Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-893/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək mərhum X1 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X3 əridir. O, 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. X3 xx xxxxxxxx 2020-ci il tarixdə saat 07:36 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan y/massivində ölmüşdür. Mərhumun yatdığı yerdə xırıltısı gəlmiş, lakin ona ilkin yardım göstərməyə çalışsada onun nəbzinin vurmadığını müşahidə etmişdir. Daha sonra evə gələn təcili tibbi yardımın həkimləri mərhum X1 ölüm faktını təsdiq etmişlər. Bundan sonra ərizəçi, ölüm haqqında şəhadətnaməni almaq üçün xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmiş, lakin ordan isə ona rəsmi qaydada bildirmişlər ki, “ölüm haqqında tibbi şəhadətnamənin” olmaması səbəbi ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə imtina məktubu verilmişdir. Əgər ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda hüquqi əhəmiyyətli faktın tanınması üçün məhkəməyə müraciət edilməlidir. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirmişdir ki, o, mərhum X1 doğma qardaşıdır. xx.xx.2020-ci ildə vəfat edib. Qəflətən ölüb. Zəng vurdular ki, artıq 1 saatdı keçinibdir. Dəfn binə qəsəbəsində olub. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE seriyalı № 14860633 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş X3 ünvan 1 B ünvanında qeydiyyatdadır. Nərimanov rayon 30 saylı Mənzil-Komunal İstismarı sahəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 30/1520 nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev.15, mənzil ö/ə-də pasport qeydiyyatındadır. Nərimanov rayon 30 saylı Mənzil-Komunal İstismarı sahəsi tərəfindən xx xxxxxx 2020ci il tarixdə verilmiş 03/1510 nömrəli arayışdan görünür ki, X3 Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev.15, mənzil ö/ə-də pasport qeydiyyatındadır. Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 21.sentyabr 2020-ci il tarixdə saat 07:36-da X1 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X3 xx.xx.2013-cü ildə nikahları bağlanılmışdır. Maraqlı şəxs Ərizəçi № 187 saylı xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 357 nömrəli arayışından görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Bakı şəhər, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn edilmiş və onun dəfn xərclərini həyat yoldaşı Ərizəçi çəkmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş X3 xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etmiş, Binə qəbristanlığında dəfn edilmişdir. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X1 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cı ildə Azərbaycanın Bakı şəhərində anadan olmuş X3 (Ş.V nömrəsi: AZE 14860633) xx xxxxxxxx 2020-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeyd aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-893/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-893/2021
16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver