Məhkəmə qərarları › İş №2(006)-2185/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2185/2021

04.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2185/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1989-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və Ərizəçi onun qəyyumu təyin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X5 xx xxxxx 1989-cu il tarixdə doğulmuşdur. R.Namazov anadan gəlmə qüsurlu doğulmuşdur. Belə ki, AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və reabilitasiya xidmətinin müayinə barədə rəsmi məlumatına əsasən Rauf Namazov “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəskin nəzərə çarpan imbesillik dərəcəsində kəmağıllılıq, kobud nitq və davranış pozuntusundan” əziyyət çəkir. Kənar şəxslərin köməyinə ehtiyacı var. Psixi statusu - bələdliyi zamana və məkana görə tam pozulmuşdur, ünsiyyətə daxil olmur, nitq qabiliyyəti yoxdur, bilik ehtiyatı yaşına görə kəskin aşağıdır, yaddaş və intellekti yaşma uyğun deyil, təfəkkürü inkişaf etməyib, yad adam görəndə çəkinir, üzündə qorxu hissi müşahidə olunur, istəklərini əli ilə göstərir, əşyaları əli ilə tuta bilmir, tənqidi yoxdur. Müddətsiz olaraq İ qrup əlildir. Qeyd olunmalıdır ki, R.Namazov yetkinlik yaşma çatdığı üçün hazırki ərizənin verilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, xx xxxxx 1989cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və Ərizəçi onun qəyyumu təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Ərizə qismən təmin edilməlidir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş ЖГ-XİV seriyalı 378420 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1985-ci ildə Qazax rayonunda anadan olmuş, atası X6, anası X3r, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 446 nömrə ilə qeyd edilmişdir. Kamri şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş İİ-HK seriyalı 363303 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1989-cu ildə RSFSR-nın Kamra şəhərində anadan olmuş, atası X6, anası X3r, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixdə 1133 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin müayinə olunan şəxs barədə məlumatdan xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, X5 xx.xx.2016-cı il tarixdə müayinə olunmuş və ona müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Kəskin nəzərə çarpan imbesillik dərəcəsində kəmağıllıq. Kobud nitq və davranış pozuntuları ilə. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 317.2-ci, 317.3cü və 318.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin müayinə olunan şəxs barədə məlumatdan xx.xx.2016-cı il tarixli çıxarışı nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.1989-cu il təvəllüdlü X2 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə xx.xx.1989-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə ərizənin iddianın “X2 üzərində qəyyum təyin edilməsinin Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə olunması”na dair hissəsi ilə əlaqədar qeyd edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsi ona qəyyum təyin edilməsi üçün əsasdır və hazırda tərəflər arasında belə bir mübahisə yoxdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə bu hissədə təmin edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəlləsinin 321.2-ci madəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1989-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, ərizə digər hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar