Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-643/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə satış müqavilələri üzrə hesablanmış ödənilməmiş borc məbləğlərinin və hesablanmış cərimə borclarının, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “nisyə satış müqavilələri üzrə hesablanmış ödənilməmiş borc məbləğlərinin və hesablanmış cərimə borclarının, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, “HOFFMANN LED” markalı televizor üçün 300 (üç yüz) manat məbləğində ödənilməmiş hissə və 90 (doxsan) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 390 (üç yüz doxsan) manat, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********95334 olan “Samsung Galaxy J8” markalı telefon üçün 263 (iki yüz altmış üç) manat məbləğində ödənilməmiş hissə və 79 (yetmiş doqquz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 342 (üç yüz qırx iki) manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********05757 olan “X8 A” üçün 230 (iki yüz otuz) manat məbləğində ödənilməmiş hissə və 69 (altmış doqquz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 299 (iki yüz doxsan doqquz) manat, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, “HOTPOİNT” markalı paltaryuyan və 2 ədəd “HOFFMANN” markalı paltaryuyan üçün 1.484 (bir min dörd yüz səksən dörd) manat məbləğində ödənilməmiş hissə və 405 (dörd yüz beş) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1.889 (bir min səkkiz yüz səksən doqquz) manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, “Sony” markalı musiqi mərkəzi üçün 1.076 (bir min yetmiş altı) manat məbləğində ödənilməmiş hissə və 235 (iki yüz otuz beş) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1.311 (bir min üç yüz on bir) manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********75521 olan “Samsung Galaxy A50 DS” markalı telefon üçün 670 (altı yüz yetmiş) manat məbləğində ödənilməmiş hissə və 162 (bir yüz altmış iki) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 832 (səkkiz yüz otuz iki) manat, ümumilikdə 5.063 (beş min altmış üç) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5.093 (beş min doxsan üç) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2019-cu il, xx xxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən, “HOFFMANN LED” markalı televizor, İMEİ kodu **********95334 olan “Samsung Galaxy J8” markalı telefon, İMEİ kodu **********05757 olan “X8 A”, “HOTPOİNT” markalı paltaryuyan və 2 ədəd “HOFFMANN” markalı paltaryuyan, “Sony” markalı musiqi mərkəzi və İMEİ kodu **********75521 olan “Samsung Galaxy A50 DS” markalı telefon almış, nəticədə 5.063 (beş min altmış üç) manat məbləğində borcu yaranmışdır. Cavabdeh qeyd edilən müqavilələrin şərtlərini pozmuş, nəticədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.080 (bir min səksən) manat (18 (on səkkiz) ay x 60 (altmış) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) olan “HOFFMANN LED” markalı televizor üçün 390 (üç yüz doxsan) manat məbləğində olmaqla, ondan 300 (üç yüz) manat məbləğində ödənilməmiş hissə və 90 (doxsan) manat məbləğində dəbbə pulu; xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 792 (yeddi yüz doxsan iki) manat (12 (on iki) ay x 66 (altmış altı) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) olan İMEl kodu **********95334 olan “Samsung Galaxy J8” markalı telefon üçün 342 (üç yüz qırx iki) manat məbləğində olmaqla, ondan 263 (iki yüz altmış üç) manat məbləğində ödənilməmiş hissə və 79 (yetmiş doqquz) manat məbləğində dəbbə pulu; xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 622 (altı yüz iyirmi iki) manat (12 (on iki) ay x 46 (qırx altı) manat + 70 (yetmiş) manet məbləğində ilkin ödəniş) olan İMEİ kodu **********05757 olan “X8 A” üçün 299 (iki yüz doxsan doqquz) manat məbləğində olmaqla, ondan 230 (iki yüz otuz) manat məbləğində ödənilməmiş hissə və 69 (altmış doqquz) manat məbləğində dəbbə pulu; xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.800 (bir min səkkiz yüz) manat (12 (on iki) ay x 150 (bir yüz əlli) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) olan “HOTPOİNT” markalı paltaryuyan və 2 ədəd “HOFFMANN” markalı paltaryuyan üçün 1.889 (bir min səkkiz yüz səksən doqquz) manat məbləğində olmaqla, ondan 1.484 (bir min dörd yüz səksən dörd) manat məbləğində ödənilməmiş hissə və 405 (dörd yüz beş) manat məbləğində dəbbə pulu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.176 (bir min bir yüz yetmiş altı) manat (12 (on iki) ay x 98 (doxsan səkkiz) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) olan “Sony” markalı musiqi mərkəzi üçün 1.311 (bir min üç yüz on bir) manat məbləğində olmaqla, ondan 1.076 (bir min yetmiş altı) manat məbləğində ödənilməmiş hissə və 235 (iki yüz otuz beş) manat məbləğində dəbbə pulu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 730,80 (yeddi yüz otuz manat səksən qəpik) manat (12 (on iki) ay x 60,90 (altmış manat doxsan qəpik) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) olan İMEl kodu **********75521 olan “Samsung Galaxy A50 DS” markalı telefon üçün 832 (səkkiz yüz otuz iki) manat olmaqla, ondan 670 (altı yüz yetmiş) manat məbləğində ödənilməmiş hissə və 162 (bir yüz altmış iki) manat məbləğində dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 2.177,80 (iki min bir yüz yetmiş yeddi manat səksən qəpik) manat təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq реnya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti “Müştəri”nin ödədiyi məbləğin 50% qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər Məhkəmə iclasında iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini müdafiə edib müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, bildirmişdir ki, pandemiya ilə baglı işləmir, ona görə də borcunu ödəyə bilməmişdir. ödənilməmiş məbləğlə razı olduğunu, dəbbə borcunu isə qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 və Cavabdeh izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00484108 nömrəli müqavilənin məzmunundan görünür ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı alqı-satqı qiyməti 1.080 (bir min səksən) manat (18 (on səkkiz) ay x 60 (altmış) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) olan “HOFFMANN LED” markalı televizor üçün 390 (üç yüz doxsan) manat məbləğində olmaqla, ondan 300 (üç yüz) manat məbləğində ödənilməmiş hissə və 90 (doxsan) manat məbləğində dəbbə pulu qismində borcu yaranmışdır; iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli 00641666 nömrəli müqavilənin məzmunundan görünür ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı alqı-satqı qiyməti 792 (yeddi yüz doxsan iki) manat (12 (on iki) ay x 66 (altmış altı) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) olan İMEl kodu **********95334 olan “Samsung Galaxy J8” markalı telefon üçün 342 (üç yüz qırx iki) manat məbləğində olmaqla, ondan 263 (iki yüz altmış üç) manat məbləğində ödənilməmiş hissə və 79 (yetmiş doqquz) manat məbləğində dəbbə pulu qismində borcu yaranmışdır; iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00754777 nömrəli müqavilənin məzmunundan görünür ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı alqı-satqı qiyməti 622 (altı yüz iyirmi iki) manat (12 (on iki) ay x 46 (qırx altı) manat + 70 (yetmiş) manet məbləğində ilkin ödəniş) olan İMEİ kodu **********05757 olan “X8 A” üçün 299 (iki yüz doxsan doqquz) manat məbləğində olmaqla, ondan 230 (iki yüz otuz) manat məbləğində ödənilməmiş hissə və 69 (altmış doqquz) manat məbləğində dəbbə pulu qismində borcu yaranmışdır; iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli 00994449 nömrəli müqavilənin məzmunundan görünür ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı alqı-satqı qiyməti 1.800 (bir min səkkiz yüz) manat (12 (on iki) ay x 150 (bir yüz əlli) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) olan “HOTPOİNT” markalı paltaryuyan və 2 ədəd “HOFFMANN” markalı paltaryuyan üçün 1.889 (bir min səkkiz yüz səksən doqquz) manat məbləğində olmaqla, ondan 1.484 (bir min dörd yüz səksən dörd) manat məbləğində ödənilməmiş hissə və 405 (dörd yüz beş) manat məbləğində dəbbə pulu qismində borcu yaranmışdır; iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 01129972 nömrəli müqavilənin məzmunundan görünür ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı alqı-satqı qiyməti 1.176 (bir min bir yüz yetmiş altı) manat (12 (on iki) ay x 98 (doxsan səkkiz) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) olan “Sony” markalı musiqi mərkəzi üçün 1.311 (bir min üç yüz on bir) manat məbləğində olmaqla, ondan 1.076 (bir min yetmiş altı) manat məbləğində ödənilməmiş hissə və 235 (iki yüz otuz beş) manat məbləğində dəbbə pulu qismində borcu yaranmışdır; iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 01137515 nömrəli müqavilənin məzmunundan görünür ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı alqı-satqı qiyməti 730,80 (yeddi yüz otuz manat səksən qəpik) manat (12 (on iki) ay x 60,90 (altmış manat doxsan qəpik) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) olan İMEl kodu **********75521 olan “Samsung Galaxy A50 DS” markalı telefon üçün 832 (səkkiz yüz otuz iki) manat olmaqla, ondan 670 (altı yüz yetmiş) manat məbləğində ödənilməmiş hissə və 162 (bir yüz altmış iki) manat məbləğində dəbbə pulu qismində borcu yaranmışdır; xx xxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, “HOFFMANN LED” markalı televizor üçün 300 (üç yüz) manat məbləğində ödənilməmiş hissə və 90 (doxsan) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 390 (üç yüz doxsan) manat, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********95334 olan “Samsung Galaxy J8” markalı telefon üçün 263 (iki yüz altmış üç) manat məbləğində ödənilməmiş hissə və 79 (yetmiş doqquz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 342 (üç yüz qırx iki) manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********05757 olan “X8 A” üçün 230 (iki yüz otuz) manat məbləğində ödənilməmiş hissə və 69 (altmış doqquz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 299 (iki yüz doxsan doqquz) manat, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, “HOTPOİNT” markalı paltaryuyan və 2 ədəd “HOFFMANN” markalı paltaryuyan üçün 1.484 (bir min dörd yüz səksən dörd) manat məbləğində ödənilməmiş hissə və 405 (dörd yüz beş) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1.889 (bir min səkkiz yüz səksən doqquz) manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, “Sony” markalı musiqi mərkəzi üçün 1.076 (bir min yetmiş altı) manat məbləğində ödənilməmiş hissə və 235 (iki yüz otuz beş) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1.311 (bir min üç yüz on bir) manat, xx xxxxxx 2019cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********75521 olan “Samsung Galaxy A50 DS” markalı telefon üçün 670 (altı yüz yetmiş) manat məbləğində ödənilməmiş hissə və 162 (bir yüz altmış iki) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 832 (səkkiz yüz otuz iki) manat, ümumilikdə 5.063 (beş min altmış üç) manat məbləğində borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 2.177,80 (iki min bir yüz yetmiş yeddi manat səksən qəpik) manat təşkil etmişdir; “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh ünvanladığı xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il, xx xxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən hesablanmış ödənilməmiş borc məbləğinin qısa zaman ərzində ödənilməsi, əks təqdirdə müvafiq borcun məcburi qaydada tutulması ilə bağlı aidiyyəti quruma müraciət olunacağı ilə bağlı Cavabdeh xəbərdar edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışının məzmunundan görünür ki, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; ASAN 1 tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13566809 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00484108 nömrəli, xx xxx 2019-cu il tarixli 00641666 nömrəli, xx xxxx 2019-cu il tarixli 00754777 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli 00994449 nömrəli, xx xxxxxx 2019cu il tarixli 01129972 nömrəli və xx xxxxxx 2019-cu il tarixli 01137515 nömrəli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanırsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50% qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının xx xxxxxxx 2019-cu il tarixli 00994449 nömrəli, xx xxxxxx 2019-cu il tarixli 01129972 nömrəli və xx xxxxxx 2019-cu il tarixli 01137515 nömrəli müqavilələr üzrə hesablanmış dəbbə pulu məbləğlərinin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu məbləğləri azaldılmalı, xx xxxxxx 2019-cu il tarixli 00484108 nömrəli müqavilə üzrə hesablanmış 90 (doxsan) manat məbləğində dəbbə pulu 15 (on beş) manata, xx xxx 2019-cu il tarixli 00641666 nömrəli müqavilə üzrə hesablanmış 79 (yetmiş doqquz) manat məbləğində dəbbə pulu 10 (on) manata, xx xxxx 2019-cu il tarixli 00754777 nömrəli müqavilə üzrə hesablanmış 69 (altmış doqquz) manat məbləğində dəbbə pulu 5 (beş) manata, xx xxxxxxx 2019-cu il tarixli 00994449 nömrəli müqavilə üzrə hesablanmış 405 (dörd yüz beş) manat məbləğində dəbbə pulu 50 (əlli) manata, xx xxxxxx 2019-cu il tarixli 01129972 nömrəli müqavilə üzrə hesablanmış 235 (iki yüz otuz beş) manat məbləğində dəbbə pulu 40 (qırx) manata və xx xxxxxx 2019-cu il tarixli 01137515 nömrəli müqavilə üzrə hesablanmış 162 (bir yüz altmış iki) manat məbləğində dəbbə pulu isə 30 (otuz) manat endirilməli və qeyd edilən müqavilələr üzrə mütənasib dəbbə pulu məbləğləri Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, “HOFFMANN LED” markalı televizor üçün 300 (üç yüz) manat məbləğində ödənilməmiş hissə və 15 (on beş) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 315 (üç yüz on beş) manat, xx xxx 2019cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********95334 olan “Samsung Galaxy J8” markalı telefon üçün 263 (iki yüz altmış üç) manat məbləğində ödənilməmiş hissə və 10 (on) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 273 (iki yüz yetmiş üç) manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********05757 olan “X8 A” üçün 230 (iki yüz otuz) manat məbləğində ödənilməmiş hissə və 5 (beş) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 235 (iki yüz otuz beş) manat, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, “HOTPOİNT” markalı paltaryuyan və 2 ədəd “HOFFMANN” markalı paltaryuyan üçün 1.484 (bir min dörd yüz səksən dörd) manat məbləğində ödənilməmiş hissə və 50 (əlli) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1.534 (bir min beş yüz otuz dörd) manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, “Sony” markalı musiqi mərkəzi üçün 1.076 (bir min yetmiş altı) manat məbləğində ödənilməmiş hissə və 40 (qırx) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1.116 (bir min bir yüz on altı) manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********75521 olan “Samsung Galaxy A50 DS” markalı telefon üçün 670 (altı yüz yetmiş) manat məbləğində ödənilməmiş hissə və 30 (otuz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 700 (yeddi yüz) manat, ümumilikdə 4.173 (dörd min bir yüz yetmiş üç) manat məbləğində borc vəsaiti alınaraq iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, “HOFFMANN LED” markalı televizor üçün 300 (üç yüz) manat məbləğində ödənilməmiş hissə və 15 (on beş) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 315 (üç yüz on beş) manat, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********95334 olan “Samsung Galaxy J8” markalı telefon üçün 263 (iki yüz altmış üç) manat məbləğində ödənilməmiş hissə və 10 (on) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 273 (iki yüz yetmiş üç) manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********05757 olan “X8 A” üçün 230 (iki yüz otuz) manat məbləğində ödənilməmiş hissə və 5 (beş) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 235 (iki yüz otuz beş) manat, xx xxxxxxx 2019cu il tarixli müqaviləyə əsasən, “HOTPOİNT” markalı paltaryuyan və 2 ədəd “HOFFMANN” markalı paltaryuyan üçün 1.484 (bir min dörd yüz səksən dörd) manat məbləğində ödənilməmiş hissə və 50 (əlli) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1.534 (bir min beş yüz otuz dörd) manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, “Sony” markalı musiqi mərkəzi üçün 1.076 (bir min yetmiş altı) manat məbləğində ödənilməmiş hissə və 40 (qırx) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1.116 (bir min bir yüz on altı) manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********75521 olan “Samsung Galaxy A50 DS” markalı telefon üçün 670 (altı yüz yetmiş) manat məbləğində ödənilməmiş hissə və 30 (otuz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 700 (yeddi yüz) manat, ümumilikdə 4.173 (dörd min bir yüz yetmiş üç) manat məbləğində borc vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-643/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-643/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver