Məhkəmə qərarları › İş №2(005)-950/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-950/2021

12.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-950/2021 12.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü oğlu X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, oğlu X7 xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onlar başqa ünvanlarda pasport qeydiyyatında olsalar da, son zamanlar ailəlikcə birlikdə Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi ev 17, mənzil 31-də yaşayaraq, ümumi təsərrüfat aparmışlar. Oğlu son zamanlar şəkərli diabetdən və qara ciyərindən əziyyət çəkirdi və mütəmadi olaraq müalicə olunurdu. Son günlər tez-tez xəstəliyi ilə əlaqədar tutmaları olurdu. xx.xx.2020-ci il tarixdə təxminən saat 02.00 radələrində qəflətən tutmaları olmuş, onlar təcili olaraq təcili yardım Stansiyasına zəng edənə kimi oğlu vəfat etmişdir. Məlumat əsasında rayon prokurorluğundan və məhkəmə-tibbi ekspertiza şöbəsindən gələrək evdə meyit müayinə olunaraq baxış keçirilmişdir. Səhəri gün müvafiq olaraq oğlunun həqiqətən poliklinikada xəstəliyi ilə əlaqədar qeydiyyatda olması barədə sənədləri tələb etmiş, ancaq qeydiyyat Şöbəsində xəstəlik tarixi kartı tapılmamışdır. xx.xx.2020-ci il tarixdə oğlu X1 qəbirstanlığında dəfn olunmuşdur. Oğlunun dünyasını dəyişməsi barədə ölüm şəhadətnaməsinin alınması üçün Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər, lakin Qeydiyyat Şöbəsi ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən müraciəti təmin etməmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməklərini məsləhət görmüşdülər. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum X3 dəfn mərasimində və onun ölümü ilə əlaqədar keçirilmiş mərasimlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə onun vəziyyəti ağırlaşmış, X9 həkim çağırmışdı, həmin gün vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2010-cu il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1957-ci il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuş Ərizəçi ünvan 4 mənzil 5 ünvanında qeydiyyatdadır; xx.xx.2016-cı il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 15787841 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1981-ci il tarixdə Azərbaycan, Bakı şəhərində anadan olmuş X7 ünvan 5 ünvanında qeydiyyatdadır; Bakı Şaumyanskıy ZAQS tərəfindən xx.xx.1981-cı il tarixdə verilmiş Vİİİ-ЖГ seriyalı 308998 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X12 oğlu xx.xx.1981-ci il tarixdə doğulmuşdur. Atası Ərizəçi, anası X4r; Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli, M/18 nömrəli məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü oğlunuz X3 xx.xx.2020-ci il tarixdə saat 02:30 radələrində yaşadığınız ünvan 7 ünvanında ölməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında məhkəmə-tibbi eksperti ilə birlikdə hadisə yerinə gedilərək hadisə yerinə və meyitə baxış keçirilmiş, meyitin üzərində hər-hansı zorakılıq əlamətləri və xəsarət izləri aşkar olunmamışdır; Azərbaycan Respublikası Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2020-ci il nömrəli, 106 saylı arayışından görünür ki, mərhum X7 xx.xx.2020-ci il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 178 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X7 Ərizəçi oğludur. Ərizəçi ünvan 4 mənzil 5 ünvanında qeydiyyatdadır. X7 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində, ev şəraitində, ünvan 8 ünvanında vəfat etmişdir. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş Ərizəçi xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar