Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-642/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X5 oğlunun iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 810 (səkkiz yüz on) manat məbləğində ödənilməmiş əsas borc, 243 (iki yüz qırx üç) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 288 (iki yüz səksən səkkiz) manat məbləğində ödənilməmiş əsas borc, 86 (səksən altı) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1648 (min altı yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş əsas borc, 506 (beş yüz altı) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1536 (min beş yüz otuz altı) manat məbləğində ödənilməmiş əsas borc, 461 (dörd yüz altmış bir) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1920 (min doqquz yüz iyirmi) manat məbləğində ödənilməmiş əsas borc, 461 (dörd yüz altmış bir) manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1512 (min beş yüz on iki) manat məbləğində ödənilməmiş əsas borc, 340 (üç yüz qırx) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 9841 (doqquz min səkkiz yüz qırx bir) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən 2 ədəd PLAYSTATİON-4 SONY, 4 ədəd Pl.AYSTATİON-4 pult , İ M E İ kodu **********51722 Blackview markalı telefon , 2 ədəd PLAYSTATİON-4 SONY 2 ədəd PLAYSTATİON-4 SONY 2 ədəd PLAYSTATİOİN-4 SONY Acer Aspire 5 kompüter almış və nəticədə 9811 (doqquz min səkkiz yüz on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1944 (min doqquz yüz on bir) manat (12 ay x 162 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd PLAYSTATİON-4 SONY üçün 1053 (min əlli üç) manat olmaqla ondan, 810 (səkkiz yüz on) manat ödənilməmiş hissə, 243 (iki yüz qırx üç) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat (15 ay x 36 manat +0 manat ilkin ödəniş) alan 4 ədəd PLA YSTATON-4 pult üçün 374 (üç yüz yelmiş dörd) manat olmaqla ondan 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2532 (iki min beş yüz otuz iki) manat (12 ay x 211 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu 352432J0045J 722 Blackview markalı telefon, 2 ədəd PLAYSTAİON-4 SONY üçün 2154 (iki min yüz əlli dörd) manat olmaqla ondan 1648 (min altı yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 506 (beş yüz altı) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2523 (iki min beş yüz iyrmi üç) manat (12 ay x 192 manat 219 manat ilkin ödəniş) olan 2 ədəd PLAYSTATİON-4 SONY üçün 1997 (min doqquz yüz doxsan yeddi) manat olmaqla ondan 1536 (min beş yüz otuz altı) manat ödənilməmiş hissə, 461 (dörd yüz altmış bir) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2523 (iki min beş yüz iyirmi üç) manat (12 ay x 192 manat 219 manat ilkin ödəniş) olan 2 ədəd PLAYSTATON-4 SONY üçün 2381 (iki min üç yüz səksən hir) manat olmaqla ondan 1920 (min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 461 (dörd yüz altmış bir) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1764 (min yeddi yüz altmış dörd) manat (12 ay x 126 manat 252 manat ilkin ödəniş) olan Acer Aspire 5 kompüter üçün 1852 (min səkkiz yüz əlli iki) manat olmaqla ondan 1512 (min beş yüz on iki) manat ödənilməmiş hissə, 340 (üç yüz qırx) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4112 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa» müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa "ABC“ “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatlarını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2019-cu il tarixli 00743356 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh 2 ədəd Playstation-4 Sony 1TB SLİM, İ M E İ Kodu **********174 olan və Playstation-4 Sony 1TB və SLİM, İ M E İ Kodu **********294 satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 1944 (min dörd yüz qırx dörd) manat (12 ay x 162 manat + 0 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00743444 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh 4 ədəd Playstation-4 pult, İ M E İ Kodu **********800 və İMEİ Kodu **********744 satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 540 (beş yüz qırx) manat (15 ay x 36 manat + 0 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00882722 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Blackview markalı telefon, 2 ədəd Playstation-4 Sony üçün, İ M E İ Kodu **********359 və İMEİ Kodu **********132 satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 2532 (iki min beş yüz otuz iki) manat (12 ay x 211 manat + 0 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00910006 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh 2 ədəd Playstation-4 Sony üçün, İ M E İ Kodu **********213 və İMEİ Kodu **********220 satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 2523 (iki min beş yüz iyirmi üç) manat (12 ay x 192 manat + 219 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 01077299 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh 2 ədəd Playstation-4 Sony üçün, İ M E İ Kodu **********024 və İMEİ Kodu **********031 satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 2381 (iki min üç yüz səksən bir) manat (12 ay x 192 manat + 219 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 20039880 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Acer Aspire 5 kompyuter üçün, Aspire 5 A 5 1 5 - 5 2 G i 7 / 8 n v 2 / 1 t b / f r e e / b l satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 1764 (min yeddi yüz altmış dörd) manat (12 ay x 126 manat + 252 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. xx xxxxxxxx 2019-cu il tarixli, xx xxxxxxxx 2019-cu il tarixli, xx xxxxxx 2020-ci il tarixli, xx xxxx 2019-cu il tarixli, xx xxxxxx 2019-cu il tarixli, müqavilələrə əsasən 8 ədəd “SONY” markalı playstation, 4 ədəd pult, “Acer” markalı komputer “Blackvievv” markalı smartphone alındığını lakin müqavilə üzrə öhdəliklərin icrası gecikdirilmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl edilməmişdir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı qeyd edilmişdir. Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh X6 oğlunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 7714 (yeddi min yeddi yüz on dörd) manat əsas borcu, 2097 (iki min doxsan yeddi) manat dəbbə borcu mövcuddur. xx xxxxxxx 2020-ci il tarixli Mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2019-cu il tarixli 00743356 saylı müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 1944 (min doqquz yüz qırx dörd) manat olmaqla, 810 (səkkiz yüz on) manat ödənilməmiş hissə, 243 (iki yüz qırx üç) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00743444 saylı müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat olmaqla, 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00882722 saylı müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 2532 (iki min beş yüz otuz iki) manat olmaqla, 1684 (min altı yüz səksən dörd) manat ödənilməmiş hissə, 506 (beş yüz altı) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00910006 saylı müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 2523 (iki min beş yüz iyirmi üç) manat olmaqla, 1536 (min beş yüz otuz altı) manat ödənilməmiş hissə, 461 (dörd yüz altmış bir) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 01077299 saylı müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 2523 (iki min beş yüz iyirmi üç) manat olmaqla, 1920 (min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 461 (dörd yüz altmış bir) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli 20039880 saylı müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 1764 (min yeddi yüz altmış dörd) manat olmaqla, 1512 (min beş yüz on iki) manat ödənilməmiş hissə, 340 (üç yüz qırx) manat dəbbə pulu təşkil edir. X3 kommersiya qurumlarının dövlət reyesterinə daxil edilmiş məlumatlaradan görünür ki, iddiaçının hüquqi ünvanı ünvan 2 məhəllə 1023 qeyd edilmişdir. Beləliklə, müəyyən olundu ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00743356 saylı, xx xxxx 2019-cu il tarixli 00743444 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 00882722 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 00910006 saylı, xx xxxxxx 2019-cu il tarixli 01077299 saylı, xx xxxxxx 2020-ci il tarixli 20039880 saylı müqavilələrə əsasən cavabdehin “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 9841 (doqquz min səkkiz yüz qırx bir) manat manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00743356 saylı, xx xxxx 2019-cu il tarixli 00743444 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 00882722 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 00910006 saylı, xx xxxxxx 2019-cu il tarixli 01077299 saylı, xx xxxxxx 2020-ci il tarixli 20039880 saylı müqavilələrin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmişdir. Beləliklə cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlər etmədiyindən müvafiq müqavilə üzrə əsas borcu 9841 (doqquz min səkkiz yüz qırx bir) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx xxxx 2019-cu il tarixli 00743356 nömrəli müqavilə üzrə 810 (səkkiz yüz on) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 243 (iki yüz qırx üç) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 24 (iyirmi dörd) manata, xx xxxx 2019-cu il tarixli 00743444 nömrəli müqavilə üzrə 288 (iki yüz səksən səkkiz) manat məbləğində əsas borcun görə iddiaçı tərəfindən hesablanmış 86 (səksən altı) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 10 (on) manata, xx xxxxxxxx 2019-cu il tarixli 00882722 nömrəli müqavilə üzrə 1648 (min altı yüz qırx səkkiz) manat məbləğində əsas borcun görə iddiaçı tərəfindən hesablanmış 506 (beş yüz altı) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 50 (əlli) manata, xx xxxxxxxx 2019-cu il tarixli 00910006 nömrəli müqavilə üzrə 1536 (min beş yüz otuz altı) manat məbləğində əsas borcun görə iddiaçı tərəfindən hesablanmış 461 (dörd yüz altmış bir) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 46 (qırx altı) manata, xx xxxxxx 2019cu il tarixli 01077299 nömrəli müqavilə üzrə 1920 (min doqquz yüz iyirmi) manat məbləğində əsas borcun görə iddiaçı tərəfindən hesablanmış 461 (dörd yüz altmış bir) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 46 (qırx altı) manata, xx xxxxxx 2020-ci il tarixli 20039880 nömrəli müqavilə üzrə 1512 (min beş yüz on iki) manat məbləğində əsas borca görə iddiaçı tərəfindən hesablanmış 340 (üç yüz qırx) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 34 (otuz dörd) manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 810 (səkkiz yüz on) manat məbləğində ödənilməmiş əsas borc, 24 (iyirmi dörd) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 288 (iki yüz səksən səkkiz) manat məbləğində ödənilməmiş əsas borc, 10 (on) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1648 (min altı yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş əsas borc, 50 (əlli) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1536 (min beş yüz otuz altı) manat məbləğində ödənilməmiş əsas borc, 46 (qırx altı) manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1512 (min beş yüz on iki) manat məbləğində ödənilməmiş əsas borc, 34 (otuz dörd) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 7954 (yeddi min doqquz yüz əlli dörd) manat məbləğində pul tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 810 (səkkiz yüz on) manat məbləğində ödənilməmiş əsas borc, 24 (iyirmi dörd) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 288 (iki yüz səksən səkkiz) manat məbləğində ödənilməmiş əsas borc, 10 (on) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1648 (min altı yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş əsas borc, 50 (əlli) manat məbləğində cərimə, xx.xx.2019-cu il müqaviləsinə əsasən 1536 (min beş yüz otuz altı) manat məbləğində ödənilməmiş əsas borc, 46 (qırx altı) manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1512 (min beş yüz on iki) manat məbləğində ödənilməmiş əsas borc, 34 (otuz dörd) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 7954 (yeddi min doqquz yüz əlli dörd) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-642/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-642/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver