Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-957/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi tələbinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1955-ci il təvəllüdlü X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi qardaşı xx.xx.1955-ci il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixində saat 23:50-də vəfat etmiş, bu hal evə çağırılmış təcili və X5 stansiyasının 1 saylı bölmənin təcili yardım briqadasının ölüm haqqında xəbərdarlıq vərəqəsi İlə təsdiq olunmuşdur. Ərizəçi X2 ölüm haqqında şəhadətnaməsinin əldə olunması məqsədi ilə Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı idarəsinin Maraqlı şəxsnə müraciət etməsinə baxmayaraq müsbət nəticəyə nail ola bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində bildirdi ki, mərhum X1 qaynıdır. xx.xx.2020-ci il tarixdə vəfat edib. Mərhum şahidin oğlu ilə bir evdə yaşayırdı. Ürək xəstəlyindən əziyyət çəkirdi. Məhkəmə iclasında iştirak etmiş digər şahid X6 oğlu ifadəsində bildirdi ki, ərizəçi yaxın dostunun anasıdır. Vladimir onun qardaşıdır. Mərhum vəfat edən gün dəfndə olubdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx xxxx 1965-ci il tarixdə verilmiş АЗ ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anası X4. Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx xxxx 1955-ci il tarixdə verilmiş ИЖ 408281 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X8 Vladimiroviç və anası X4. ASAN3 tərəfindən verilmiş xx.xx.2015-cı il tarixli AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2012-cı il tarixli AZE seriyalı № 09617817 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş X3 ünvan 1 ünvanında qeydiyyatdadır. Ödəniş qəbzindən görünür ki, əriəzçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 11 manat (on bir manat) məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 101 nömrəli arayışdan görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixində 8-ci kilometr qəbristanlığında dəfn edilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış 188 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. Bakı Şəhəri Mənzil Kommunal Təsərüfatı Birliyinin 116 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 839 saylı arayışdan görünür ki, Ərizəçi Ə.Əliyev küçəsi, 67 ev 8 də pasport qeydiyyatındadır və yaşayır. Bakı şəhəri Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23:50-də X2 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş X3 ərizəçinin qardaşıdır. xx.xx.2020-ci ildə vəfat etmiş və 8-ci km qəbristanlığında dəfn edilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən xx.xx.1955-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X2 (AZE 09617817) xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhər Maraqlı şəxsnə həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-957/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-957/2021
24.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver