Məhkəmə qərarları › İş №2(005)-922/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-922/2021

07.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-922/2021 07.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı Ermənistanın Kirovakan rayonunda anadan olmuş, 1946-cı il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X6 uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. xx xxxxxx 2020-ci il tarixdə həmin xəstəliklər səbəbindən yaşadığı ünvan 1 ünvanında dünyasını dəyişmişdir. Bu barədə təcili tibbi yardım briqadası hadisə baş verən ünvana çağırılmış, Təcili və X7 Stansiyasının xx xxxxxx 2020-ci tarixli 0853 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib olunaraq ona verilmişdir. Bundan sonra müvafiq hüquqi prosedur kimi 106 nömrəli formanın (tibbi şəhadətnamənin) alınması üçün bacısının rəsmi qeydiyyatda olduğu yer üzrə ərazi aidiyyətinə müvafiq olaraq poliklinikaya müraciət etmişdir. Həmin poliklinikadan isə son 6 (altı) ay müddətində bacısının həmin poliklinikaya müraciət etməməsi və xəstəliyi ilə əlaqədar bu 6 (altı) aylıq dövr ərzində onlarda məlumatın olmamasını əsas gətirilərək 106 nömrəli formanın verilməsində imtina edilmişdir. Bundan sonra ölüm haqqında şəhadətnamə əldə etmək üçün müvafiq olaraq Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsnə xx xxxxxx 2020-ci il tarixdə etdiyi müraciətə cavab olaraq qeydiyyat şöbəsi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən şəhadətnamə təqdim edə bilməməyi nəzərə alınaraq, bacısının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göründüyü kimi, bacısının ölüm haqqında şəhadətnaməsinin onun tərəfindən alınması mümkün deyildir. Ölümün qeydə alınması faktının müəyyən edilməsində onun məqsədi çıxarılacaq qətnamə əsasında müvafiq ölüm haqqında şəhadətnaməni almaqla vərəsəlik hüquqlarının həyata keçirilməsidir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Təcili və X7 Stansiyasının 1 nömrəli Bölməsinin xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx xxxxxx 2020-ci il saat 13:29 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27 nömrəli evin 86 nömrəli mənzilinə X3 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur; 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Ərizəçi verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən şəhadətnamə təqdim edə bilməməyi nəzərə alınaraq, bacısının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Nərimanov RPİ tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş AZE seriyalı 06109450 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, XX.XX.1946-cı il təvəllüdlü Ermənistanın Kirovakan rayonunda anadan olan X6 ünvan 2 ünvanında qeydiyyatda olmuşdur; Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxx 2021-ci il tarixli 05 nömrəli arayışının məzmunundan görünür ki, X1 və X7 Stansiyasının verdiyi xəbərdarlıq vərəqəsinə əsasən xx xxxxxx 2020-ci il tarixində vəfat etmiş və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Binəqədi Keyrəki qəbirstanlığında xx xxxxxx 2020-ci il tarixində dəfn olunmuşdur; 710169 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1957-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq ildə 41 nömrə ilə qeyd edilmişdir. X13 Abduloviç, anası X4 qeyd olunmuşdur. Məhkəmə iclasında ifadə verən şahid X15 oglu bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Onun bacısı X6 da onun qonşusu olmuş, xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş və dəfn mərasimində iştirak etmişdir. X6 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Binəqədi Keyrəki qəbirstanlığında xx xxxxxx 2020-ci il tarixində dəfn olunmuşdur. Məhkəmə iclasında ifadə verən şahid X8 bildirmişdir ki, o da Ərizəçi qonşusudur. Onun bacısı X5 yaxşı tanıyırdı. X6 xx xxxxxx 2020-ci il tarixində dünyasını dəyişmiş və həmin gün də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Binəqədi Keyrəki qəbirstanlığında dəfn olunmuş, yas mərasimində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X3 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1946-cı il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar