Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-645/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********42766 Samsung Galaxy J4 plus markalı telefon üçün 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat dəbbə, cəmi 99 manat, Samsung markalı LED televizor üçün 621 (altı yüz iyirmi bir) manat ödənilməmiş hissə, 166 (yüz altmış altı) dəbbə, cəmi 787 manat, İMEİ kodu **********17069 Samsung Galaxy A70 markalı telefon üçün 708 (yeddi yüz səkkiz) manat ödənilməmiş hissə, 142 (yüz qırx iki) dəbbə, cəmi 850 manat, Philips mikser və tozsoran, Hoffman mikrodalğalı soba üçün 558 (beş yüz əlli səkkiz) manat ödənilməmiş hissə 149 (yüz qirx doqquz) dəbbə, cəmi 707 manat, ümumilikdə 2443 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 2473 manat Cavabdeh alınaraq “ xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********42766 Samsung Galaxy J4 plus markalı telefon, Samsung markalı LED televizor , İMEİ kodu **********17069 Samsung Galaxy A70 markalı telefon, Philips mikser və tozsoran , Hoffmann mikrodalğalı soba almış və nəticədə 2443 (iki min dörd yüz qırx üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat (12 ay x 38 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********42766 Samsung Galaxy J4 plus markalı telefon üçün 99 (doxsan doqquz) manat olmaqla ondan, 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1242 (min iki yüz qırx iki) manat (18 ay x 69 manat 0 manat ilkin ödəniş) Samsung markalı LED televizor üçün 787 (yeddi yüz səksən yeddi) manat olmaqla ondan, 621 (altı yüz iyirmi bir) manat ödənilməmiş hissə, 166 (yüz altmış altı) dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1187 (min yüz səksən yeddi) manat (18 ay x 59 manat +125 manat ilkin ödəniş) İMEİ kodu **********17069 Samsung Galaxy A70 markalı telefon üçün 850 (səkkiz yüz əlli) manat olmaqla ondan, 708 (yeddi yüz səkkiz) manat ödənilməmiş hissə, 142 (yiiz qırx iki) dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 752 (yeddi yüz əlli iki) manat (12 ay x 62 manat 8 manat ilkin ödəniş) Philips mikser və tozsoran , Hoffmann mikrodalğalı soba üçün 707 (yeddi yüz yeddi) manat olmaqla ondan, 558 (beş yüz əlli səkkiz) manat ödənilməmiş hisə, 149 (yüz qirx doqquz) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1674 (min altı yüz yetmiş dörd) manat təşkil edir. Məhkəmə baxışı iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 00534825 nömrəli xx.xx.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung Galaxy J4 plus (SM j-415) İş materiallarında olan 01021349 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Mikser Philips HR 3745/00; Tozsoran Philips FC9351/01; Mikrodalğalı soba Hoffman M2070S. İş materiallarında olan 00799785 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung Galaxy A70. İş materiallarında olan 00635687 nöçrəli, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung LED markalı televizor. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh ********* nömrəli Müqaviləyə əsasən Samsung Galaxy J4 2018 DS (SM J-415) markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 01021349 nömrəli Müqaviləyə əsasən Philips HR3745/00 markalı mikseri, Philips FC9351/01 markalı tozsoranı, Hoffman M2070S mikrodalğalı sobanı təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00799785 nömrəli müqaviləyə əsasən Samsung Galaxy A70 (SM705) markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00799785 nömrəli müqaviləyə əsasən Samsung LED markalı televizoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 12 ay müddətinə aylıq 38 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə əsasında 1 ədəd Samsung Galaxy J4 plus markalı telefon almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 99 manat olmaqla, ondan 76 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu təşkil edir. Cavabdeh xx.xx.2019-cu il il tarixli müqavilə üzrə borc məbləğini 18 ay müddətinə aylıq 69 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 1xx.xx.2019-cu il tarixli müqavilə əsasında 1 ədəd Samsung LED markalı televizor almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 787 manat olmaqla, ondan 621 manat ödənilməmiş hissə, 166 manat cərimə pulu təşkil edir. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 18 ay müddətinə aylıq 59 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə əsasında 1 ədəd Samsung Galaxy A70 markalı telefon almışdır. Halhazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 850 manat olmaqla, ondan 708 manat ödənilməmiş hissə, 142 manat cərimə pulu təşkil edir. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 12 ay müddətinə aylıq 62 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə əsasında 1 ədəd Philips markalı mikser, 1 ədəd Philips markalı tozsoran, 1 ədəd Hoffman markalı mikrodalğalı soba almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 707 manat olmaqla, ondan 558 manat ödənilməmiş hissə, 149 manat cərimə pulu təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli xx.xx.2019-cu il tarxili, 00534825 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 456 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli xx.xx.2019-cu il tarixli, ********* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 752 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli xx.xx.2019-cu il tarixli, 00799785 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1187 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli xx.xx.2019-cu il tarixli, 00635687 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1242 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə yaranmış borc məbləğinin qısa müddətində X2 tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 76 manat ödənilməmiş əsas və 23 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 01021349 saylı müqavilə üzrə 558 manat ödənilməmiş əsas və 149 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00635687 saylı müqavilə üzrə 621 manat ödənilməmiş əsas və 166 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00799785 saylı müqavilə üzrə 708 manat ödənilməmiş əsas və 142 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə hazırda əsas borcu müvafiq olaraq 76 manat, 558 manat, 708 manat və 621 manat təşkil edir, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə hazırda cəmi əsas borcu 1963 manat təşkil edir. Təhvil-təslim aktına əsasən, cavabdeh Samsung Galaxy J4 plus markalı telefonu, Samsung markalı LED televizoru, Samsung Galaxy A70 markalı telefonu, Philips mikseri və tozsoran Hoffman mikrodalğalı sobanı təhvil almışdır. Cəmiyyət tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 76 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 23 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 7 manata, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 621 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 166 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 62 manata, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 708 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 142 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 71 manata endirilməli, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 558 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 149 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 56 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “xxxx” MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 1963 manat ödənilməmiş hissə, 196 manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə cəmi 1963 manat ödənilməmiş hissə, 196 manat dəbbə pulu ümumilikdə 2159 manat və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-645/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-645/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver