Məhkəmə qərarları › İş №2(005)-5259/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5259/2021

22.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5259/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Həsənov Arif Mahmud oğlunun 19.03.1995-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X6 18 yanvar 1941-ci ildə Bakı şəhərində anadan olmuş və 19 mart 1995-ci il tarixdə qəflətən vəziyyəti ağırlaşmış və təcili tibbi yardım həkimləri gələnə kimi vəfat etmişdir. Mərhum həyat yoldaşını Keşlə qəsəbə qəbirstanlığınmda dəfn etmişlər və bunu təsdiq edən arayış da mövcuddur. Həyat yoldaşı 1995-ci ildə vəfat etsə də, təcili tibbi yardım stansiyasının verdiyi arayışın öülm haqqında şəhadıətnaməni əvəz etdiyini düşündüyündən, hal-hazırkı vaxtadək ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat Şöbəsinə müraciət etməmişlər. Lakin hal-hazırda Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə tibbi şəhadətnamənin olmamasına əsaslanaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında həyat yoldaşı X4 19 mart 1995-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nəsimi rayon VVADQ Şöbəsi tərəfindən 11.11.1973-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Arif Mahmud oğlu ilə Cahangirova Gülcahan Bəkir qızı arasında 11 noyabr 1973-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 730 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir; SSRİ Vətəndaşının pasportunun surətindən görünür ki, Həsənov Arif Mahmud oğlu 18 yanvar 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 15.07.2004-cü il tarixdə verilmiş arayışdan görünür ki, X6 Bakı şəhərinin Keşlə qəbirstanlığında dəfn olunub və onun qəbirüstü abidəsi vardır, üzərində X12 oğlu 1941-1995 sözləri yazılmışdır. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 20 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi onun həyat yoldaşı Həsənov Arif Mahmud oğlunun ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun müvafiq ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Bakı şəhəri Təcili və X3 Stansiyasının 19 mart 1995-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 19.03.2021-ci il tarixdə saat 11:30 radələrində Həsənov Arif Mahmud oğlunun adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkim yanında ölüm diaqnozu qoyulmuşdur; Məhkəmə iclasında ifadə verən şahid Həsənova Sevda Arif qızı bildirmişdir ki, ərizəçi onun anası, mərhum Həsənov Arif Mahmud oğlu isə atası olmuşdur. Atası Həsənov Arif Mahmudoğlu uzun müddət qaraciyər serrozu xəstəliyindən əziyyət çəkmiş və 19 mart 1995-ci il tarixdə yaşadığı evdə qəflətən vəfat etmişdir. Atasını Keşlə qəsəbə qəbirstanlığında dəfn etmişlər Məhkəmə iclasında ifadə verən şahid X10 bildirmişdir ki, ərizəçi ilə qonşuluqda yaşayır. Həsənov Arif Mahmud oğlu qaraciyər serrozu xəstəliyindən əziyyət çəkmiş və 19 mart 1995-ci il tarixdə yaşadığı evdə xəstəlik səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Həsənov Arif Mahmud oğlunun 19.03.1995-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və Həsənov Arif Mahmud oğlunun vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 yanvar 1941-ci il təvəllüdlü Həsənov Arif Mahmud oğlunun 19.03.1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar