Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5686/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, iddiaçılar Yusifova (Cəmilova) Reyhan Əlisoltan qızı və İddiaçı2 Cavabdeh ASC-yə (Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə) qarşı “kredit müqaviləsinin və icra sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Yusifova (Cəmilova) Reyhan Əlisoltan qızı və İddiaçı2 Cavabdeh ASC-yə (Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə) qarşı “kredit müqaviləsinin və icra sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2512/14 saylı, 30.04.2014-cü il tarixli məhkəmə qətnaməsi əsasında (842.49 manat məbləğində əsas borc, 178.76 manat məbləğində faiz borcu) icra hərəkətlərinin dayandırılması, Cavabdeh ASC ilə aramızda 23.11.2011-ci il tarixli bağlanmış (istehlak) kredit müqaviləsinin və 2(060)-2512/14 saylı, 30.04.2014-cü il tarixli məhkəmə qətnaməsi əsasında (842.49 manat məbləğində əsas borc, 178.76 manat məbləğində faiz borcu iddiaçılardan tutulub Cavabdeh ASC-yə ödənilməsi) verilmiş icra sənədlərinin (xitam edilməsi) ləğv edilməsinə dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddia ərizəsindən görünür ki, iddiaçılar məhkəmə qətnaməsi üzrə icra hərəkətlərinin dayandırılması və icra sənədinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Məhkəmə hesab edir ki, iddiaçıların tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Beləliklə, məhkəmə hesab edir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, iddiaçılar Yusifova (Cəmilova) Reyhan Əlisoltan qızı və İddiaçı2 Cavabdeh ASC-yə (Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə) qarşı “kredit müqaviləsinin və icra sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Yusifova (Cəmilova) Reyhan Əlisoltan qızı və İddiaçı2 Cavabdeh ASC-yə (Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə) qarşı “kredit müqaviləsinin və icra sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçılar Yusifova (Cəmilova) Reyhan Əlisoltan qızı və İddiaçı2 Cavabdeh ASC-yə (Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə) qarşı “kredit müqaviləsinin və icra sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-5686/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5686/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver