Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2151/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh X11 qarşı (üçüncü şəxs qismində Maraqlı şəxs1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 və İddiaçı2 cavabdeh X18 və X3 qarşı (üçüncü şəxs qismində Maraqlı şəxs1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “çıxarışın etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14 tərəfindən X1 adına verilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, X7 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilin Cavabdeh bağışlanmasına dair xx.xx.2018-ci ildə Cavabdeh ilə X4 nümayəndəsi qismində X12 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olması barədə Maraqlı şəxs2 tərəfindən xx.xx.2018-ci il tarixli **********53-05101-093005 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə aparılmış dövlət qeydiyyatının və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, X7 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilin sökülərək əvəzində Maraqlı şəxs1 MTK tərəfindən verilmiş Bakı şəhəri Salatın Əsgərova 154 ünvanda yerləşən 55 saylı yeni mənzilin miras əmlak hesab edilməsi, həmin miras əmlak üzərində İddiaçı1 ½ hissə, Cavabdeh ½ hissə olmaqla paylarının müəyyən edilməsi, Maraqlı şəxs1 MTK tərəfindən 2020, 2021, 2022, 2023, 2024-cü illərdə kirayə pulu kimi ayda 350 manat olmaqla 60 ay üçün Cavabdeh ödənilmiş 21000 manatın ½ hissəsi olan 10500 manatın Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı1 və İddiaçı2 Maraqlı şəxs1 MTK-nın inşa etdiyi Bakı şəhəri Salatın Əsgərova 154 ünvanda yerləşən 55 saylı mənzilə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri, iddia üçün ödənilmiş 122 manat Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzil İddiaçı1 anası X7 məxsus olmuşdur. xx.xx.2018-ci ildə ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilin Cavabdeh bağışlanması barədə qanunsuz olaraq müqavilə bağlanmışdır. İddiaçı1 Cavabdeh bacısıdır. İddiaçı2 İddiaçı1 oğludur. 2017-ci ilin sonlarında ünvan 1 ünvanda yerləşən binaların, mənzillərin sökülməsi, tikinti dövründə aylıq 350 manat kirayə pulu verilməsi və əvəzində orada tikiləcək yeni binada mənzil verilməsi ilə bağlı Maraqlı şəxs1 MMC (hazırki üçüncü şəxs Maraqlı şəxs1 MTK) tərəfindən orada yaşayan sakinlərə, o cümlədən təkliflər edilməyə başlanılmışdı. Belə təklif Maraqlı şəxs1 MMC tərəfindən həmçinin ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilin mülkiyyətçisi X7 və həmin mənzildə qeydiyyatda olub yaşayan şəxslərə də edilmişdi. X14 özünə məxsus mənzilin əvəzində ona yeni mənzil verilməsi barədə Maraqlı şəxs1 MMC-nin təklifi ilə razılaşaraq, gələcək mənzildə qızı - İddiaçı1 və onun ailəsi ilə yaşamaq istəyirdi. 2018-ci ilin əvvəllərində Cavabdeh anasına müraciət edərək onun yaşlı olduğunu, səhhətinin, görmə qabiliyyətinin yaxşı olmadığını bəhanə edərək Maraqlı şəxs1 MMC ilə müqavilə bağlamaq üçün zəruri sənədlərin yığılması məqsədi ilə ona etibarnamə verilməsinin lazım olduğunu bildirdi. Amma sonra Cavabdeh dedi ki, özü çox məşğuldur, bu işlə məşğul olmağa vaxtı olmayacaq, buna görə də etibarnaməni özünün yaxın dostu olan digər cavabdeh X3 verilməsini istədi, həmin vaxt Cavabdeh deyirdi ki, guya cavabdeh X12 notariusda işləyir və bu işləri tez edə biləcək. X14 Cavabdeh sözlərinə inanıb xx.xx.2018-ci ildə cavabdeh X1 adına etibarnamə verdi. Bununla yanaşı həmin dövrdə X14 mənzili qızı İddiaçı1 və ya böyük nəvəsi İddiaçı2 bağışlamaq istəyirdi. Cavabdeh X4 bu niyyətindən xəbər tutduğu üçün və İddiaçı2 xarici ölkəyə oxumağa getməli olduğu üçün “hər ehtimala” ad göstərilmədən, yəni mənzilin kimə bağışlanması qeyd edilmədən, bağışlamaya etiraz edilməməsi barədə ərizə verilməsinə İddiaçı1 inandıra bildi. Bunun nəticəsində xx.xx.2018-ci ildə İddiaçı1 mənzilin bağışlanmasına etiraz etmədiyi barədə ərizə verdi. Lakin həmin ərizədə mənzilin kimə bağışlanması qeyd edilməmişdi və İddiaçı1 mənzilin sonradan Cavabdeh bağışlanacağına dair heç bir razılıq verməmişdi. Amma cəmi bir gün sonra, yəni xx.xx.2018-ci ildə Cavabdeh digər cavabdeh X12 ilə birlikdə ünvan 7 ofisinə gedərək, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilin Cavabdeh bağışlanması barədə müqavilə imzalamışlar. Mənzilin mülkiyyətçisi X4 adından xx.xx.2018-ci il tarixli etibarnamə əsasında X12 çıxış etmişdir. xx.xx.2018-ci ildə isə Daşinmaz əmlakın dövlət kadastri və reyestri” X20 1 sayli Baki ərazi idarəsi tərəfindən Cavabdeh müraciəti əsasında ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilin tam mülkiyyət hüququ ilə ona məxsus olması **********53-05101-093005 reyetr nömrəsi ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilmişdir. Beləliklə, Cavabdeh, dostu olan digər cavabdeh X12 ilə əlbir olaraq, öz anası X8 aldadaraq mənzili çox qısa müddətdə (xx.xx.2018-xx.xx.2018-il dövründə, 18 gün ərzində) öz adına keçirməyə nail olmuşdur. Bu hərəkətlərdə Cavabdeh anası X8 aldatmasını, ilk növbədə, nəyə görə birbaşa olaraq anasının notariusa gedərək onunla bağışlama müqaviləsi bağlamaması sübut edir. Çünki onsuz da anası artıq xx.xx.2018-ci ildə notariusa getmişdi və orada X1 adına etibarnamə əvəzinə bağışlama müqaviləsi də imzalaya bilərdi, amma nədənsə anası özü mənzili bağışlamamışdır. Bunun yeganə səbəbi odur ki, anasının mənzili Cavabdeh bağışlamaq niyyəti olmamışdır. Maraqlı şəxs1 MTK-nın xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs1 MMC ilə Cavabdeh arasında bağlanmış 100 saylı xx.xx.2018ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilin əvəzində həmin ərazidə inşa ediləcək binanın 5-ci blok, 4-cü mərtəbəsində sahəsi 51.8. kv.m. olan təmirli mənzilin verilməsi müəyyən edilmişdi, sonra isə qarşılıqlı razılıq əsasında 5-ci blok, 12-cimərtəbədə sahəsi 54.1. kv.m. olan təmirlimənzil Cavabdeh verilmişdir. Maraqlı şəxs1 MMC ilə Cavabdeh arasında bağlanmış 100 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, yeni mənzil verilənədək kirayə pulu kimi aylıq 350 manat pulun da Cavabdeh verilməsi nəzərdə tutulmuşdu. 2018-ci ilin mart ayından X19 öz qızı - İddiaçı1 kirayə tutduğu ünvan 3 ünvanda 83 saylı mənzilə köçür və onun yaşamağa başlayır. Həmin mənzilə görə kirayə 700 manat təşkil edirdi, həmin məbləğin 350 manat hissəsini Maraqlı şəxs1 MMC-dən aldığı kirayə pulu hesabına Cavabdeh verirdi, qalıq 350 manatı isə İddiaçı1 ödəyirdi. xx.xx.2019-cu ildə X19 əlamətləri COVİD-19 virusa oxşayan xəstəlikdən vəfat etmişdir. 2020-ci ilin yanvar ayından etibarən isə Cavabdeh Maraqlı şəxs1 MMC-dən aldığı 350 manat kirayə pulunu İddiaçı1 verməkdən imtina etmişdir. Halbuki, Cavabdeh kirayə evdə qalmırdı, hazırda da özünə məxsus digər mənzildə ailəsi ilə yaşayır, İddiaçı1 isə kirayədə qalmaqda davam edir. Bu illər ərzində Cavabdeh həmişə İddiaçı1 arxayın etmişdir ki, narahat olmasın yeni mənzil hazır olan kimi satılacaq və satışdan əldə edilən pul məbləği onların ikisi arasında bərabər bölünəcəkdir. Lakin hazırda Cavabdeh Maraqlı şəxs1 MTK tərəfindən Bakı şəhəri Salatın Əsgərova 154 ünvanda ona təhvil verilmiş 55 saylı yeni mənzilin İddiaçı1 və onun ailəsinə aidiyyatı olmadığını, həmin yeni mənzilin yalnız ona məxsus olduğunu bildirir. Həmçinin, Cavabdeh Maraqlı şəxs1 MTK tərəfindən Bakı şəhəri Salatın Əsgərova 154 ünvanda ona təhvil verilmiş 55 saylı yeni mənzildə İddiaçı1 və onun ailəsini yaşamağa da buraxmır, onları mənzildən istifadə etməyə mane olur. Halbuki, İddiaçı1 və onun oğlu İddiaçı2 xx.xx.2004-cü ildən X7 məxsus olmuş ünvan 1 ünvanda yerləşmiş 14 saylı mənzildə qeydiyyatdadırlar və 2018-ci ilin martına kimi, yəni mənzilin sökülməsinə kimi həmin ünvanda yaşamışlar, yəni onların həmin mənzilə istifadə hüquqları olmuşdur. Hazırda isə həmin sökülmüş mənzilin əvəzinə Maraqlı şəxs1 MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 154 ünvanda olan 55 saylı yeni mənzil Cavabdeh verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində daşınmaz əmlak yoxdur. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12 və Cavabdeh qarşı “etibarnamənin və bağışlama müqaviləsinin etibarsızlığı, mirasda məcburi payın tamamlanması, pul və mənzilə köçürülmə” tələblərinə dair iddia ərizəsinin əsassız olması və iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində 26 yanvar 2018-ci il tarixdə verilmiş etibarnamənin, 07 fevral 2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsızlığı tələb edilir. Məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, hər iki iddiaçı mənzil bağışlanılmamışdan bir gün öncə, daha dəqiq desək 06 fevral 2018- ci il tarixdə notariat kontorunda mənzilin bağışlanmasına etiraz etmədikləri barədə ərizələr yazmışlar. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçıların həm etibarnamədən, həm də bağışlama müqaviləsindən hələ 2018-ci ildə məlumatları olmuşdur. Belə olan halda iddiaçılar etibarnamə və bağışlama müqaviləsinin etibarlılığını mübahisələndirmək üçün qanunda nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşlər. İddiaçı1 notariat kontorunda mənzilin bağışlanmasına etiraz etməməklə, həm də bu mənzilin miras kütləyə daxil olmaması ilə razılaşmış və öz payından da imtina etmiş sayılır. 6 il sonra iddiaçının məcburi paya istinad etməklə belə bir iddia irəli sürməsi tamam ilə əsasızdır. İddiaçı miras əmlak qəbul etmədiyindən və miras əmlak qəbul etmə müddətini ötürdüyündən məcburi pay almaq hüququ da yoxdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1054/2025 nömrəli qərardadının surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X3 qarşı “çıxarışın etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-1054/2025 saylı mülki işdən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maraqlı şəxs qismində Maraqlı şəxs1 cəlb olunmaqla “mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri Salatın Əsgərova 154 ünvanda yerləşən 55 saylı mənzilə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülməsi, “MALİBO" MTK tərəfindən 2020, 2021, 2022, 2023, 2024-cü illərdə kirayə pulu kimi ayda 350 manat olmaqla 60 ay üçün Cavabdeh ödənilmiş 21000 manatın ½ olan 10500 manat Cavabdeh tutularaq İddiaçı1 ödənilməsini xahiş etmişdirlər. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan, “MALİBO" MTK-nın xx.xx.2024cü il tarixli məktubuna və "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 100 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilin əvəzində həmin ərazidə inşa ediləcək binanın 5-ci blok, 4-cü mərtəbəsində sahəsi 51.8. kv.m. olan təmirli mənzilin verilməsi müəyyən edilmişdi, sonra isə qarşılıqlı razılıq əsasında 5-ci blok, 12-ci mərtəbədə sahəsi 54.1. kv.m. olan təmirli mənzil Cavabdeh verilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 100 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, yeni mənzil verilənədək kirayə pulu kimi aylıq 350 manat pul da Cavabdeh verilmişdir. 2018-ci ilin mart ayından söküntü və tikinti işləri bağladığı üçün ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilin əvvəlki mülkiyyətçisi və Cavabdeh anası olan X13 öz qızı - İddiaçı1 kirayə tutduğu ünvan 3 ünvanda 83 saylı mənzilə köçmüş və onunla yaşamağa başlamışdır. Həmin mənzilə görə kirayə 700 manat təşkil edirdi, həmin məbləğin 350 manat hissəsini "xxxx" MMC-dən aldığı kirayə hesabına Cavabdeh verirdi, qalıq 350 manatı isə İddiaçı1 ödəyirdi. xx.xx.2019-cu ildə X19 vəfat etmişdir. 2020-ci ilin yanvar ayından etibarən isə Cavabdeh "xxxx" 2-dən aldığı 350 manat kirayə pulunu İddiaçı1 verməkdən imtina etmişdir. Halbuki, Cavabdeh kirayə evdə qalmırdı, hazırda da özünə məxsus digər mənzildə ailəsi ilə yaşayır, İddiaçı1 isə kirayədə qalmaqda davam edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X9 nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahat verərək bildirmişdir ki, Nəzakət xanım onun bibisi qızı, cavabdeh isə bibisi oğludur. Onlar hamısı bir müddət Nizami kinoteatrının yaxınlığında yerləşən eyni ünvanda yaşamışlar. Anasına daim Nəzakət xanım baxmışdır. Əvvəllər Nəzakət xanımın maddi vəziyyəti yaxşı olsa da, hal-hazırda onun imkanları zəifdir. Daha sonra həmin ərazidə yerləşən evlərini satmışlar. Əgər anası istəsəydi, evi özü Nazimə verə bilərdi, həmin mənzil Nəzakət xanıma verilməlidir. Son vaxtlar anaları özünü pis hiss edirdi və o ziyarətə gedərkən, anaları bildirirdi ki, Nazim ona qarşı nalayiq hərəkətlər edir. Zenfira xanım vəfat etməmişdən əvvəl Topçubaşov küçəsində yerləşən mənzildə yaşamış, həmin ev söküldükdən sonra isə Nəzakət xanımın yanına köçərək onunla birlikdə kirayə mənzildə yaşamağa başlamışdır. 2010–2017-ci illər arasında konkret olaraq harada yaşadıqlarını xatırlamır. Zərifə Əliyeva küçəsindəki kirayə ev götürülmüşdür və həmin mənzilin niyə satıldığını bilmir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X10 izahat verərək bildirmişdir ki, Zenfira xanım rəhmətə getməmişdən qabaq Topçubaşov küçəsində Nəzakət xanımla birgə yaşayırdı. Lakin Nəzakət xanım indi evi olmadığı üçün onunla birgə yaşayır. Həmin evlə bağlı Zenfira xanım demişdi ki, Nazimə böyük bir ev almışdır. Nəzakət xanım ailəsi ilə birlikdə kirayədə qalırdı, özünün çoxdan evi var idi, lakin 2010-2015-ci illərdə kirayədə yaşayıb. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X16 izahat verərək bildirmişdir ki, İddiaçı1 onun rəfiqəsidir. Əvvəllər öz evi olub, sonra isə satıb. Hazırda rəfiqəsinin yanında qalır, ancaq əvvəl Topçubaşovda anası ilə yaşayıb. Ev söküləndən sonra kirayədə anası ilə birgə qalmışlar. Orada Zenfira xanım, Nəzakət xanım və onun uşaqları yaşayırdı. Nazim bəy arada gəlirdi, ancaq anası ilə birgə yaşamırdı. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X2 izahat verərək bildirmişdir ki İddiaçı1 universitetdən tanıyır, Bulvarla üzbəüz kirayədə qalırdı. Anası Zenfira xanım və uşaqları ilə birgə Rabitə Nazirliyinin yanında yaşayırdı. Ev söküləndən sonra kirayədə yaşayırdılar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən Şahid Vahid qızı izahat verərək bildirmişdir ki, 1976-cı ildən jekdə işləmişdir, hər gün günorta 2-3 saat ərazidə olub, orada pul yığırdı. Burada oturanlardan heç kimi tanımasa da, Zenfira xanımı yaxşı tanıyırdı, o, tək qalırdı. Zenfira xanımın evinə 2-3 gündən bir gedib gəlirdi, elə olurdu pulu illik verirdi, elə olurdu 6 aylıq. Arada oğlu Nazim gedib-gəlirdi yanına, başqa heç kəsi görməmiş, ev söküldükdən sonra da onu görməmişdir. Nəzakət xanımı isə tanımır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X6 izahat verərək bildirmişdir ki, xx.xx.1967-ci il tarixində anadan olmuşdur. İddiaçı1 2018-ci ildən tanıyır, onlarla eyni mərtəbədə kirayəçi olmuşdur. O, Z.Əliyeva küç. 26, m.24 ünvanında yaşamış, m23 ünvanında isə Zenfira xala yaşayıb. Ailəlikcə dostlaşmışlar, çox mədəni ailədir. Zenfira xanımla Nəzakət xanımın münasibətləri çox yaxşı olmuşlar. Hardasa mart ayında köçmüşlər, birinci Zenfira xanımı, daha sonra nəvələrini və Nəzakət xanımı görmüşdü. Soruşduqdan sonra öyrənmişdir ki, Nizami metrostansiyası yaxınlığında yaşayıblar, ev hazır olanda Nəzakət və nəvələri ilə ora köçəcəkdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən ÖM seriyalı 134851 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 552 saylı reyestr kitabında 82491 nömrəli səhifədə xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır - ünvan 7 ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı1, X7 məxsus olan: ünvan 6 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. - ünvan 7 ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı2, X7 məxsus olan ünvan 6 yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. - ünvan 7 kontorunda təsdiq edilmiş X14 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X14 mülkiyyətində ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m. olan fərdi yaşayış evini Cavabdeh bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət kimi tam pay üzrə xx.xx.2018-ci il tarixdən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2808 nömrəli reyestr kitabının 281832 saylı vərəqində qeydiyyata alınmışdır. - Maraqlı şəxs1 MMC-nin direktor Xəlili Fərid ilə “Əmlak mülkiyyətçisi” Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 100 nömrəli müqavilənin surətindən görünür ki, “Tərəflər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərilərinə öhdəliklər götürmüş, “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX Seriyalı, 1245341№-li, xx.xx.2018- ci il tarixli Çıxarış ilə öz mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 28,8 kv.metr (faktiki sahə 40,37 kv.metr ) ibarət yaşayış sahəsini sökülmək üçün Maraqlı şəxs1 MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi, “Tikinti şirkəti” söküləcək mənzilin 40,37 kv.metr olan hissəsinə nəzərdə tutulmuş 20% əlavə edilərək 48,44 kv.metr təmirli mənzil “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüş, “Tikinti şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”-nə 3,36 kv.metr hədiyyə olunmuş, “Tikinti şirkəti” ünvan 10 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci blok, 4-cü mərtəbəsində 51,8 kv.metr, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi, “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 350 (üç yüz əlli ) manat məbləğində kirayə Haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 (bir) dəfə ödəməyi, “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin etməyi öhdəsinə götürmüşdür - Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2689/2020 nömrəli qətnaməsinin çıxarışından görünür ki, xx.xx.1939-cu il təvəllüdlü X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməsi qət edilmişdir. - Maraqlı şəxs1 MTK-nin fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan Vəkil1 ünvanladığı xx.xx.2024-cü il tarixli, MLB 11/24-15 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh Maraqlı şəxs1 MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli 100 saylı müqaviləyə əsasən 5-ci blok, 4-cü mərtəbəsində 51,8 kv.m 1 (bir) otaqlı təmrili mənzil verilməsi müəyyən edilmişdir. Lakin, həmin mənzil əvəzində qarşılıqlı razılaşma ilə Cavabdeh 5-ci blok, 12-ci mərtəbədə 54,1 kv.m. sahəsi olan 55 saylı təmirli mənzil verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 1 saylı Bakı Ərazi İdarəsinin “Mərkəz” Vəkil Bürosuna ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 adına respublika üzrə hər hansı daşınmaz əmlakın olubolmaması ilə bağlı ətraflı məlumatın verilməsinə dair müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədər olaraq bildirilir ki, İddiaçı1 adına Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 33, 1 saylı mənzil xx.xx.2003-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 13 saylı DNK-nın 4Ə-120 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı1 adına Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 3/5, 59 saylı mənzil xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 46 saylı DNK-nın 4Ə-1/116 reyestr nömrəli xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı1 adına Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 15, 6 iyli mənzil xx.xx.1995-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 28 saylı DNKnın 3MA-03-170 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - Ödəniş qəbzindən (No:**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 122 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi, ünvan 12 ünvanında yerləşən mənzil 22 noyabr 2002-ci il tarixində vətəndaş X4 şəxsi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, bu barədə 552 saylı reyestr kitabında №82491 qeydiyyat nömrəsi ilə qeydə alınmış və ÖM seriyalı №134851 saylı qeydiyyat şəhadətnaməsi ilə təsdiq olunmuşdur. Mübahisəli əqdin bağlanması zamanı iddiaçıların və cavabdehin anası göstərilən yaşayış sahəsinin yeganə mülkiyyətçisi olmuşdur. 6 fevral 2018-ci il tarixli, ünvan 7 kontoru tərəfindən təsdiqlənmiş ərizələrdən görünür ki, iddiaçılar – İddiaçı1 və İddiaçı2 – mənzilin mülkiyyətçisi X14 tərəfindən onun oğlu, Cavabdeh bağışlanmasına etiraz etməmişlər. 7 fevral 2018-ci il tarixində qeyd olunan şəxslər arasında bağışlama müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən, ana əvvəlcədən verilmiş etibarnamə əsasında mənzili oğluna – iş üzrə cavabdehə – bağışlamışdır. Mülkiyyət hüququnun keçirilməsi 13 fevral 2018-ci il tarixində qeydiyyata alınmış, bu barədə RX seriyalı №1245341 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Mülkiyyət hüququ rəsmiləşdirildikdən sonra, 7 mart 2018-ci il tarixində yeni mülkiyyətçi Cavabdeh ilə Maraqlı şəxs1 MMC podratçı təşkilat arasında №100 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, mülkiyyətçi yaşayış sahəsini söküntü üçün təhvil verməli, podratçı isə əvəzində 20% artımla daha böyük sahəyə malik yeni tikilmiş mənzili təqdim etməli, habelə tikinti dövründə hər ay 350 manat kompensasiya (kommunal tutulmalar nəzərə alınmaqla) ödəməlidir. Beləliklə iş materiallarından görünür ki, cavabdeh ilə tikinti şirkəti arasında qarşılıqlı razılıq əsasında müqavilədə nəzərdə tutulmuş 51,8 kv.m sahəli mənzil əvəzinə cavabdehə 5-ci blokun 12-ci mərtəbəsində yerləşən 54,1 kv.m sahəyə malik 55 nömrəli başqa bir mənzil təqdim olunmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, hazırda mübahisə predmeti olan mənzilə olan hüquqlar yalnız Cavabdeh xeyrinə rəsmiləşdirilmiş, digər şəxslərin hüquqlarına toxunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum analarının sağlığında onlara, yəni iddiaçılara yeni mənzildə istifadə hüququ və ya pay vermək niyyətinin olduğunu bildirsə də, bununla bağlı iddiaçılar tərəfindən məhkəməyə hər hansı sübut (qanunla müəyyən olunmuş qaydada ifadə edilmiş müqavilə, vəsiyyət və ya hüquq təsdiqedici digər sənədlər) təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlandıqdan sonra əvvəlki mülkiyyətçi – X14 – bağışlanmış əmlak üzərində sərəncamvermə səlahiyyətini tam itirmiş, nəticə etibarilə, MTK ilə müqavilə bağlanarkən iddiaçıların həmin əmlak üzərində heç bir hüququ mövcud olmamışdır. İddiaçının anası ilə birgə mənzildə yaşaması onlara nə mülkiyyət hüququ, nə də yeni tikilən mənzilə dair hər hansı müqavilə öhdəlikləri yaratmamışdır. Bu yaşayış icarə, ortaq mülkiyyət və ya hüquqi nəticə doğuran digər əsasla rəsmiləşdirilməmişdir. Bundan başqa, İddiaçı1 adına Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 33, 1 saylı mənzil xx.xx.2003-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 13 saylı DNK-nın 4Ə-120 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı1 adına Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 3/5, 59 saylı mənzil xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 46 saylı DNK-nın 4Ə-1/116 reyestr nömrəli xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı1 adına Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 15, 6 iyli mənzil xx.xx.1995-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 28 saylı DNKnın 3MA-03-170 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Beləliklə iş materialları təsdiq edir ki, iddiaçı əvvəllər daşınmaz əmlaka sahib olmuş, lakin onu öz istəkləri ilə özgəninkiləşdirmiş, məhkəməyə müraciət etdikləri dövrdə isə nə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan, nə də yaşayış yeri olmayan şəxslər olmamışlar. Daşınmaz əmlakın kadastr və reyestri üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş məlumatlar göstərir ki, əvvəllər İddiaçı1 adına qeydiyyata alınmış əmlak alqı-satqı müqavilələri əsasında satılmışdır. Buna görə də iddiaçıların yaşayış sahəsinə ehtiyaclarının olması barədə iddiaları başqa şəxsin adına qeydiyyata alınmış əmlak üzərində hüquqların yenidən bölüşdürülməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə araşdırılması zamanı (şahid ifadələri ilə) müəyyən edilmişdir ki, İddiaçı1 anası – mərhum X4 yanına tez-tez gəlsədə mübahisəli evdə yaşamamışdır. Məhkəmə iddiaçının mübahisəli mənzildə yaşamamasının səbəblərini araşdıraraq hesab edir ki, iddiaçının uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinin olması ilə əlaqədardır. Ona görə ki, işin materialları və faktiki halları ilə təsdiq olunur ki, iddiaçı daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, İddiaçı1 və İddiaçı2 mübahisə mənzildə qeydiyyatda olsalar belə onların istifadə hüququ artıq mövcud olmayaraq aradan qalxmışdır. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçıların onlara yeni mənzildən istifadə hüququnun tanınması ilə bağlı tələbi əsassız olduğundan iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddia ərizəsinin “2020, 2021, 2022, 2023, 2024-cü illərdə kirayə pulu kimi ödənilmiş 21000 manatın ½ olan 10500 manatın ona ödənilməsi” hissəsi ilə bağl qeyd edir ki, bu tələb tərəflər arasında bağlanmış hər hansı müqaviləyə əsaslanmır, cavabdeh ilə iddiaçılar arasında MTK-dan alınmış pul vəsaitlərinin bölüşdürülməsi ilə bağlı öhdəlik mövcudluğu barədə heç bir sübut təqdim edilməmişdir. Kirayə üçün ödənilmiş kompensasiya yalnız mənzilin sahibi ilə tikinti şirkəti arasında bağlanmış müqavilənin icrasının bir hissəsi kimi ödənilmiş və onu yalnız həmin mülkiyyətçi – Cavabdeh – almışdır. Bu hal xx.xx.2018-ci il tarixli müqavilənin mətni və Maraqlı şəxs1 MMC tərəfindən təqdim olunmuş sonrakı rəsmi məktublarla təsdiq olunur. Məhkəmə hesab edir ki, iddiaçıların irəli sürdükləri tələblər əslində əvvəllər hüquqi cəhətdən rəsmiləşdirilmiş əmlak münasibətlərinə yenidən baxılması və qanuni əsaslara malik olmayan üçüncü şəxslər tərəfindən mövcud mülkiyyət hüququnun mübahisələndirilməsinə yönəlmişdir. Beləliklə məhkəmə qeyd edir ki, digər şəxslər arasında bağlanmış xüsusi hüquqi müqavilə nəticəsində əldə olunmuş yaşayış sahəsi üzərində iddiaçılar üçün istifadə hüququ tanına bilməz, habelə cavabdeh öz mülkiyyət hüququ əsasında aldığı məbləğin bölüşdürməsinə məcbur edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə şahidlərin də izahatlarıına hüquqi qiymət verilməlidir. Qeyd olunmalıdır ki, şəxsin şahid ifadəsi yalnız digər obyektiv və etibarlı sübutlarla təsdiqləndiyi halda işin hallarının sübut edilməsi vasitəsi kimi hüquqi əhəmiyyət kəsb edə bilər. Lakin iş üzrə təqdim edilmiş sübutlar və materiallar şahidlərin ifadəsində göstərilən halları təsdiq etmir. Belə olan halda, şahid ifadələri təkbaşına sübut kimi qəbul edilə bilməzlər. Beləliklə, məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X11 qarşı (üçüncü şəxs qismində Maraqlı şəxs1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” tələbinə dair qismində cəlb edilməklə) "əqdlərin etibarsız hesab edilməsi və sair" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər X11 qarşı (üçüncü şəxs qismində Maraqlı şəxs1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2151/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2151/2025
02.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver