Məhkəmə qərarları › İş №2(006)-2143/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2143/2021

01.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2143/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunu cəlb etməklə cavabdeh “xxxx” QSC-yə qarşı «əmək mübahisəsinin həlli və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondu cəlb edilməklə cavabdeh “xxxx” QSC-yə qarşı «əmək mübahisəsinin həlli və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyinə görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələblərində cavabdehdən mənəvi zərərin əvəzi kimi 50000 (əlli min) manat məbləğində pulun tutulmasını da tələb etmişdir. Odur ki, iddiaçı tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 9.1.1-ci maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar rüsum ödəməkdən azaddırlar. Bu hal isə onu göstərir ki, iddiaçının bu hissəyə aid olan tələbi əmək fəaliyyəti ilə bağlı deyil sırf mənəvi ziyanla bağlı olan tələbdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə olunur. Həmin Məcəllənin 152.1.5-ci maddəsində qeyd olunur ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondu göstərilmişdir. Halbu ki, Mülki Prosessual Məcəlləniin 55.1-ci maddəsinin tələbinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. (yəni iddiaçının özü tərəfindən deyil müstəqil tələb irəli sürənin özü tərəfindən işə qarışa bilərlər) Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7, 152.1.6 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunu cəlb etməklə cavabdeh “xxxx” QSC-yə qarşı «əmək mübahisəsinin həlli və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov İş № 2(006)-5511/2020 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL xx xxxxxxx 2020-ci il Bakı şəhəri Hakim Xəlilov Ramin Adilxan oğlu, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında, X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa, töhmət intizam tənbehinin ləğv edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələ ilə bağlı məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 10:10-da başlandı. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması haqqında qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:15-də başa çatdı. Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Hakim Ramin Xəlilov BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ AZ 1102 Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 Tel: (012) 530-26-99, Faks: 433-00-86 www.nasimicourt.gov.az Elektron ünvan İş № 2(006)-5511/2020 xx xxxxxxx 2020-ci il İddiaçı: X2 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8, mənzil 213 Nəsimi Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-5511/2020 saylı qərardadı məlumat üçün Sizə göndərir. Qoşma: qərardad – 02 (iki) vərəqədə Hakim Ramin Xəlilov BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ AZ 1102 Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 Tel: (012) 530-26-99, Faks: 433-00-86 www.nasimicourt.gov.az Elektron ünvan İş № 2(006)-7487/2019 “01” avqust 2019cu il İddiaçı: X2 Ağdaş şəhəri, M.İsayev küçəsi-3, ev 11 Nəsimi Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli, 2(006)-7487/2019 saylı qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri Sizə geri qaytarır. Qoşma: iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar