Məhkəmə qərarları › İş №2(006)-1345/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1345/2024

11.03.2024 · Müqavilələrin bağlanması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1345/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Tağıyev Elvı̇ n Şahpələng oğlunun iştirakı ilə, İddiaçı Tağıyev Elvı̇ n Şahpələng oğlunun cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "yeni müqavilənin bağlanması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tağıyev Elvı̇ n Şahpələng oğlu cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "yeni müqavilənin bağlanması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o - yəni, İddiaçı barəsində "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında "Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanını tətbiq etməklə onunla cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanmaqla, 6927,18 manat məbləğinin restrukturizasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Tağıyev Elvı̇ n Şahpələng oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış 25 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 30% ödəmək şərti ilə 6.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Baş vermiş devalvasiya nəticəsində kredit öhdəliyinin yerinə yetirilməsində çətinlikləri yaranmış, nəticədə kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 4171,30 ABŞ dolları əsas borc, 1346,92 ABŞ dolları faiz borcu və 1060,20 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Buna görə də, onun məlumatı və xəbəri olmadan Bank tərəfindən "borcun ödənilməsi" tələbi barədə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli, 2(011)-8932/2016 saylı qətnaməsi ilə ödəniş gününə qüvvədə olan məzənnə ilə 4171,30 (dörd min yüz yetmiş bir dollar otuz sent) ABŞ dolları məbləğində əsas borc, 786,91 (yeddi yüz səksən altı dollar doxsan bir sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5058,21 (beş min əlli səkkiz dollar iyirmi bir sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər - o, yəni İddiaçı, X2 və X1 müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Ona məlum olmuşdur ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən onunla ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixində bağlanmış kredit müqaviləsi "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüş və ona devalvasiya günlərinə olan qalıq borc məbləğinə görə cəmi 3.545,61 manat kompensasiya hesablanmış və Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cu il tarixinə) onun ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqavilələri, habelə "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli və "xxxx" ASC ilə bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə ödəniş müddəti keçmiş əsas kredit borclarım mövcud olduğundan sözügedən Fərmanın 2-ci hissəsinə əsasən proporsional qaydada həmin borcların ödənilməsinə yönəldilmişdir. Lakin buna baxmayaraq cavabdeh onunla güzəştli kredit müqaviləsi bağlamamışdır, buna görə də hazırda ondan borcun birdəfəlik şəkildə ödənilməsi tələb edilir. Lakin cavabdeh güzəştli kredit müqaviləsi bağlamış olsaydı, müqavilə 5 il güzəşt müddəti ilə bağlanmış olacaqdı və nəticədə borcu hissə-hissə ödəmə hüququ mövcud olacaqdı. Cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində hazırda bu hüququ məhdudlaşdırılaraq ondan borcun birdəfəlik ödənilməsi tələb edilir. Onun kredit borcu fərmanın təsir altına düşsə də, qeyd olunan güzəştlər onun kredit borcuna tətbiq olunmadığı üçün bu halın səbəbini aydınlaşdırmaq məqsədilə tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına və "xxxx" ASC-yə müraciət olunmuşdur. O - yəni İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış "Kredit müqaviləsi"nə əsasən 4171,30 (dörd min yüz yetmiş bir dollar otuz sent) ABŞ dolları məbləğində əsas borc, 786,91 (yeddi yüz səksən altı dollar doxsan bir sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5058,21 (beş min əlli səkkiz dollar iyirmi sent) ABŞ dolları məbləğində borcun "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanınına zidd olaraq hazırki vaxta qədər hansı əsaslarla restrukturizasiya edilməməsi barədə məlumat verilməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin 05 may 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, "Azərbaycan Respublikasının "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı çərçivisində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 07 oktyabr 2021-ci il tarixli, 25-12513-2021 nömrəli məktubu ilə isə bildirilmişdir ki, Azərbaycan Respublikasının "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanın 3.1-ci və 7.3-cü bəndinin icrası məqsədilə xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası" (Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-ci bəndinə əsasən fiziki şəxslərin kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu xx.xx.2019-cu il tarixinədək nəzərdə tutulmuşdur. Əlavə olaraq bildirilmişdir ki, "xxxx" ASCyə bank əməliyyatları aparılması üçün verilmiş lisenziya maliyyə bazarlarına nəzarət orqanının 22 dekabr 2017-ci il tarixli, 49/1 saylı qərarı ilə ləğv edilmişdir və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun (Fond) təyin olunması qərara alınmışdır. Ona görə də, onun müraciəti qalıq kredit borcunun mümkün güzəşt imkanlarının araşdırılması üçün Əmanətlərin Sığortalanması Fonduna göndərilmişdir. Lakin bugünə qədər nə müraciəti araşdırılımış, nə də ki, ona güzəşt imkanları barədə məlumat verilmişdir. Ən əsası isə məlum Fərmanla bağlı o, dəfələrlə bankda olmuş və ona güzəşt tətbiq olunacağı bildirilmişdir. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərman imzalandıqdan və bu Fərman xx.xx.2019cu il tarixdə qanuni qüvvəyə mindikdən sonra mən də 25 iyun 2014-cü il tarixli, 277/14- AYİB saylı "Kredit müqaviləsi" üzrə 4171,30 (dörd min yüz yetmiş bir dollar otuz sent) ABŞ dolları məbləğində əsas borcumun restrukturazasiya və ya kompensasiya siyahısına salınması bardə müraciət etmişdir. Dəfələrlə "xxxx" ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməyinə baxmayaraq onun müraciətinə baxılmamış və cavablandırılmamışdır. Beləliklə, mübahisələndirilən kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Lakin bugünədək onunla restruktuzasiya edilmiş 6927,18 məbləğ üzrə güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Tağıyev Elvı̇ n Şahpələng oğlu iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, qeyd olunan tarixə təyin edilmiş məhkəmə baxış iclasını iştirakları olmadan keçirməsi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı Tağıyev Elvı̇ n Şahpələng oğlunun izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı Tağıyev Elvı̇ n Şahpələng oğlu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 25 iyun 2014-cü il tarixli, 277/14-AYİB saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya illik 30 faiz olmaqla 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq iddiaçı ilə yeni müqavilə bağlanmasını ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunmasını tələb edir. İlkin olaraq qeyd etmək lazımdır ki, qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh LPO “DəmirBank" ASC ilə əvəz edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2016cı il tarixli, 2(011)-8932/2016 saylı qətnaməsi ilə ödəniş gününə qüvvədə olan məzənnə ilə 4171,30 (dörd min yüz yetmiş bir dollar otuz sent) ABŞ dolları məbləğində əsas borc, 786,91 (yeddi yüz səksən altı dollar doxsan bir sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5058,21 (beş min əlli səkkiz dollar iyirmi bir sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər İddiaçı, X2 və X1 müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin 05 may 2022-ci il tarixli məktubundan görünür ki, cavabdehə bildirilmişdir ki, "Azərbaycan Respublikasının "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı çərçivisində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Sözügedən Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 07 oktyabr 2021-ci il tarixli, 25-12513-2021 nömrəli məktubundan görünür ki, cavabdehə bildirilmişdir ki, Azərbaycan Respublikasının "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanın 3.1-ci və 7.3-cü bəndinin icrası məqsədilə xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası" (Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-ci bəndinə əsasən fiziki şəxslərin kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu xx.xx.2019-cu il tarixinədək nəzərdə tutulmuşdur. Əlavə olaraq bildirilmişdir ki, "xxxx" ASC-yə bank əməliyyatları aparılması üçün verilmiş lisenziya maliyyə bazarlarına nəzarət orqanının 22 dekabr 2017ci il tarixli, 49/1 saylı qərarı ilə ləğv edilmişdir və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun (Fond) təyin olunması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Araşdırılmış iş materiallarından göründüyü kimi, hazırda iddiaçıya aid qalıq borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən Banklara tövsiyə olunmuşdur ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 10-cu bəndi ilə Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının № ********** 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” barədə qərarının 6.16-ci maddəsinə qeyd edilmilşdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Məhkəmə iddiaçı tərəfin LPO Cavabdeh1 ASC-yə qalıq borcun restrukturizasiya edilməsi və yeni müqavilə bağlanması üçün ilk olaraq banka rəsmi qaydada deyil, şifahi şəkildə müraciət etməsi, rəsmi qaydada müraciəti bir aydan az müddətə, yəni xx.xx.2020-ci il tarixdə etməsini nəzərə alaraq hesab edir ki, qeyd edilən müddəti üzrlü səbəbdən ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Tağıyev Elvı̇ n Şahpələng oğlunun "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 25 iyun 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq iddiaçı ilə yeni müqavilə bağlanması ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Tağıyev Elvı̇ n Şahpələng oğlunun "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 25 iyun 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq iddiaçı ilə yeni müqavilə bağlanması ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver