Məhkəmə qərarları › İş №2(005)-600/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-600/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-600/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 204 (iki yüz dörd) manat məbləğində ödənilməmiş əsas borc, 61 (altmış bir) manat məbləğində cərimə, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən 252 (iki yüz əlli iki) manat məbləğində ödənilməmiş əsas borc, 80 (səksən) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 296 (iki yüz doxsan altı) manat məbləğində ödənilməmiş əsas borc, 92 (doxsan iki) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 668 (altı yüz altmış səkkiz) manat məbləğində ödənilməmiş əsas borc, 86 (səksən altı) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 399 (üç yüz doxsan doqquz) manat məbləğində ödənilməmiş əsas borc, 120 (yüz iyirmi) manat məbləğində cərimə, və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2288 (iki min iki yüz səksən səkkiz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-ccu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********85912 Samsung Galaxy A6 Plus markalı telefon , HOTPOİNT soyuducu , İMEİ kodt/ **********39104 Samsung Galaxy A50 markalı telefon, TOSHİBA kondisioner, İMEİ kodu **********29401 Samsung Galaxy A50 markalı telefon asqı almış və nəticədə 2258 (iki min iki yüz əlli səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 816 (səkkiz yüz on altı) manat (12 ay x 68 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********85912 Samsung Galaxy A6 Plus markalı telefon üçün 265 (iki yüz altmış beş) manat olmaqla ondan, 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 956 (doqquz yüz əlli altı) manat 08 ay x 53 manat + 2 manat ilkin ödəniş) olan HOTPOİNT soyuducu üçün 332 (üç yüz otuz iki) manat olmaqla ondan 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə pulu: xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1226 (min iki yüz iyirmi altı manat (9 ay x 103 manat - 299 manat ilkin ödəniş) olan İMEİ kodu **********39104 Samsung Galaxy A50 markalı telefon üçün 388 (üç yüz səksən səkkiz) manat olmaqla ondan 296 (iki yüz doxsan altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1368 (min iiç yüz altmış səkkiz) manat (24 ay x 57 manat + 0 manat ilkin ödəniş) olan TOSHİBA kondisioner üçün 754 (yeddi yüz əlli dörd) manat olmaqla ondan 668 (altı yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 912 (doqquzyüz on iki) manat (16 ay x 57 manat • 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********29401 Samsung Galaxy A50 markalı telefon asqı üçün 519 (beş yüz on doqquz) manat olmaqla ondan 399 (üç yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 120 (yüz iyirimi) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3459 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatlarını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2019-cu il tarixli 00496488 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh 1 ədəd Samsung Galaxy, İMEİ kodu **********85912, satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 204 (iki yüz dörd) manat (12 ay x 68 manat + 0 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00548041 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh 1 ədəd HOTPOİNT soyuducu, satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 252 (iki yüz əlli iki) manat (18 ay x 53 manat + 2 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00616392 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Samsung Galaxy A50 markalı telefon üçün İMEİ Kodu **********39104 satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 296 (iki yüz doxsan altı) manat (9 ay x 103 manat + 296 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00628249 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Toshiba kondisoner satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 668 (altı yüz altmış səkkiz) manat (12 ay x 192 manat + 219 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00658565 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Samsung Galaxy A 50 markalı telefon asqı üçün, İ M E İ Kodu **********29404 satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 399 (üç yüz doxsan doqquz) manat (16 ay x 57 manat + 0 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli xəbrdarlıqdan görünür ki, xx xxxxx 2019-cu il tarixli, xx xxxxxx 2019-cu il tarixli, xx xxx 2019-cu il tarixli, xx xxxxx 2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli, müqavilələrə əsasən “Samsung” markalı 3 ədəd telefon, “Hotpoint” markalı soyuducu, “Toshiba” markalı kondisoner alındığı bildirilmişdir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı qeyd edilmişdir. Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 3459 (üç min dörd yüz əlli doqquz) manat əsas borcu, 439 (dörd yüz otuz doquz) manat dəbbə borcu mövcuddur. xx xxxxxxx 2020-ci il tarixli Mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2019-cu il tarixli 00496488 saylı müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 816 (səkkiz yüz on altı) manat olmaqla, 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00548041 saylı müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 956 (doqquz yüz əlli altı) manat olmaqla, 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00616392 saylı müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 1226 (min iki yüz iyirmi altı) manat olmaqla, 296 (iki yüz doxsan altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00628249 saylı müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 1368 (min üç yüz altmış səkkiz) manat olmaqla, 668 (altı yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00658565 saylı müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 912 (doqquz yüz on iki) manat olmaqla, 399 (üç yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat dəbbə pulu təşkil edir. X2 kommersiya qurumlarının dövlət reyesterinə daxil edilmiş məlumatlaradan görünür ki, iddiaçının hüquqi ünvanı ünvan 2 məhəllə 1023 qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00496488 saylı, xx xxxx 2019-cu il tarixli 00548041 saylı, xx xxxxx 2019-cu il tarixli 00616392 saylı, xx xxxxx 2019-cu il tarixli 00628249 saylı, xx xxx 2019-cu il tarixli 00658565 saylı, müqavilələrin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmişdir. Beləliklə cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlər etmədiyindən müvafiq müqavilələr üzrə əsas borcu 2258 (iki min iki yüz əlli səkkiz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx xxxxxx 2019-cu il tarixli 00496488 nömrəli müqavilə üzrə 204 (iki yüz dörd) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 61 (altmış bir) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 10 (on) manata, xx xxxx 2019-cu il tarixli 00548041 nömrəli müqavilə üzrə 252 (iki yüz əlli iki) manat məbləğində əsas borcun görə iddiaçı tərəfindən hesablanmış 80 (səksən) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 12 (on iki) manata, xx xxxxx 2019-cu il tarixli 00616392 nömrəli müqavilə üzrə 296 (iki yüz doxsan altı) manat məbləğində əsas borcun görə iddiaçı tərəfindən hesablanmış 92 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 15 (on beş) manata, xx xxxxx 2019-cu il tarixli 00628249 nömrəli müqavilə üzrə 668 (altı yüz altmış səkkiz) manat məbləğində əsas borcun görə iddiaçı tərəfindən hesablanmış 86 (səksən altı) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 13 (on üç) manata, xx xxx 2019-cu il tarixli 00658565 nömrəli müqavilə üzrə 399 (üç yüz doxsan doqquz) manat məbləğində əsas borcun görə iddiaçı tərəfindən hesablanmış 120 (yüz iyirmi) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 20 (iyirmi) manata, endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 204(iki yüz dörd) manat məbləğində ödənilməmiş əsas borc, 10 (on) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 252 (iki yüz əlli iki) manat məbləğində ödənilməmiş əsas borc, 12 (on iki) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 296 (iki yüz doxsan altı) manat məbləğində ödənilməmiş əsas borc, 15 (on beş) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 668 (altı yüz altmış səkkiz) manat məbləğində ödənilməmiş əsas borc, 13 (on üç) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 399 (üç yüz doxsan doqquz) manat ödənilməmiş əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1889 (min səkkiz yüz səksən doqquz) manat məbləğində pul tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 204(iki yüz dörd) manat məbləğində ödənilməmiş əsas borc, 10 (on) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 252 (iki yüz əlli iki) manat məbləğində ödənilməmiş əsas borc, 12 (on iki) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 296 (iki yüz doxsan altı) manat məbləğində ödənilməmiş əsas borc, 15 (on beş) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 668 (altı yüz altmış səkkiz) manat məbləğində ödənilməmiş əsas borc, 13 (on üç) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 399 (üç yüz doxsan doqquz) manat ödənilməmiş əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1889 (min səkkiz yüz səksən doqquz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar