamı ilə işdən azad olunmağı nəticəsində işsizdir, öhdəsində 4 nəfər ailə üzvü olmaqla ailədə yeganə qazanc gətirən şəxs olaraq ağır maddi durumdadır. Hesab edir ki, cavabdehin onun işdən azad olunmağ barədə əmr ləğv olunmalı, o, öz işinə- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına idarədə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunmalıdır. Həmçinin cavabdehin qanunsuz əməlləri nəticəsində məcburi iş buraxma günləri üçün 03.08.2021-ci il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının, dövlət qulluqçusu üçün nəzərdə tutulmuş mükafatlar, əlavələr hesablanaraq ona ödənilməlidir. Daha sonar iddiaçı 10.11.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin" Azneft İstehsalat Birliyi iş üzrə cavabdeh qismində cəlb edilsin və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin" Azneft" İstehsalat Birliyinin 03.08.2021-ci il tarixli 851 saylı əmrin ləğv olunması, onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına idarədə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunmağı, məcburi iş buraxma günləri üçün 03.08.2021 -ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün ıni'ddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq ona ödənilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyindən müştərək qaydada 3000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini azaldaraq yalnız “Azneft İB”-yə qarşı müdafiə etdiyini və cavabdeh qismində “Azneft İB”-nin tanınmasını, həmçinin mülki işin aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında mülki işin aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin" Azneft" İstehsalat Birliyinə qarşı “əmrin ləğv olunması, işə bərpa və son haqq” tələbinə dair iddia ərizəsi üzrə iddiaçı tərəfindən iddia tələbinin həcmi azaldıldığından və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh qismindən çıxarıldığından və digər cavabdeh olan Cavabdeh2 hüquqi ünvanı ilə əlaqədar mülki işin ərazi aidiyyatı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi olmadığından mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehin ünvanının olduğu yerin məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin" Azneft" İstehsalat Birliyinin hüquqi ünvanı ünvan 4ı Mülki Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; Həmin məcəllənin 36.6-cı maddəsinə əsasən Şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər; Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin" Azneft" İstehsalat Birliyinə qarşı “əmrin ləğv olunması, işə bərpa və son haqq” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin" Azneft" İstehsalat Birliyinə qarşı “əmrin ləğv olunması, işə bərpa və son haqq” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar