Məhkəmə qərarları › İş №2(006)-1689/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1689/2021

01.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1689/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 1961-ci il təvəllüdlü X2 həqiqətən xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxx 1961-ci il təvəllüdlü əri X4 xx xxxxxx 2020-ci il tarixdə yaşadığı mənzildə qəfil ürəktutma nəticəsində ev şəraitində vəfat etmişdir. Təcili və X6 çağırsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir. Təbib BŞT TTYS-nin 9 saylı bölməsinin təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlıq vəsiqəsi verilmişdir. Mərhum əri uzun illər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləmiş, mülkiyyətində evi olmadığı üçün özü və bütün ailə üzvləri Nəsimi RPİ-nin inzibati binasında pasport qeydiyyatında olmuşdurlar. Bu səbəbdən aidiyyəti üzrə sahə poliklinikasında tibbi uçotda olmamışdır. Yerli poliklinikadan qanunvericiliklə müəyyən edilmiş formada ölüm haqqında tibbi şəhadətnamə verilmədi. Belə olan halda Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsində haqlı imtina etmişdir. xx xxxxxx 2020-ci il tarixdə mərhum əri Masazır qəsəbə qəbristanlığında dəfn etmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqqında şəhadətnamə ona hüquqi məsələlərin qanunauyğun formada həll edilməsi üçün lazımdır. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Lakin Maraqlı şəxs rəisi Şəfəq Salmanlı məktubla məhkəməyə müraciət edərək, Maraqlı şəxs iş yükünün çoxluğunu nəzərə alaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, ərizəçi onun anasıdır, mərhum X4 isə atası olmuşdur. X1 xx xxxxxx 2020-ci il tarixdə faktiki yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Mərhumun bütün yas mərasimləri verilmiş və o, da həmin məclislərdə iştirak etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X7 ifadə verərək bildirdi ki, mərhum X4 ərizəçinin həyat yoldaşı olmuşdur. xx xxxxxx 2020-ci il tarixində ərizəçinin həyat yoldaşı X4 yaşadığı evdə dünyasını dəyişmişdir. O, digər qohumlarla birlikdə yas mərasimlərini təşkil etmiş və orada iştirak etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan V-JQ 307665 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X8 arasında nikah xx xxxxxxxx 1990-cı ildə Əli-Bayramlı Şəhər Nikahın Evi tərəfindən qeydə alınmış və nikahdan sonra arvada “Nağıyeva” soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə həmin orqan X2 ölümü barədə akt qeydini tərtib etməkdən imtina etmişdir. İş materiallarında olan X3 məxsus AZE seriyalı 08989006 nömrəliı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, M.Nağıyev Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr-ti 60 inzibati binada qeydiyyatdadır. İş materiallarında olan Təcili və X6 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən məlum olur ki, xx.xx.2020-ci il tarixində saat 04:46 radələrində X2 adına çağırış daxil olmuşdur. Çağırışa gələn həkimlər “kişi cinsli meyit” aşkar etmişlər. İş materiallarında olan Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş 09/A saylı xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi mərhum həyat yoldaşı X4 həqiqətən xx xxxxxx 2020-ci ildə vəfat etmiş və Masazır kənd qəbristanlığında dəfn olunub. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, X4 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1961-ci il təvəllüdlü X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1961-ci il təvəllüdlü X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Nəsimi Rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar