Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-577/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci ildə Azərbaycan, Naxçıvan, MR, Ordubad rayonunda anadan anadan olmuş və ünvan 1 ünvanda mənimlə birgə yaşayan oğlum X5 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X8 onun oğlumdur, xx.xx.2002-ci ildə Azərbaycan, Naxçıvan, MR, Ordubad rayonunda anadan olmuşdur. Anadangəlmə daun xəstəsidir, xəstəliyi ilə əlaqədar olaraq əqli çəhətdən çox geri qalmışdır, fəaliyyət qabliyyəti yoxdur, öz hərəkətlərinə cavab verə bilmir, digər şəxsin köməyinə ehtiyacı vardır, ərizəçi onun qəyyumu olmaq istəyir. Bu məqsədlə isə oğlu Mahmud fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməlidir. Hesab edilir ki, oğlu məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilərsə, onun həyat şəraiti qismən də olsa, ərizəçinin vasitəsilə yaxşılaşar. Onu da qeyd edir ki, 1-ci qrup daun xəstəsidir, ərazi üzrə Nərimanov rayon 8 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır. Oğlunun belə durumu onu adi məişət əqdlərini bağlamaqdan, hətta öz pensiyasını müstəqil surətdə gedib almaqdan belə məhrum etmişdir. Ona görə hər dəfə ərizəçi onun pensiyasını alarkən müəyyən çətinliklərlə üzləşir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyniməzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsi X11 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri İcraHakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Xüsusi Təyinatlı MKTB-nin 25 saylı Mənzil Kommunal İstismar sahəsinin 209 saylı, xx.xx.2020-ci il tarixli arayışından məlum olunur ki, X8, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İ № 628103 saylı Ordubad Rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2002 -ci il təvəllüdlü X1 rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 138 № ilə qeyd edilmişdir. X4, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışın surətindən görünür ki, X8 birinci dərəcəli əlildir. İş materiallarında olan V-ЖГ № 349264 nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X2 arasında nikah bağlanılmış və bu barədə nikah akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə № 28 ilə qeydiyyat aparılmışdır. Ərə Əliyev, Arvadın Əliyeva soyadı verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-4031/2020 nömrəli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizasının təyin edilmiş və Azərbaycan Respubdikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 613 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Əliyev Mahmud İbrahim oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də Əliyev Mahmud İbrahim oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 613 saylı, xx.xx.2021-ci il tarixli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, Əliyev Mahmud İbrahim oğlu öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2002-ci il təvəllüdlü Əliyev Mahmud İbrahim oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci il tarixində Ordubad rayonunda doğulmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Əliyev Mahmud İbrahim oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-577/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-577/2021
01.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver