Məhkəmə qərarları › İş №2(005)-849/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-849/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-849/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğvi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 28798 manat məbləğində kredit borcu, 6106.58 manat məbləğində faiz borcu və 9028.54 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 43933 (qırx üç min doqquz yüz otuz üç) manat 12 (on iki) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 «xxxx» QSC ilə bağladığı 15.11.2018-ci il tarixli 027L**********62 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 «xxxx» QSC ilə bağladığı 26.07.2019-cu il tarixli 027R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti İlə 30.000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31.10.2019-cu il tarixli 027R192076686İS saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.12.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1202 manat ödəmiş, onun 28798 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 04.09.2020-ci il tarixə 276 gün üçün hesablanmış faiz borcu 6106.58 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 04.09.2020-ci il tarixə 276 gün üçün hesablanmış cərimə 9028.54 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra elməlidirlər. 08.06.2021-ci il tarixdə “elektron məhkəmə” sistemi vasitəsi ilə iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək proseslərin çoxluğu ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, bu səbəbdən mülki işə onun iştirakı ilə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.11.2018-ci il tarixli №027L**********62 nömrəli uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “Kredit” adlandırlacaq) kredit alana 5000000.00 (beş yüz min) manat məbləğində uzunmüddətli kredit xəttini (bundan sonra “uzunmüddətli kredit xətti” adlandırılacaq) açılır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Bu müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 15 noyabr 2028-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. “xxxx” QSC ilə Cavabdeh1 ilə 15.11.2018-ci il tarixli kredit müqaviləsinə uyğun olaraq 027R********** nömrəli kredit razlaşmasının 1.1-ci bəndindən görünür ki, bank məbləği 30.000.00 (otuz min) manat olan krediti (bundan sonra “kredit”) aylıq faiz dərəcəsi 2.1667 (iki tam on mində bir min altı yüz altmış yeddi)% olmaqla 18 (on səkkiz) ay müddətinə kredit alana verir. Bu müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına (“ödəniş planı”) əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. “xxxx” QSC ilə Cavabdeh1 ilə 027R********** nömrəli kredit razılaşmasına əsasən cavabdeh aylıq cədvəl üzrə 2047.00 (iki min qırx yeddi) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. “xxxx” QSC ilə Cavabdeh1 ilə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında №027R**********S nömrəli sazişin 1-ci bəndindən görünür ki, bank ilə kredit alan arasında 15 noyabr 2018-ci il tarixli 027L**********62 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 26 iyul 2019-cu il tarixdə bağlanmış 027R********** kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrəgötürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 31 oktyabr 2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. “xxxx” QSC ilə Cavabdeh1 ilə 027R********** nömrəli kredit razılaşmasına əsasən cavabdeh aylıq cədvəl üzrə birinci ayı 613.02 (altı yüz on üç manat iki) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. “xxxx” QSC ilə Cavabdeh3 arasında bağlanmış №027S**********03 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. “xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış №027S**********03 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. “xxxx” QSC-nin 25.11.2020-ci il tarixli 08 nömrəli cədvəldən görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh1 027R192076686 saylı 26.07.2019-cu il tarixli kredit razılaşması üzrə borcu 04.09.2020-ci il tarixinə əsas məbləğ üzrə borc 27798 manat, faiz üzrə borc 6106.58 manat, cərimə borcu 9028.54 manat, cərimə hesablanmış gecikdirlən günlərin sayı 276 gün olmaqla cəmi borc 43933.12 manat məbləğində hesablanmışdır. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanlanmış 04.09.2020-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, “xxxx” QSC ilə bağlanılmış 26.07.2019-cu il tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 18 ay müddətinə aylıq ödəmək şərti ilə 30.000,00 AZN məbləğində kredit götürmüşdür. Kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxtadək kredit borcunun ödənilməsindən yayınmışdır. 03.09.2020-ci il tarixinə gecikdirilmiş ödəniş məbləği 22789.05 AZN (əsas məbləğ 8.988.62 AZN, faiz ödənişi 5855,63 AZN, cərimə məbləği 7.944,80 AZN) təşkil edir. 14.09.2020 tarixnədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarılmadığı, kredit müqaviləsinin vaxtından əvvəl xitam veriləcək və banka olan 43933.12 AZN məbləğin (28.798.00 AZN təşkil edən əsas məbləğ, 6106.58 AZN faiz məbləği və 9028.54 AZN cərimə məbləği), həmçinin 03.09.2020-ci il tarixindən sonra hesablancaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi və bu halda banka borclu olan məbləğ deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərclər ödəniləcəkdir. Kreditin verilməsi haqqında qəzdən görünür ki, Cavabdeh1 26.07.2019-cu il tarixdə iddiaçı tərəfindən ayrılmış 30.000 (otuz min) manat məbləğində kredit vəsaitini alalaraq öz şəxsi imzası ilə təsdiq etmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 08.09.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1975-ci ildə Naxçıvan MR, Naxçıvan r, Qahab kəndində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç, məh 1956-1989 giriş 2, ev.26 m.705 ünvanında qeydiyyatdadır. ASAN 2 tərəfindən verilmiş 08.11.2016-cı il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh1 xx.xx.1975-ci ildə Naxçıvan MR, Naxçıvan r, Qahab kəndində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç, məh 1956-1989 giriş 2, ev.26 m.705 ünvanında qeydiyyatdadır. NAX DİN SƏYYAR tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh2 xx.xx.1996-cı ildə Naxçıvan MR, Naxçıvan r, Qahab kəndində anadan olmuş və NAX.MR, Babək ray, Qahab kəndində qeydiyyatdadır. Babək RPŞ tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh3 xx.xx.1978-ci ildə Naxçıvan MR, Naxçıvan r, Qahab kəndində anadan olmuş və NAX.MR, Babək ray, Qahab kəndində qeydiyyatdadır. 25.11.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanı, ünvan 2azirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2021-ci il tarixli 09/1347 nömrəli rəyi ilə Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli 027L**********62 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalanın “xxxx” QSC-ə ödənilməli olan 04 sentyabr 2019-cu il tarixə əsas borc 28754,67 manat, 6528,42 manat faiz borcu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ341NABZ**********000003944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik tam yerinə yetirilməmişdir. Məhkəmə müvafiq ekspert rəyini nəzərə alaraq əsas borc üzrə 28754,67 manat məbləğinin, faiz məbləğinin tutulmasına iddianın baxılması hədlərində qiymət verərərək ekspert rəyində göstərilən faiz borc məbləği iddiaçının iddia ərizəsində göstərdiyi borc məbləğindən çox olduğu üçün 6106,58 manat faiz borcununun cavabdehdən tutulmasını məqbul hesab edir. O da qeyd edilməlidir ki, cavabdehlərə münasibətdə borc məbləği tutularkən iddiaçı “xxxx” QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən 02.12.2019-cu il tarixdə 615 manat hesaba mədaxil olunmasını məhkəmə nəzərə almışdır. Məhkəmə cərimənin tutulmasına münasibətdə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd eilənlərə əsasən məhkəmə hesab edir ki, cərimə məbləği əsas və faiz borcuna mütənasib olmadığından azaldılmalı və 200 manata endirilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “xxxx” QSC -nin xeyrinə 28754 (iyirmi səkkiz min yeddi yüz əlli dörd) manat məbləğində əsas kredit borcu, 6106,58 (alt min yüz altı manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 35.060,58 (otuz beş min altmış manat əlli səkkiz qəpik) manat məbləğində kredit borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 28754 (iyirmi səkkiz min yeddi yüz əlli dörd) manat məbləğində əsas kredit borcu, 6106,58 (alt min yüz altı manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində cərimə və iddianın təmin edilmiş hissəsinə görə ödənilmiş dövlət rüsumundan 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada 100 (bir yüz) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borca görə 28754 AZN (iyirmi səkkiz min yeddi yüz əlli dörd), faiz borcu üzrə 6106,58 AZN (altı min yüz altı manat əlli səkkiz qəpik), cərimə borcu üzrə 200 AZN olmaqla, cəmi 35.060,58 (otuz beş min altmış manat əlli səkkiz qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 oğlundan, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ **********0000003944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar