Məhkəmə qərarları › İş №2(005)-644/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-644/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-644/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il , xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********87134 Samsung Galaxy A6 markalı telefon, İMEİ kodu **********00896 Samsung,12 markalı telefon, İMEİ kodu **********70693 Samsung Galaxy A70 markalı telefon , İMEİ kodıı **********09428 iPhone X markalı telefon almış və nəticədə 3130 (üç min yüz otuz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 936 manat (24 ay x 39 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********87134 Samsung Galaxy A6 markalı telefon üçün 303 manat olmaqla ondan, 233 manat ödənilməmiş hissə, 70 manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 399 manat İMEİ kodu **********00896 Samsung J2 markalı telefon üçün 28 manat olmaqla ondan, 22 manat ödənilməmiş hissə, 6 dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 850 manat (6 ay x 112 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********70693 Samsung Galaxy A70 markalı telefon üçün 639 manat olmaqla ondan, 492 manat ödənilməmiş hissə, 147 dəbbə; xx.xx.2019cıı il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1993 manat (6 ay x 277 manat 1-331 manat ilkin ödəniş) İMEİ kodu **********09428 iPhone X markalı telefon üçün 2160 manat olmaqla ondan, 1662 manat ödənilməmiş hissə, 498 dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1769 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Qeyd edilənləri nəzərə alaraq, İMEİ kodu **********87134 Samsung Galaxy A6 markalı telefon üçün 233 manat ödənilməmiş hissə, 70 manat dəbbə, cəmi 303 manat, İMEİ kodu **********00896 Samsung J2 markalı telefon üçün 22 (iyirmi iki) manat ödənilməmiş hissə, 6 (altı) dəbbə, cəmi 28 manat. İMEİ kodu **********70693 Samsung Galaxy A70 markalı telefon üçün 492 (dörd yüz doxsan iki) manat ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) dəbbə, cəmi 639 manat, İMEİ kodu **********09428 iPhonc X markalı telefon üçün 1662 (min altı yüz altmış iki) manat ödənilməmiş hissə, 498 (dörd yüz doxsan səkkiz) dəbbə, cəmi 2160 manat, ümumilikdə 3130 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3160 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ”xxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh oğluna baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 00884162 saylı müqavilənin məzmunundan görünür ki, İMEİ kodu **********09428 iPhone X markalı telefon götürməsi barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00884162 saylı ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 277 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00796981 saylı müqavilənin məzmunundan görünür ki, İMEİ kodu **********70693 Samsung Galaxy A70 markalı telefon götürməsi barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00796981 saylı ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 123 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, K00228662 saylı müqavilənin məzmunundan görünür ki, İMEİ kodu **********87134 Samsung Galaxy A6 markalı telefon, İMEİ kodu **********00896 Samsung,12 markalı telefon götürməsi barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, K00228662 saylı ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği hər ay üçün ayrıca müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2409 manat əsas borc, 721 manat dəbbə pulu olmaqla, cəmi 3130 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X1 müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi maliyyə arayışı nəzərə alınmaqla qismən təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının 721 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, dəbbə pulu iddia tələbinə tənasübsüz şəkildə hesablanmış və bu səbəbdən də qismən təmin edilərək 200 manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2409 manat məbləğində əsas borc, 200 manat məbləğində cərimə, cəmi 2609 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunu tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2409 (iki min dörd yüz doqquz) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə, cəmi 2609 (iki min altı yüz doqquz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar