Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-753/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsi təhlükəsi olduğundan mənzilin üzərinə məhdudiyyət qoyulmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-4316/2020 nömrəli qərardadı ilə, iddianın təmin etmə tədbirinin görülməsinə dair iddiaçının ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, 2036-cı məhəllə, Köndələn-10 küçəsi, ev 1B, 11 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək, proses dövründə cavabdeh ilə razılıq əldə olunduğunu bildirmiş, iddia tələbi üzrə ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, lakin Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunun notariusu ərizə ilə müraciət edərək, mülki işə onların nümayəndəsinin iştitrakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, eləcə də həmin mülki iş üzrə görülmüş iddianın təmin tədbirinin saxlanılmasına zərurət olmadığından, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin mülki işlə bağlı iddianın təmin tədbiri ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 03 №-li qərarının 15-ci maddəsinə görə iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə görə iddianın təmin edilməsi tədbiri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə görə iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh1 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Mülki iş üzrə iddianın təmin tədbiri ləğv edilsin. Bakı şəhəri, Nərimanov rayonu, 2036-cı məhəllə, Köndələn-10 küçəsi, ev 1B, 11 saylı mənzilin üzərinə qoyulmuş qadağa götürülsün. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-753/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-753/2021
26.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver