Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-876/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin təyin edilməsi və əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2012-ci il təvəllüdlü X8 və xx xxxx 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx xxx 2011-ci il tarixdə faktiki nikaha daxil olmuşlar və onların nikahından xx xxxx 2012-ci il təvəllüdlü X11 doğulmuşdur. Quba Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(027)-370/2016 nömrəli qətnaməsi ilə Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X6 atası olması faktı müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün xx xxxxxx 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra uşağın doğum haqqında şəhadətnaməsində soyadı “Orucov“ kimi qeyd edilmişdir. Daha sonra tərəflər xx xxxxxxxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların nikahı 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində 2936 nömrə ilə qeyd edilmişdir. Tərəflər rəsmi nikaha daxil olduqdan sonra onların daha bir övladı - xx xxxx 2018-ci il təvəllüdlü X9 doğulmuşdur. Hazırda tərəflərin ailə münasibətləri pozulmuş, faktiki olaraq yenə ayrılmışlar və hər iki uşaq analarının, yəni İddiaçı himayəsində yaşayırlar. Cavabdeh isə bir ata kimi uşaqlarına maddi və mənəvi dəstək olmur, onlarla maraqlanmır. Hər iki uşağı maddi cəhətdən təmin etmək İddiaçı üçün çox ağırdır və uşaqların saxlanması üçün Cavabdeh maddi dəstəyinə ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2012-ci il təvəllüdlü X8 və xx xxxx 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində alimentin, o cümlədən xx xxxx 2018-ci il təvəllüdlü X5 3 (üç) yaşı tamam olanadək ananın uşağa baxması ilə bağlı hər ay 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Quba Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(027)-370/2016 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü Amar Qafarovun atası olması faktı müəyyən edilmiş, xx xxxx 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx xxxxxx 2016-cı il tarixdən başlayaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir; Quba Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 992495 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxxx 2012-ci il tarixdə Quba rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2013-cü il tarixdə 317 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X4 qeyd olunmuşdur; 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 227811 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx xxxxxxxx 2017-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2017-ci il tarixdə 2936 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Orucova soyadı verilmişdir; 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 504249 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxx 2018-ci il tarixdə Bakı şəhərinə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2020-ci il tarixdə 5623 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur; 55 nömrəli Mənzil İstismar Kommunal Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 006942 nömrəli arayışdan görünür ki, xx xxxxxx 1985-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 338, mənzil 7 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Ayaz Bayram oğlu ilə faktiki nikah münasibətlərindən xx xxxx 2012-ci il təvəllüdlü Amar Qafarov anadan olmuşdur. Quba Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(027)-370/2016 nömrəli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü Amar Qafarovun atası olması faktı müəyyən edilmiş, xx xxxx 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx xxxxxx 2016-cı il tarixdən başlayaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi müəyyən edilmişdir. Cavabdeh ilə X4 arasında xx xxxxxxxx 2017-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2017-ci il tarixdə 2936 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Orucova soyadı verilmişdir. Tərəflərin rəsmi nikah münasibətlərindən xx xxxx 2018-ci il təvəllüdlü X9 anadan olmuşdur. Uşaqların hər ikisi hazırda İddiaçı himayəsindədirlər. İddiaçı hazırda Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 338, mənzil 7 ünvanında qeydiyyatsız yaşayır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi aliment məbləğinin tutulması hissəsində tam təmin edilərək, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, iddia tələbinin xx xxxx 2018-ci il təvvəllüdlü X5 3 (üç) yaşı olana kimi İddiaçı hər ay 100 (bir yüz) manat məbləğində aliment ödənilməsi ilə bağlı məhkəmə bu barədə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 85.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 (üç) il ərzində keçmiş arvad. Məhkəmə qeyd edir ki, iddia tələbi müvafiq hissədə qismən təmin edilməli, xx xxxx 2018-ci il təvvəllüdlü X5 3 (üç) yaşına kimi Cavabdeh İddiaçı xeyrinə 50 (əlli) manat tutulmalı, iddia ərizəsi əlavə xərcin tutulması tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin və əlavə xərcin tutulma vaxtı İddiaçı müvafiq tələblərlə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni alimentin tutulma vaxtı xx xxxxxx 2020-ci il tarixdən, əlavə xərcin tutulma vaxtı isə xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X8 və xx xxxx 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh xx xxxx 2018-ci il təvəllüdlü X5 üç yaşınadək, yəni xx xxxx 2021-ci il tarixə kimi hər ay 50 (əlli) manat tutulub İddiaçı verilsin. Alimentin tutulma vaxtı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Əlavə xərcin tutulma vaxtı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-876/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-876/2021
01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver