Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5228/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndi, Göy-Qurşağı Məmmədli MTKnə məxsus bina 3, mənzil 54 ünvanında yaşamış Allahverdiyev Eldar Rza oğlunun 29 iyun 2021ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 17 sentyabr 1974-cü ildə X6 ilə nikah daxil olmaqla ailə qurmuşdur.2019-cu ilin yanvar ayında Abşeron rayonu, Məmmədli kəndi, Göy- Qurşağı Məmmədli MTK-da şəhdi ailələrinə dövlət tərəfindən verilən mənzilə köçmüşlər və orada yaşamağa başlamışlar. Məmmədli kəndinə yeni köçdüyündən və həyat yoldaşında olan xəstəliklərlə bağlı Bakıda olan özəl xəstəxanalara getdiklərindən Abşerom rayonu həkim məntəqəsinə qeydiyyata düşə bilməmişdir. 29 iyun 2021-ci il tarixdə həyat yoldaşı Allahverdiyev Eldar Rza oğlu axşam saatlarında insult keçirərək, qəflətən rəhmətə getmişdir. X16 Xidmətinə müraciət etsələr də, həkimlər gələnə qədər artıq həyat yoldaşı rəhmətə getmişdir. Məhz bu səbəbdən, Abşeron rayonu Məmmədli həkim məntəqəsindən xəstəliyi və qeydiyyatda olmamasına əsasən ölüm haqqında şəhjadətnamə verə bilməmişlər. Abşeron rayon Qeydiyyat Şöbıəsinə müraciət etdikdə tibbi şəhadətnamənin olmamasına əsaslanaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həyat yoldaşına ölüm haqqında şəhadətnamə alınmaması onun üçün həm mənəvi əhəmiyyəti vardır, həm də onun qeydiyyatının ləöv edilməsi üçün əsasdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında həyat yoldaşı Allahverdiyev Eldar Rza oğlunun 29 iyun 2021-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Səadət Sarayı tərəfindən 17 sentyabr 1974-cü il tarixdə verilmiş İ-JQ302261 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Eyvazova Gülnaz Baxşalı qızı arasında 17 sentyabr 1974-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3198 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir; Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 02319681 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20.10.1944-cü ildə Ordubad rayonu, Dəstə kəndində anadan olmuş X6 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi ev 26, mənzil 110 ünvanında qeydiyyatda olmuşdur; “X15” Mənzil Tikinti Kooperativi tərəfindən 14.07.2021-ci il tarixdə verilmiş 86 saylı arayışdan görünür ki, X1 rayonu, Məmmədli kəndi, Göy-Qurşağı Məmmədli MTK-nə məxsus bina 3, mənzil 54 ünvanında yaşamışdır. Maraqlı şəxs Ərizəçi ünvanladığı 28 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi onun Ərizəçi həyat yoldaşı X5 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun müvafiq ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Bakı şəhəri Təcili və X8 Stansiyasının 29 iyun 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 29.06.2021-ci il tarixdə 00:45 radələrində Abşeron rayonu, Məmmədli kəndi, Göy-Qurşağı Məmmədli MTK-nə məxsus bina 3, mənzil 54 ünvanında Allahverdiyev Eldar Rza oğlunun adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkim yanında ölüm diaqnozu qoyulmuşdur; Abşeron rayonu Məmmədli həkim məntəqəsi tərəfindən 15.07.2021-ci il tarixdə verilmiş Arayışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, Göy-Qurşağı Məmmədli MTK-nə məxsus bina 3, mənzil 54 ünvanında Allahverdiyev Eldar Rza oğlunun Məmmədli həkim məntəqəsində tibbi qeydiyyatda olmamış, mərhumun ölümü və xəstəliyi haqqında heş bir məlumat olmadığı üçün həkim məntəqəsi ölüm haqqında tibbi şəhadətnamə verə bilmir. Məhkəmə iclasında ifadə verən şahid Allahverdiyeva Yüganə Eldar qızı bildirmişdir ki, ərizəçi onun anası, mərhum X6 isə atası olmuşdur. Atası X6 29 iyun 2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Göy-Qurşağı Məmmədli MTK-nə məxsus bina 3, mənzil 54 ünvanında qəflətən vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Allahverdiyev Eldar Rza oğlunun 29.06.2021-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və Allahverdiyev Eldar Rza oğlunun vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 oktyabr 1944-cü il təvəllüdlü Allahverdiyev Eldar Rza oğlunun 29.06.2021-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5228/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5228/2021
22.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver