Məhkəmə qərarları › İş №2(005)-694/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-694/2021

22.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-694/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı Müseyib qızının və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Müseyib qızının cavabdeh “xxxx” ASC-nə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Müseyib qızı cavabdeh “xxxx” ASC-nə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Elektrik şəbəkə A.SC-nin işçilərinin hərəkətlərini qanunsuz hesab edərək, xx xxxxxxx 2020-ci il tarixli, NDM № 020302-li aktın ləğv olunması, aktla əlaqədar olaraq, ona yazılmış 1149,7 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 şifahi vəsatət verərək “xxxx” ASC-nin hüquqi ünvanının ünvan 1 olduğundan mülki işin aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı Müseyib qızı məhkəmə iclasında vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş Kommersiya Qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatdan görünür ki, “xxxx” ASC-nin hüquqi ünvanı ünvan 1dür. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2-ci maddəsinə görə, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Beləliklə məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Nəsimi rayonu olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Müseyib qızının cavabdeh “xxxx” ASC-nə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar