Məhkəmə qərarları › İş №2(005)-654/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-654/2021

31.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-654/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakmiyyətinin övladlığa götürmə, Qəyyumluq və Himayəçilik komisyasının nümayəndəsi X10 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18.02.1995-ci ildə anadan olmuş oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi uzun müddətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi, döngə l, ev 58-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. 18 fevral 1995-ci ildə anadan olmuş oğlu X6 anadangəlmə ağır dərəcəli kəmağıllıq xəstəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK- in 09.03. 2020-ci il tarixli, 2709003AACH9 nömrəli arayışına əsasən X5 "Ağır dərəcəli kəmağıllıq , kobud nitq və davranış pozuntuları i l ə , nitq pozuntusu, kobud davranış pozuntusu " diaqnozu qoyulmaqla müddətsiz olaraq birinci qrup əlildir.O,anadan olandan hal-hazıra kimi ərizəçinin himayəsindədir. O, tam fəaliyyət qabiliyyətindən məhrumdur, həyat yoldaşının və digər ailə üzvlərinin köməyi olmadan hərəkət etmək imkanı yoxdur,danışa bilmir, deyiləni anlamır. Hazırda onun üçün qəyyum təyin edilməsinə zərurət yaranmışdır. Lakin məhkəmə tərəfindən psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilmədiyi üçün ona qəyum təyin edilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən ərizəçi X2 ərizənin məzmununa uyğun izahat verərək oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X12 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına olan; 16.09.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. AZ-İİ№564622 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 18.02.1995-ci ildə Bakı şəhərində doğulmuşdur. X1 anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 515 nömrə ilə qeyd edilmişdir. 001727 nömrəli arayışdan görünür ki, X7 H.Mirzəyev küçəsi 5b nömrəli evin 11 nömrəli mənzilində pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komisyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, 18.02.1995-ci il təvəllüdlü X6 birinci dərəcəli əlliliyi olan ağır dərəcəli kəmağıllıq, kobud nitq və davaranş pozuntuları ilə nitq pozuntusu. Kobud davranış pozuntusu diaqnozu qoyulmuşdur. Nərimanov RPİ tərəfindən verilmiş 10.03.2011-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küç.DÖN 1, ev.5B ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş 10.03.2011-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 08571868 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X7 21.05.1960-cı ildə İsmayıllı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küç.DÖN 1, ev.5B ünvanında qeydiyyatdadır. AA1770283 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 18.02.1995-ci il tarixdə doğulmuşdur. Vİ-ЖГ№398952 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi 06 sentyabr 1994-cü il tarixdə birgə nikaha daxil olmuşlar bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 420 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25.06.2019-cu il tarixli 3051 nömrəli məktubun surətində qeyd edilmişdir ki, X6 25.06.2019-cu il tarixdə Həkim-Məsləhət Komissyası tərəfindən müayinə olunmuş və ona ağır dərəcəli kəmağıllıq kobud nitq və davranış pozuntuları ilə F72.1 diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22.02.2020-ci il tarixli 1388 nömrəli məktubun surətində qeyd edilmişdir ki, X6 22.02.2020-ci il tarixdə Həkim-Məsləhət Komissyası tərəfindən müayinə olunmuş və ona ağır dərəcəli kəmağıllıq kobud nitq və davranış pozuntuları ilə F72.1 diaqnozu təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(005)-654/2021 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 26.02.2021-ci il tarixli, 438 nömrəli rəyində X3 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işin məhkəmə baxışında iştirakına yol vermədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 26.02.2021-ci il tarixli, 438 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X4 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 18.02.1995-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməlidir. Azbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18.02.1995-ci il təvəllüdlü X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar