Məhkəmə qərarları › İş №2(005)-796/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-796/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-796/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçinin vəkili və nümayəndəsi X17 oglunun iştirakı ilə, Ərizəçi oglunun maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi oglu maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, X12 ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi oglu ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1996-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda yaşayır. X4r. O 1966-cı ildə ünvan 3 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. X9 28.04.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə 2 saylı Bakı Asan Xidmət Mərkəzindən 04.05.2020-ci il tarixli, «179» saylı ölüm haqqında şəhadətnamə də verilmişdir. Nəzərə çatdırım ki, X27 X18 və X10 tərəfindən övladlığa götürülmüş və bu barədə Bakı şəhəri, Əzizbəyov rayon VVAQD orqanı tərəfindən 09 fevral 1980-ci il tarixli, «01» saylı övladlıba götürmə haqqında şəhadətnamə də verilmişdir. Anasının doğum haqqında şəhadətnamənin ata qrafasında atası kimi X18, ana qrafasında isə anası kimi X10 göstərilmişdir. Onda olan məlumata görə babası X18 1923-cü ildə Naxçıvan MR-da doğulmuş, sonradan Bakı şəhərinə köçmüş, 1974-cü ildə Bakı şəhəri, Yasamal rayon VVAQD orqanında X1 ilə nikaha girmişlər. X1 30 may 1993-cü ildə Bakı şəhərində ölmüşdür. X2 öyrəndiyi məlumata görə babası X18 1996-97-ci illərdə vəfat etmişdir. Lakin babasının ölümü haqqında şəhadətnaməni heç cür əldə edə bilmir. Bu barədə AR Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müvafiq sorğu ilə müraciət etmiş və Xidmətin 15.10.2020-ci il tarixli, «05/2- 6168/k» saylı məktubu ilə bildirilmişdir ki, babası X12 ölümü barədə məlumat yoxdur. Hal-hazırda babasının qohumlarından heç kimi tanımır. Bu səbəbdən də babasının ölümü haqqında müvafiq akt qeydini əldə edə bilmir. Babası X12 ölüm şəhadətnaməsi ona aşağıdakı məqsəd üçün lazımdır: Belə ki, hal-hazırda qeydiyyatda olduğu və yaşadığı ünvan 4 ünvanında yerləşən mənzil X9nın adınadır. Bu barədə X9nın adına Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 02.07.1997-ci il tarixli, «MH 089459» X13 də verilmişdir. X9 vəfat edəndən sonra onun yeganə vərəsəsi odur və bu barədə vərəsəlik şəhadətnaməsi almaq üçün müvafiq Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisindən babasının da ölüm şəhadətnaməsi istənilmişdir. Bütün sənədləri Notariat Ofisinə təqdim etsə də babasının olüm şəhadətnaməsini təqdim edə bilmir və bu səbəbdən də vərəsəlik şəhadətnaməsini əldə edə bilmir. Ərizəçi oglu tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, babası 1923-cü il təvəllüdlü X12 17 may 1992-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin vəkili və nümayəndəsi X7 məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs 30 aprel 2021-ci il tarixli 740 nömrəli məktubla məhkəməyə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar nümayəndəsinin məhkəmədə iştirak edə bilməyəcəyindən, işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24.08.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadıtnamədən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5, X4r. Əzizbərov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09.02.1980-cı il tarixdə verilmiş doğum haqqında şəhadıtnamədən görünür ki, X19 25.10.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X18, anası X8r. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 28 aprel 2020-ci il tarixdə “ürəyin kəskin işemik xəstəliyindən” ölmüşdür. İşdə olan övladlığa götürmə haqqında şəhadətnaməyə əsasən X3 Həbib İsmayıloviç və X10 tərəfindən 09.02.1980-cı il tarixdə övladlığa götürülmüşdür. İşdə olan Vətəndaşlıq Vəziyyəti aktlarının reyestr xidmətinin verdiyi 15.10.2020-ci il tarixli məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 12.10.2020-ci ilədək olan dövrə aid daxil edilmiş məlumatlar öyronilorkən H.Əsgərovun ölümü barədə məlumat aşkar olunmamışdır. Qeyd edilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən ölümün tibb müəssisəsinin sənədi əsasında dövlət qeydiyyatına alınması üçün qeydiyyat şöbəsinə, müvafiq sənəd olmadıqda isə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İşdə olan qeydiyyat vəsiqəsinin surətindər görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Xətai pr, ev 5, mənzil 69B X14 adına qeydiyyatdan keçirilmişdir. İşdə olan arayışdan görünür ki, X12 doğum tarixi 1923-cü il göstərilmişdir. İşdə olan Abşeron Rayon Saray Bələdiyyəsinin 03 may 2021-ci il tarixli məktubuna əsasən bildirilir ki, X18 (baş daşına əsasən 17.05.1992-ci il) Saray qəsəbə qəbristanlıgında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X12 17 may 1992-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X12 etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1923-cü il təvəllüdlü X12 17 may 1992-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar