Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1000/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və vəkili Vəkil, Cavabdeh vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzildən istifadə hüququna xitam verilməklə onun həmin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 ərizə təqdim edərək, cavabdehlə aralarında barışıq sazişi bağlandığı üçün mülki işin icraatına xitam verilməsini və barışıq sazişinin təsdiq olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X2 ərizə təqdim edərək, iddiaçı ilə aralarında barışıq sazişi bağlandığı üçün barışıq sazişinin təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə araşdırmaları zamanı mülki iş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi məhkəməyə təqdim edilmişdir. Həmin barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir: 1.1. Bu Saziş tərəflər arasında Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatında olan, iddiaçı - İddiaçı cavabdeh - Cavabdeh qarşı ünvan 2 ünvanda yerləşən mənzildən “kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma və mənzilin mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair mülki məhkəmə çəkişməsinin qarşılıqlı güzəştlər və danışıqlar yolu ilə həll edilməsi məqsədilə bağlanmışdır. 2.1. İddiaçı - İddiaçı, cavabdeh - Cavabdeh qarşılıqlı razılaşma əsasında 30000 (otuz min) manat məbləğində pul verib və bunun qarşılığında onun qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu C.Səlimov küç. ev 6, 206 saylı mənzili boşaldaraq dərhal çıxmasını və mənzildən passport qeydiyyatından dərhal çıxmasını tələb edərək, bu qaydada razılığa gəlməyi təklif edir. 2.2. Cavabdeh - Cavabdeh isə 30000 (otuz min) AZN almaqla Bakı şəhəri Nəsimi rayonu C.Səlimov küç. ev 6, 206 saylı mənzili dərhal boşaldaraq tərk edəcəyini, mənzili boşaldılmış şəkildə, mənzilin giriş qapısının bütün açarları ilə birlikdə təhvil verməsini, həmçinin mənzildən təxirə salınmadan pasport qeydiyyatından çıxacağına dair öhdəlik götürür. 2.3 Cavabdeh - Cavabdeh həmçinin mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etməyəcəyinə dair razılıq verir və ünvan 3 ünvanda yerləşən mənzilə dair iddiaçı -İddiaçı qarşı gələcəkdə hər hansı formada iddiasının olmayacağı barədə öhdəlik götürür. 2.4 Tərəflər barışıq sazişinin imzalanması ilə bağlı mülki işin icraatına xitam verilməsinə dair ərizələrini məhkəməyə təqdim edirlər. 3.1.X8 19 fevral 2024-cü il tarixdə tərtib olunuraq tərəflər tərəfindən imzalanır və mübahisəyə baxan məhkəmə tərəfindən barışıq sazişinin təsdiq edilməsi barədə qəbul edilmiş Qərardad elan olunduğu andan qüvvəyə minir. Lakin tərəflər qərardadın elan olunmasını və qanuni qüvvəsini almasını gözləmədən barışıq sazişinin şərtlərini şərtsiz yerinə yetirməlidirlər. 3.2. X8nin son səhifəsinin arxasında tərəflər, yəni Cavabdeh və nümayəndəsi 30000 (otuz min) manat məbləğində pulu almasını, İddiaçı nümayəndələri də 30000 (otuz min) manat məbləğində pulu Cavabdeh və nümayəndəsinə verməklə Bakı şəhəri, Nəsimi rayonu C.Səlimov küç. ev 6 206 saylı mənzilin boşaldılmış şəkildə, mənzilin giriş qapısının açarları ilə birlikdə qəbul etmələrini imzaları ilə təstiq edirlər. 3.3. Cavabdehin sazişin imzalanmasına və təsdiqinə qədər Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küç. ev 6, 206 saylı mənzildən qeydiyyatdan çıxması nəzərə alınaraq tərəflər barışıq sazişini “19” fevral 2024-cü il tarixdə icra etməyə razılaşırlar. 3.4. Tərəflər barışıq sazişinin şərtlərini 19 fevral 2024-cü il tarixdə icra etmədikdə Nəsimi rayon Məhkəməsinin icraatında olan mülki iş davam etdirilir. 4.1. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib olunmuşdur və 1 (bir) nüsxəsi iddiaçıda, 1( bir) nüsxəsi cavabdehdə, sonuncu nüsxəsi isə mübahisəyə baxan məhkəmədə saxlanılır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdim edilən ərizələri, iş materiallarını və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi qismən – tərəflərin öhdəliklərini müəyyən edən hissədə təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-52.5-ci maddələrinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə barışıq sazişini müvafiq qaydada tədqiq edərək belə qəanətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi qismən – tərəflərin öhdəliklərini müəyyən edən hissədə təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: - İddiaçı - İddiaçı cavabdeh - Cavabdeh qarşılıqlı razılaşma əsasında 30000 (otuz min) manat məbləğində pul verib və bunun qarşılığında onun qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu C.Səlimov küç. ev 6, 206 saylı mənzili boşaldaraq dərhal çıxmasını və mənzildən pasport qeydiyyatından dərhal çıxmasını tələb edərək, bu qaydada razılığa gəlməyi təklif edir. - Cavabdeh - Cavabdeh isə 30000 (otuz min) AZN almaqla Bakı şəhəri Nəsimi rayonu C.Səlimov küç. ev 6, 206 saylı mənzili dərhal boşaldaraq tərk edəcəyini, mənzili boşaldılmış şəkildə, mənzilin giriş qapısının bütün açarları ilə birlikdə təhvil verməsini, həmçinin mənzildən təxirə salınmadan pasport qeydiyyatından çıxacağına dair öhdəlik götürür. - Cavabdeh - Cavabdeh həmçinin mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etməyəcəyinə dair razılıq verir və ünvan 3 ünvanda yerləşən mənzilə dair iddiaçı -İddiaçı qarşı gələcəkdə hər hansı formada iddiasının olmayacağı barədə öhdəlik götürür. - Tərəflər barışıq sazişinin imzalanması ilə bağlı mülki işin icraatına xitam verilməsinə dair ərizələrini məhkəməyə təqdim edirlər. İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1000/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1000/2024
23.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver