Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-141/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "İddiaçı" İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 1618,80 manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 1648,80 manat pulun tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, “İddiaçı" İstehsalat Birliyi Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı" İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı, 12** AQ ***00058965 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında" aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 306,40 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 182 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 104,40 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli,0228931 saylı akt əsasında 32,40 manat dəymiş ziyan hesablanmışdır (1618.80). Həmçinin cavabdehin 1618,80 manat məbləğində borcdan əlavə 2018-ci ilin aprel ayınadək olan 4010,67 manat vəsaitin tutulması barədə xx.xx.2018-ci it tarixli, 2(006)- 3719/2018 saylı Birliyin xeyrinə qətnamə çıxarılmışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, cavabdeh tərəfindən 2016-cı ilin oktyabr ayından bugünədək heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli, 16137 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bizim halda Cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03,2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X2 pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeydşərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşmahesabına ödənilir. Yuxarıda qeyd etdikləri sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X2 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin Ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə T/16137 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə istehlakçı Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə T/16137 saylı müqaviləsinin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan kənar istifadə etməsi müəyyən edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cavabdehə cəmi 1532 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, sayğacdan kənar xətt tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cavabdehə cəmi 910 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 666 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 666 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 522 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 666 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 576 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1008 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1008 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1008 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1008 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1008 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 324 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 324 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/2771 saylı ekspert rəyindən görünür ki, mülki iş materialında olan “Təbii X2 pozulması haqqında” aktlara əsasən ünvan 2 ünvanını təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkün olmuşdur. Aktların mötəbərliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. xx xxxxxxx 2020-ci il tarixli, 10/2771 saylı vəsatət təmin edilmədiyinə görə, İddiaçınə vurulmuş ziyan müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün deyildir. xx.xx.2019-cu il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda sayğacda pozuntu halının mövcudluğu aşkar edilmiş və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə zərər vurulması halının sübuta yetirilmiş olması ilə razılaşsa da, həmin aktlar əsasında borc məbləğinin hesablanmasında İddiaçı tərəfindən səhvə yol verildiyini qeyd edir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh məxsus mənzil İddiaçı tərəfindən qazla təmin edildiyindən xx.xx.2016-cı il tarixli T/16137 nömrəli müqavilə üzrə qeydiyyata alınmışdır. İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacdan kənar istifadə olduğu aşkar edilmiş, bununla əlaqədar həmin tarixlərdə aktlar tərtib edilərək, cavabdehə 1618,80 manat ödəniş hesablanmışdır. Hazırda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, hesablanmış borcun cavabdehdən tutulmasını tələb edir. xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli aktlar üzrə hesablanmış borc məbləğlərinə nəzər salsaq müəyyən edilir ki, hər akta əsasən “İddiaçı “İstehsalat Birliyinin” tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi halı aşkarlandığına görə cavabedehə müvafiq olaraq 1532, 910, 666, 666, 522, 666, 576, 1008, 1008, 1008, 1008, 1008, 324 və 324 m3 qaz sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx xxxxxx 2016-cı il tarixli Qərarında dəyişiklik edilməsi haqqında 2 saylı, xx xxxxx 2019-cu il tarixli qərarına əsasən “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx xxxxxx 2016-cı il tarixli 18 nömrəli Qərarının birinci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci sətirlərində “1700” rəqəmi “2200” rəqəmi ilə əvəz edilmiş, əhali istehlakçı qrupu ilə 2019cu ilin 1 yanvar tarixindən 2019-cu ilin 30 aprel tarixinədək olan hesablaşmalar bu qərarın birinci hissəsinə əsasən müəyyən edilən təbii qazın illik istehlak həcmi nəzərə alınaraq həyata keçirilməsi qərara alınmışdır. Qərar 2019-cu il 1 may tarixindən qüvvəyə minmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehin 2018 və 2019-cu illər ərzində dövlət tərəfindən müəyyən olunmuş limitdən artıq təbii qazdan istifadə etdiyi barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyi üçün İddiaçınə təbii qazdan qeyri-qanuni istifadə edilməsi nəticəsində dəymiş zərərin məbləği abonent Cavabdeh adına hesablanmış 1532, 910, 666, 666, 522, 666, 576, 1008, 1008, 1008, 1008, 1008, 324 və 324 m3 həcmində qaz sərfiyyatı 10 qəpiyə vurularaq müəyyən edilməlidir (153,2 + 91 + 66,6 + 66,6 + 52,2 + 66,6 + 57,6 + 100,8 + 100,8 + 100,8 + 100,8 + 100,8 + 32,4 + 32,4 = 1122,6 manat). Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən müvafiq aktlara əsasən yaranmış borcun silinməsinə hər hansı məbləğin yönəldildiyi iş materiallarından müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu eyni nisbətdə tərəflərə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 1122,60 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manatı, cəmi 1143,60 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1122,60 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manatı, cəmi 1143,60 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-141/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-141/2021
16.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver