Məhkəmə qərarları › İş №2(005)-5190/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5190/2021

08.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5190/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi Qurbanzadə (Qurbanov) Emin Cavanşir oğlunun iştirakı ilə, Ərizəçi Qurbanzadə (Qurbanov) Emin Cavanşir oğlunun maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Qurbanzadə (Qurbanov) Emin Cavanşir oğlunun maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası – 06.05.1949-cu il təvəllüdlü X3 05.09.2021-ci il tarixdə Bakı şəhəri, A.Heydərov küçəsi, ev 33, mənzil 32-də ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Atası - 03.05.1949-cu il təvəllüdlü X5 onunla birlikdə Bakı şəhəri, A.Heydərov küçəsi, ev 33, mənzil 32-də yaşayırdı. 05.09.2021-ci il tarixdə saat 23:45 radələrində atası həmin mənzildə COVİD-19 xəsətəliyindən vəfat etmiş, 06.09.2021-ci il tarixdə AR Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi»nin Sabunçu rayon Şöbəsinin meyidxanasına gətirilmiş və onun meyidi müvafiq tələblərə uyğun dezinfeksiya olunaraq bükülmüş, dəfn olunması üçün onlara verilmiş, 06.09.2021-ci il tarixdə Sabunçu rayonu Buzovna qəbristanlığında dəfn olunmuşdur. X1 05.09.2021-ci il tarixdə vəfat etməsi və 06.09.2021-ci ildə Buzovna qəbristanlığında dəfn olunması Təcili və X9 Stansiyasının 05.09.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi və AR Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin X7 05.10.2021-ci il tarixli 70 saylı arayışı ilə sübut edilir. Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, Şöbənin 05.10.2021-ci il tarixli 217 saylı rəsmi cavabında ona ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ölüm faktının müəyyən edilməsi ona mərhum X1 qeydiyyatda olduğu Bakı şəhəri, A.Heydərov küçəsi, ev 33, mənzil 32-dən qeydiyyatdan çıxarılması üçün lazımdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçi Qurbanzadə (Qurbanov) Emin Cavanşir oğlu ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçi ilə ailəvi dostdurlar. X5 vəfat edib və dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X14 ifadəsində bildirmişdir ki, X5 dostunun atasıdır. Təxminən 3-4 ay əvvəl vəfat etmişdir. Dəfndə iştirak etdiyini və Buzovna qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Təcili və X10 Stansiyası tərəfindən verilmiş 05.09.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 05.09.2021-ci il tarixdə saat 23:45-də X3 adına çağırış olmuş, Covid-19 nəticəsində həkimin yanındaə qədər vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X15 06.09.2021-ci il tarixli, 2541 nömrəli arayışından görünür ki, 06.09.2021-ci il tarixdə Birliyin Sabunçu rayon şöbəsinin meyitxanasına gətirilmiş 1949-cu il təvəllüdlü X3 müyiti müvafiq tələblərə uyğun dezinfeksiya olunaraq bükülmüş və dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə və Vətəndaşlıq Xidməti Trestinin arayışından görünür ki, Ərizəçi atası X2 qəbristanlığında 06.09.2021-ci il tarixdə dəfn olunmuşdur. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. AZE 01254593 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 03.05.1949cu il tarixdə Şəmkir rayonunda doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2li məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, atası X4r. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 03.05.1949-cu ildə Şəmkir rayonunda anadan olmuş X5 05.09.2021-ci il tarixdə vəfat edib və 06.09.2021-ci il tarixdə Sabunçu rayonu Buzovna qəbirstanlığda dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X3 05.09.2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03.05.1949-cu ildə Şəmkir rayonunda anadan olmuş X3 05.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar