Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-907/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********36203 Huawei P Smart markalı telefon üçün 368 (üç yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat dəbbə, cəmi 476 manat, HOFFMANN kombi üçün 1132 (min yüz otuz iki) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) dəbbə, cəmi 1372 manat, İMEİ kodu **********64795 Samsung Galaxy A50 markalı telefon üçün 474 (dörd yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 137(yüz otuz yeddi) dəbbə, cəmi 611 manat Samsung paltaryuyan üçün 1000 (min) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) dəbbə, cəmi 1264 manat. Ümumilikdə 3723 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3753 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il , xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********36203 Huawei P Smart markalı telefon, HOFFMANN kombi , İMEİ kodu **********64795 Samsung Galaxy A50 markalı telefon, Samsung paltaryuyan almış və nəticədə 3723 (üç min yeddi yüz iyirmi üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 490 (dörd yüz doxsan) manat (12 ay x 40 manat +10 manat ilkin ödəniş) İMEİ kodu **********36203 Huawei P Smart markalı telefon üçün 476 (dörd yüz yetmiş altı) manat olmaqla ondan, 368 (üç yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1314 (min üç yüz on dörd) manat (18 ay x 73 manat +0 manat ilkin ödəniş) HOFFMANN kombi üçün 1372 (min üç yüz yetmiş iki) manat olmaqla ondan, 1132 (min yüz otuz iki) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 631 (altı yüz otuz bir) manat (12 ay x 51 manat +19 manat ilkin ödəniş) İMEİ kodu **********64795 Samsung Galaxy A50 markalı telefon üçün 611 (altı yüz on bir) manat olmaqla ondan, 474 (dörd yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 137(vüz otuz yeddi) dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1056 (min əlli altı) manat (12 ay x 88 manat +0 manat ilkin ödəniş) Samsung paltaryuyan üçün 1264 (min iki yüz altmış dörd) manat olmaqla ondan, 1000 (min) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) dəbbə miqdarında borc yaranmışdır. Məhkəmə baxışı iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ********* nömrəli xx.xx.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Paltaryuyan Samsung. İş materiallarında olan 00987030 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung Galaxy A 50 İş materiallarında olan 00910865 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Huawei P Smart İş materiallarında olan 00919305 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Kombi Hoffman 32 KW İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 01050114 nömrəli Müqaviləyə əsasən Samsung markalı paltaryuyanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00987030 nömrəli Müqaviləyə əsasən Samsung Galaxy A50 DS markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00919305 nömrəli müqaviləyə əsasən Hoffman markalı kombini tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00910865 nömrəli müqaviləyə əsasən Huawei P Smart markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 12 ay müddətinə aylıq 40 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə əsasında 1 ədəd Huawei P Smart markalı telefon almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 476 manat olmaqla, ondan 368 manat ödənilməmiş hissə, 108 manat cərimə pulu təşkil edir. Cavabdeh xx.xx.2019-cu il il tarixli müqavilə üzrə borc məbləğini 18 ay müddətinə aylıq 73 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə əsasında 1 ədəd Hoffman markalı kombi almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 1372 manat olmaqla, ondan 1132 manat ödənilməmiş hissə, 240 manat cərimə pulu təşkil edir. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 12 ay müddətinə aylıq 51 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə əsasında 1 ədəd Samsung Galaxy A50 markalı telefon almışdır. Halhazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 611 manat olmaqla, ondan 474 manat ödənilməmiş hissə, 137 manat cərimə pulu təşkil edir. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 12 ay müddətinə aylıq 88 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə əsasında 1 ədəd Samsung markalı paltaryuyan almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 1264 manat olmaqla, ondan 1000 manat ödənilməmiş hissə, 264 manat cərimə pulu təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli xx.xx.2019-cu il tarixli, 01050114 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1056 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli xx.xx.2019-cu il tarixli, 00987030 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 631 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli xx.xx.2019-cu il tarixli, 00919305 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1314 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli xx.xx.2019-cu il tarixli, 00910865 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 490 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 1000 manat ödənilməmiş əsas və 264 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00910865 saylı müqavilə üzrə 368 manat ödənilməmiş əsas və 108 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00987030 saylı müqavilə üzrə 474 manat ödənilməmiş əsas və 137 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00919305 saylı müqavilə üzrə 1132 manat ödənilməmiş əsas və 240 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə hazırda əsas borcu 1000 manat, 474 manat, 1132 manat və 368 manat, cəmi 2974 manat təşkil edir. Təhvil-təslim aktına əsasən, cavabdeh Samsung Galaxy A50 markalı telefonu, Huawei P Smart markalı telefonu, HOFFMANN kombini və Samsung paltaryuyanı təhvil almışdır. Cəmiyyət tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1000 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 264 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 100 manata endirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilə üzrə müvafiq olaraq 474 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 137 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 47 manata,1132 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 240 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 110 manata endirilməli, 368 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 108 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 36 manata, 1000 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 264 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 100 manata, endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “xxxx” MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 2974 manat ödənilməmiş hissə, 293 manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə cəmi 2974 manat ödənilməmiş hissə, 293 manat dəbbə pulu ümumilkdə 3267 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-907/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-907/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver