Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-737/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı “xxxx” ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 081,00 (iki min səksən bir manat) manat sığorta ödənişi məbləğinin, 500,00 (beş yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 611,00 (iki min alıtı yüz on bir) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsasandırmışdır ki, X7 ilə “xxxx” ASC arasında 10.07.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Nissan Sunny" markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 05.02.2020-ci il tarixdə “Nissan Sunny” markalı. ** UO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Babək prospektində yolnəqliyyat hadisəsi törətmiş və “Vaz 21705” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün ‘‘xxxx” ASC 2 081,00 (iki min səksən bir) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Xətai RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi 10.02.2020-ci il tarixli, 101-5244- 1220 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-l-ci maddəsinin İİ bəndinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azerbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ- Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Bildirmək istəyir ki, hadisə ilə bağlı Cəmiyyətə təqdim olunmuş Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki. Cavabdeh “Nissan Sıınny” markalı, ** UO ***dövlət qeydiyyat nişanlı avtomobili Rusiya Fedcrasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə elmişdir. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Nissan Sunny” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçı “xxxx” ASC məhkəməyə ərizə göndərərək onların iştirakı olmadan iddia ərizəsinə baxıb yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddia tələbini qəbul etmədiyini rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan 07.10.2020-ci il tarixli “xxxx” ASC-nin Cavabdeh geriyə tələb məktubundan görünür ki, zərərin aradan qaldırılması ilə bağlı “xxxx” ASC-nin ödəmiş olduğu 2081 manat sığorta ödənişi məbləğində pul vəsaitini 10 (on) gün müddətində "xxxx” ASC-yə ödəməyi xahiş olunmuş, ödəmədiyi təqdirdə “xxxx” ASC tərəfindən müvafiq məhkəməyə ondan 2 081,00 (iki min səksən bir manat) manat sığorta ödənişi məbləğinin, 500,00 (beş yüz) manat işlərin görülməsi xərcinin, cəmi 2 581,00 (iki min beş yüz səksən bir) manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 26 fevral 2020-ci il tarixli sığorta aktından görünür ki, “xxxx” ASC tərəfindən X4 hesaba köçürülmə yolu ilə 2081 manat pul köçürülməsi müyyən edilmişdir. İş materiallarında olan 27.02.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən X4 hesaba köçürülmə yolu ilə 2081 manat pul köçürülmüşdür. İş materiallarında olan Xətai rayon DYPŞ-nın 06.02.2020-ci il tarixli AP №0158277 X8 Protokoldan görünür ki, X5 02.05.2020-ci il tarixdə saat 16:30-radələrində idarə etdiyi “Nissan Sunny” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Cavabdeh məxsus Vaz21705 markalı**-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi saxlamayaraq Babək prospektində toqquşmuşdur. Nəticədə AR İXM-327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan cavabdehə məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-UO-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” minik markalı avtomobil X1 mülkiyyətindədir. İş materiallarında olan, 03.02.2020-ci il tarixli etibarnamədən görünür ki, X2 **-UO-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” minik markalı avtomobili X3 idarə etməsini etibar etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin İ-ci hissəsindən göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, hadisə törədilən zaman cavabdehin ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin olmaması sübuta yetirildiyindən, 2 081,00 (iki min səksən bir manat) manat sığorta ödənişi məbləği, 500,00 (beş yüz) manat işlərin görülməsi xərci və 30,00 (otuz) manat dövlət rüsumu, cəmi 2 611,00 (iki min alıtı yüz on bir) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. 2 081,00 (iki min səksən bir manat) manat sığorta ödənişi məbləği, 500,00 (beş yüz) manat işlərin görülməsi xərci və 30,00 (otuz) manat dövlət rüsumu, cəmi 2 611,00 (iki min alıtı yüz on bir) manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-737/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-737/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver