Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-722/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-301/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azadılması, birgə nikahlarından anadan olmuş xx xxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin ondan Cavabdeh xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh Xanlarova (Əmrahova) Firuzə Rasim qızı ilə xx xxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2015-ci il tarixdə X4 və xx xxxxx 2017-ci il tarixdə isə X8 anadan olmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-301/2020 nömrəli qətnaməsinə əsasən X10 ilə onun arasında xx xxxx 2014-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, xx xxxxxx 2015-ci il təvəllüdlü Əmrahlı Məhəmmədəli Kamran oğlunun onun, xx xxxxx 2017-ci il təvəllüdlü Əmrahova Mədinə Kamran qızının anasının yanında qalması müəyyən olunmuşdur. xx xxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ondan tutularaq X7 verilməsi qət edilmişdir. Övladlarından birinin onun, digərinin isə anasının yanında qalmasını və maddi cəhətdən çətinlik çəkdiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-301/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılmasına dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Nüsrət qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-301/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X7 qarşı “nikahln pozulması və uşaqların himayəsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı cavabdeh X10 ilə xx xxxx 2014-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsində qeydə alınmış və 1747 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxx 2015-ci il təvəllüdlü X2 iddiaçı (atası) İddiaçı, xx xxxxx 2017-ci il təvəllüdlü X5 cavabdeh (anası) X6 yanında saxlanılması, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq İddiaçı xx xxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit məbləğində alimentin tutularaq (anası) X7 ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir; “Zaferoğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 24 nömrəli arayışının məzmunundan görünür ki, İddiaçı müvafiq cəmiyyətdə memar vəzifəsində çalışır və ştat cədvəlinə uyğun olaraq aylıq əmək haqqı 300 (üç yüz) manat məbləğində təşkil edir; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxx 1995-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-301/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə X10 arasında xx xxxx 2014-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsində qeydə alınmış və 1747 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx xxxxxx 2015-ci il təvəllüdlü X2 İddiaçı, xx xxxxx 2017-ci il təvəllüdlü X5 X6 yanında saxlanılması, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq İddiaçı xx xxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit məbləğində alimentin tutularaq (anası) X7 ödənilməsi qət edilmişdir. İddiaçı daimi iş yeri, o cümlədən müntəzəm və sabit qazanca malik olması müəyyən edilmişdir. Məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri və İddiaçı maddi vəziyyətini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, birgə nikahdan anadan olmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-301/2020 nömrəli qətnaməsi ilə X6 himayəsinə verilmiş X1 üçün İddiaçı hər ay Cavabdeh xeyrinə tutulmalı olan alimentin miqdarı 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-301/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx xxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-722/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-722/2021
25.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver