Məhkəmə qərarları › İş №2(005)-554/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-554/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-554/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilin sökülməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə “kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilin sökülməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilinin dəyəri müqabilində ona 350000 manat pul vəsaitinin birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülərək, ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. xx.xx.2021-ci il tarixində ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişdir. Məhkəmə tərəflərin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizələr əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizələrə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarının 15-ci bəndinə əsasən, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3992/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə görülmüş təmin tədbiri ləğv edilməlidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3992/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16A saylı evin, 10 saylı mənzilinə dair hər hansı hərəkətin edilməsinin qadağan edilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, iddia ərizələri baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3992/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə görülmüş təmin tədbiri ləğv edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizələr təmin edilsin. İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilin sökülməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə “kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizələrinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3992/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə görülmüş təmin tədbiri ləğv edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar