Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-711/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər xx.xx.2004-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikah münasibətlərindən xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X19 adında üç övladları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli, 2(006)- 1734/2010 saylı qətnaməsi ilə xx.xx.2005-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər uşağa görə 72 manat, cəmi 216 manat aliment tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Həmin qətnamə qəbul edilərkən məhkəmə respublikada bir uşağın saxlanılması üçün respublikada müəyyən edilmiş minimum məbləğin 83 manat olmasını əsas olaraq götürmüşdür. Cavabdehlə aralarındakı nikah qeydi xx.xx.2012-ci il tarixdən ləğv edilmiş və artıq 10 ildən artıq müddətdir ki, ayrı yaşayırlar. Lakin qeyd edilmiş qətnamə qanuni qüvvəsini alan gündən bu günədək olan müddət ərzində cavabdeh bir dəfə də olsun övladlarını görmək, onlarla görüşmək istəməmiş, bir dəfə də olsun onlarla maraqlanmasa belə, hər ay məhkəmə qətnaməsi ilə üç uşağın saxlanılması üçün müəyyən edilmiş 216 manat məbləğində aliment ödəmiş və ödəməyə də davam edir. Məlum məsələdir ki, son 10 il ərzində himayəsində yaşayan 3 övladının saxlanılması respublikada 10 dəfə bir uşağın saxlanılması üçün müəyyən edilmiş minimum məbləğ dəyişmiş, hazırda respublikada bir uşağın saxlanılması üçün müəyyən edilmiş minimum məbləğ 170 manat təşkil edir və o, artıq cavabdehin ödədiyi 216 manata yetkinlik yaşına çatmaq üzrə olan üç uşağın 3 günlük ehtiyaclarının və təhsil haqqların ödənilməsi üçün yetərli deyildir. Odur ki, yuxarıda göstərilmiş hallar əsas götürülməklə hesab edir ki, cavabdeh tərəfindən 3 uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması məsələsinə yenidən baxılmalıdır. Belə ki, hazırda respublikada bir uşağın saxlanılması üçün müəyyən edilmiş məbləğ 170 manat olduğundan üç uşağın saxlanılması üçün tələb olunan minimum məbləğ 510 manat olduğu halda, o, cavabdehin ona ödədiyi 216 manat vəsait hesabına üç uşağı saxlamağa çətinlik çəkir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2005-cı il təvəllüdlü X5,xx.xx.2008ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə hər ay 170 manat olmaqla cəmi 510 manat sabit pul məbləğində aliment tututlaraq iddiaçıya ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X10 məhkəmə iclasında cavabdehin iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-1734/2010 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh xx xxxxxx 2005-ci il təvəllüdlü X6, xx xxxx 2008-ci il təvəllüdlü X8 və xx xxxx 2009-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2010-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər uşağa görə 72 (yetmiş iki) manat, cəmi 216 (iki yüz on altı) manat aliment alınıb iddiaçı X2 xeyrinə tutulmuşdur. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.20212-ci il tarixli, AZ-İ № 147534 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasındakı nikahın pozulması xx.xx.2012-cı il tarixdə 216 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli, AZ-İ seriyalı 692260 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X15 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Qurbanova (Əmirəliyeva) Ülviyyə Bəxtiyar qızıdır. İş materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı 299663 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X19 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Qurbanova (Əmirəliyeva) Ülviyyə Bəxtiyar qızıdır. İş materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli, AZ-İİ seriyalı 143667 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X13 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Qurbanova (Əmirəliyeva) Ülviyyə Bəxtiyar qızıdır. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN Xidmət Mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə 766 N-li akt qeydi ilə Cavabdeh ilə X9 nikahı qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli 31/65 №-li arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən Respublika Kliniki Xəstəxanasında gözətçi vəzifəsində işləyir. Aylıq əmək haqqı 260 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X19 və xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Əmirəliyeva (Qurbanova) Ülviyyə Bəxtiyar qızının xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat, cəmi 510 (beş yüz on) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X19 və xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Əmirəliyeva (Qurbanova) Ülviyyə Bəxtiyar qızının xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat, cəmi 510 (beş yüz on) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-711/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-711/2021
15.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver