Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-788/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı qızının Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “alimentin artırılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı qızı cavabdeh X6 qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı iddia tələbinə əsasən əmək haqqısının və ümumi gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, iş №2(005)-1087/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 170 ( yüz yetmiş) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda uşağ 4 yaş 6 aylıqdır. Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Hazırki gün uşağın maddi ehtiyaclarını qarşılamaq çətinləşmişdir. Uşağın geyim-keçimi, baxça (hazırlıq) xərcləri və eyni zamanda digər xərclər üçün 170 (yüz yetmiş) manat aliment kifayət deyil. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hal-hazırda Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) qaynaqçı vəzifəsində çalışır və əmək haqqısı yüksəkdir (1000-1200 manat). Məhkəmə iclasında İddiaçı qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-1087/2020 saylı xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx xxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyaat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 780169 nömrəli, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxx 2016-cı ildə X7 Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 3350 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestinin məhkəmə sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh hal-hazırda elektrikqaynaqaçısı vəzifəsində işləyir və cəmi əmək haqqı 945,65 manat (doqquz yüz qırx beş manat, 65 qəpik) təşkil edir. Bakı şəhər Mənzil-X2 3 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyinin 151 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2020-ci il tarixli 237 nömrəli arayışdan görünür ki, İddiaçı o həqiqətən Zəngilan rayonundan məcburi köçkündür və Bakı şəhəri Nərimanov rayonu Hidayətzadə 20 ünvanında məskunlaşmışdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin AA 233565 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Xətai rayonunda məskunlaşmışdır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə doğulmuşdur. Nikahın pozulması haqqında AZ-İ 360665 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 184 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmədə tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-1087/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx xxx 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda cavabdeh iddiaçı ilə birgə nikahdan olan xx xxx 2016-cı il təvəllüdlü X1 maddi cəhətdən iştirak etmir. Bununla belə Cavabdeh hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestində vəzifəsində elektrikqaynaqaçısı işləyir və əmək haqqı 945,65 manat (doqquz yüz qırx beş manat, 65 qəpik) təşkil edir. İddiaçı hazırki iddia ilə ölkədə uşaqların saxlanması üçün yaşayış minimumu haqqında qanuna əsasən aliment məbləğinin artırıldığını bildirir. Bu səbəbdən də, iddiaçı təyin olunmuş alimentin məbləğinin artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə Cavabdeh hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestində elektrik-qaynaqaçısı vəzifəsində işləyərək 2021-ci ilin fevral tarixinə hesablanmış əmək haqqının 945,65 manat (doqquz yüz qırx beş manat, 65 qəpik) təşkil etdiyini də nəzərə alaraq xx xxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin bütün gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsilə bağlı olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1087/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx xxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-788/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-788/2021
17.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver