Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-222/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxslər 29 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Dövlət Arxivi və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı «şəxsin qohumluq münasibətində olması və şəxsin ölüm faktlarının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər 29 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Dövlət Arxivi və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı «şəxsin qohumluq münasibətində olması və şəxsin ölüm faktlarının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, 124 saylı fərdi yaşayış evi ilkin qeydiyyat olaraq 4 nəfərin (nənəsi və onun qardaşları) hər birinə ¼ hissə olaraq (doğum,ölüm 1880-1928) atasının dayısı - X9, (1885-1935) atasının dayısı Rüstəmov (Rüstəm-zadə) X23, (1875-1944) atasının dayısı X5 və nənəsi (1894- 1977) atasının anası Rüstəmova (Mirzəyeva) X16 adlarına rəsmiləşmişdir. Sonralar 1928ci ildə Sadıxın vəfatından sonra onun payı həyat yoldaşı Gövhər Məşədi Cəbrayıl qızının adına rəsmiləşmişdir. Nəsimi rayonu (keçmiş Həzi Aslanov-Petra Montin) indiki Ə.Quliyev küçəsi, 124 saylı evin ¼ hissəsi atası (1931-2000) X33 anası (ərizəçinin nənəsi) Rüstəmova (Mirzəyeva) X27 (1894-xx.xx.1977) tərəfindən 1976-cı il tarixdə 1 saylı DNK vasitəsi ilə öz payını ərizəçiyə bağışlamışdır. Həmin hissəyə 1977-ci il tarixdə qanunla müvafiq qaydada çıxarış alınmışdır. Ərizəçinin nənəsi X16 3 qardaşı olub. Qardaşı X18 öz xalası qızı - Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızı ilə evlənmişdir. Birgə nikahdan övladları olmamışdır. Qardaşı Sadıx vəfat etmiş və onun ¼ payı həyat yoldaşı (1901-1962) Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızının adına rəsmiləşmişdir. Çox keçmədən o, da 1962-ci illərdə ağır xəstəlikdən vəfat etmişdir. Ərizəçinin nənəsi deyirdi ki, qardaşları müharibə gedən dövrlərdə vəfat ediblər. Əli Heydər və Süleyman qardaşı heç bir vaxt evli olmayıblar. Sadıx qardaşı isə evli olmasına baxmayaraq, birgə nikahdan övladları olmayıb. Ərizəçinin nənəsi (1894-xx.xx.1977) X27 xx.xx.1930-cu ildə babası (1890-xx.xx.1974) X59 ilə nikaha girib. Həmin nikahdan yeganə bir oğlu - ərizəçinin atası (xx.xx.1931-xx.xx.2000) X53 anadan olmuşdur. Atası M.Ə.Mirzəyev xx.xx.1958-ci ildə ərizəçinin anası X45 ilə nikaha daxil olub. Həmin birgə nikahdan Ərizəçi xx.xx.1959-cu il tarixdə yuxarıda göstərilən ünvanda anadan olmuşdur. Hal-hazırda ərizəçi ailəlidir, həmin ünvanda yaşayır. Qohumluq və ölüm faktına dair sənədlərin alınması ilə əlaqədar ərizəçi tərəfindən yuxarıda göstərilən orqanlara müraciət etməsinə baxmayaraq ona həmin sənədlərin verilməsinə dair problemlər yaranmışdır. Belə ki, məhkəmə sorğusu olmadan həmin sənədləri ona verməkdən imtina edirlər. Ölüm və doğum şəhadətnamələrinin olmamasına görə notariat kontoru vərəsəlik şəhadətnaməsini verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyət qalmışdır. Mülkün ¼ hissəsi ərizəçiyə məxsusdur və qohumlarının vəfatından sonra miras qalmış mülkün digər ¾ hissəsini də yaşamaqla mirası faktiki olaraq ərizəçi qəbul etmişdir və hal-hazırda da onun istifadəsindədir. Mülkün bütün zəruri xərcləri onun tərəfindən ödənilmiş və ödəməkdə də davam edir. Qohumların ölən günə qədər Nəsimi rayonu, keçmiş Petra Montin, indiki Əlövsət Quliyev küçəsi, 124 saylı ünvanda ərizəçinin anadan olduğu və hal-hazırda yaşadığı ünvanda yaşamışlar. Bu barədə yaşadıqları ərazi üzrə Mənzil Kommunal İstismar İdarəsi tərəfindən də arayış alaraq 29 saylı Notarial Kontoruna təqdim etmişdir. Bundan sonra qohumlarının dəfn olunduqları indiki Şərifzadə küçəsində yerləşən Dağüstü 1 saylı qəbirstanlığın müdiriyyətinə də ərizə ilə qohumlarının həqiqətən həmin qəbirstanlığında dəfn edilməsinə dair arayış verilməsi üçün müraciət etmişlər. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli 827 saylı cavab məktuba əsasən qohumların olan - Rüstəmov X23, X5, X17 və Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızının doğumları barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə göndərilmiş sorğusuna cavab olaraq xx.xx.2019-cu il tarixli M-329 nömrəli məktubda bildirilmişdir ki, yuxarıda qeyd olunan vətəndaşlarla bağlı heç bir məlumat aşkar olunmamışdır. Buna görə də ərizəçinin miras qoyanla arasında qohumluq münasibətlərinin müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tösiyyə edilir. Eyni zamanda bildirirlər ki, yuxarıda göstərilən səbəbə görə ərizəçinin adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin hal-hazırda qeyri-mümkündür. Ərizəçinin atasının dayılarının doğumları və ölümləri (X5 1944-cü il tarixdə vəfat etməsinə dair arayış təqdim olunur) haqqında şəhadətnamələrin olmaması səbəbindən, Vərəsəlik hüququnun bundan sonra tanınması yalnız məhkəmə vasitəsilə mümkünlüyü ərizəçiyə izah edilmişdir. Həmin evin ¼ hissəsi ərizəçinin nənəsi X13 ərizəçiyə bağışlanma müqaviləsinə əsasən məxsus olmasına, mülkün yerdə qalan ¾ hissəsini faktiki qəbul edib idarə etməsinə baxmayaraq, miras əmlaka vərəsəlik və mülkiyyət hüququnu bu günə kimi rəsmiləşdirə bilmir. Bu səbəbdən də ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, Ərizəçi ilə X5, Rüstəmov X23 ərizəçinin ata nənəsi Səkinəxanımla bacı qardaş olmasına dair qohumluq faktının müəyyən edilməsi, 1928-ci il tarixdə X9, 1935-ci il tarixdə Rüstəmov X23, 1962-ci il tarixdə X2 vəfat etmə (ölüm) faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, ərizədə X2 adı səhv göstərilmişdir. Yasamal Bələdiyyəsi və digər sənədlərdə onun adı «Gövhər» kimi göstərilmişdir. Həmçinin X9 adına «Sadiq» olduğu halda, səhvən «Sadıx» kimi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq 1928-ci il tarixdə X9 deyil, X10, 1962-ci il tarixdə X2 deyil, Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızının vəfat etmə (ölmə) faktının müəyyən edilməsi, ərizənin digər hissəsi dəyişdirilmədən qalması xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizədə qeyd olunanları təsdiq edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri 29 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə məktublar ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxs Bakı şəhəri 29 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Arxivinin və Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Arxivinin və Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X47 oğlu öz ifadəsində göstərmişdir ki, ərizəçinin nənəsi 1976-cı ildə mənzilin özünə aid hissəsini ərizəçiyə bağışlamışdır. Qeyd oluna şəxslər qardaş olmuşlar və sonradan vəfat etmişlər İş materiallarında olan Bakı şəhəri Djaparidze rayon VVADQ şöbəsi tərəfindən xx.xx.1981-ci iltarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X11 xx.xx.1944-cü il tarixdə 69 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1944-cü ildə 799 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən vərəsəlik işin rəsmiləşdirilməsi ilə əlaqədar Ərizəçi qohumları olan Rüstəmov X23, X5, X17 və Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızının doğumları barədə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə göndərilmiş sorğusuna cavab olaraq xx.xx.2019-cu il tarixli M-329 nömrəli məktubla bildirmişdirlər ki, yuxarıda qeyd olunan vətəndaşlarla bağlı heç bir məlumat olunmamışdır. Buna görə də Ərizəçi miras qoyanla arasında qohumluq münasibətlərinin müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilir.Eyni zamanda bildirirlər ki, yuxarıda göstərilən səbəblərə görə Ərizəçi adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini halhazırda qeyri-mümkün edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 827 saylı məktubundan görünür ki, X8 (1885-1935), X22 (1880- 1928), Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızı (1901-1962), X12 (1875-1944) Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn edilmişlər. İş materiallarında olan 1 saylı notariat kontorunda Mirzəyeva X27 ilə Ərizəçi arasında bağlanmış bağışlanmaya dair notariat işinin surətindən görünür ki, Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəttəfat bürosu tərəfindən xx.xx.1948-ci il tarixdə verilmiş Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Həzi Aslanov və Petr Montin küçəsində yerləşən 95/194 №-li evi Mirzəyeva X19, Rüstəm-zadə X28, X6, Rüstəmova Gövhər Meşədi Cəbrayıl qızına məxsusdur. - 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və Mirzəyeva X50 qızı ilə Ərizəçi arasında bağlanılmış xx.xx.1976-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin kserosurətinə əsasən Mirzəyeva X50 qızı mülkiyyətində olan Bakı şəhəri, Həzi Aslanov və Petr Montin küçəsində, 65 kv.m. torpaq sahəsində yerləşən, sahəsi 24,7 kv.m olan 2 yaşayış otağından və 17 kv.m. olan 2 köməkçi sahədən ibarət olan 95/124 nömrəli evinin özünə məxsus 1/4 hissəsi Ərizəçi bağışlamışdır. - xx.xx.1947-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X53 xx.xx.1931-ci ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X59, ana qrafasında Mirzəyeva X27 göstərilmişldir. - Bakı şəhəri Nizami rayon VVADQ tərəfindən verilmiş xx.xx.1959-cu il tarixli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X53, X20 göstərilmişdir. - Bakı VVADQ Bürosu tərəfindən verilmiş xx.xx.1939-cu il tarixli, 7392 saylı doğum şəhadətnaməsinin kserosurətindən görünür ki, X27 1894-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə Bakı şəhəri «Təzə» məscidinin akt qeydləri kitabında 1912-ci il tarixli, 269 №-li akt qeydi icra edilmişdir, atası X14, anası X72 qızı göstərilmişdir. - Bakı şəhəri Nəsimi rayonu 48 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 139 saylı arayışın kserosurətindən görünür ki, Ərizəçi keçmiş Petr Montin, indiki Əlövsət Quliyev küçəsi, ev 124 ünvanda anadan olduğu gündən xx.xx.1959-cu il tarixdən qeydiyyatdadır və ailəsi ilə bu ünvanda yaşayır. Yaşadığı mülkün ¼ hissəsi xx.xx.1977-ci il tarixdən ona məxsusdur. Hal-hazırda həmin ünvanda olan digər hissələrdə faktiki olaraq onun istifadəsindədir və həmin ünvana dair olan mənzil xərclərində Ərizəçi tərəfindən ödənilir. Aşağıda adları qeyd olunan vətəndaşlar (ata, nənə, baba və nənənin qardaşları ölən günədək (oğlu və nəvəsi ilə) birgə yaşamışlar:
1. mərhum (1931-2000) X39;
2. mərhum (1890-1974) X59;
3. mərhum (1896-1977) X3;
4. mərhum (1885-1960) Rüstəmzadə X35;
5. mərhum (1875-1944) X11. İş materiallarında olan Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin kserosurətindən görünür ki, xx.xx.2000-ci ildə vəfat etmiş X33 vərəsəsi - ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Ərizəçi miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmrak mərhum X40 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 731 bağ sahəsi ünvanında yerləşən 0,25 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin kserosurətindən görünür ki, xx.xx.1974-cü ildə vəfat etmiş X51 vərəsəsi - ünvan 2 ünvanında qeydiyyatda olan nəvəsi Ərizəçi miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmrak mərhum X58 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 732 bağ sahəsi ünvanında yerləşən 0,25 ha torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, 124 saylı fərdi yaşayış evi ərizəçinin ata nənəsi Rüstəmova (Mirzəyeva) X19 və onun qardaşları X15, Rüstəmov X28, X6 hər birinə ¼ pay hissəsi məxsus olmuşdur. X10 1928-ci ildə vəfatından sonra onun 1/4 payı həyat yoldaşı Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızının adına rəsmiləşdirilmişdir. Onların birgə nikahdan övladları olmamışdır. Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızı 1962-ci ildə vəfat etmişdir. Həmin evin ¼ hissəsi ata nənəsi Mirzəyeva X27 tərəfindən 1976-cı il tarixdə 1 saylı DNK vasitəsi ilə öz payını ərizəçiyə bağışlamışdır və 1977-ci ildə ərizəçi öz adına çıxarış almışdır. X1 digər qardaşları Rüstəmov X35 1935-ci ildə, X11 1944-cü ildə vəfat etmişlər və onlar evli olmamışlar. Ərirzəçinin nənəsi 1930-cu ildə X61 ilə nikaha daxil olmuş, həmin nikahdan 1931-ci ildə onların yeganə övladı ərizəçinin atası X53 anadan olmuşdur. Ərizəçinin atası 1958-ci ildə X20 ilə nikaha daxil olmuş, onların birgə nikahdan xx.xx.1959-cu ildə Ərizəçi anadan olmuş və hal-hazıra qədər həmin ünvanda öz ailəsi ilə yaşayır. Evin ¼ hissəsi ərizəçiyə məxsusdur və o, qohumlarının vəfatından sonra miras qalmış əmlakın digər ¾ hissəsini də yaşamaqla və istifadə etməklə mirası faktiki olaraq qəbul etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi faktlar ona ata nənəsi Mirzəyeva X16 evin 1/4 hissəsinin bağışlanmış evə yerdə qalan 3/4 hissəsinə vərəsəlik hüquqlarının tanınması üçün lazımdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, ərizəçi qohumluq faktlarının müəyyən edilməsi üçün müvafiq sənədlərin əldə edilməsi üçün Bakı şəhəri 29 saylı notariat ofisinə və Milli Tarix Arxivinə müraciət etsə də, Rüstəmov X23, X5 və Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızının doğumları barədə məlumatları əldə edə bilməmişdir. Məhkəmə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi qohumluq faktı miras əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün lazım olmasını və həmin faktın başqa yolla müəyyən edilməsinin mümkün olmamasını, eyni zamanda iş üzrə dindirilmiş şahid ifadəsi və 48 saylı MKİS tərəfindən verilmiş arayışı ilə ərizəçinin ata nənəsi Mirzəyeva X16 X5 və Rüstəmov X23 doğma qardaşları olması müəyyən edildiyindən, həmin hüquqi fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə X10, Rüstəmov X23 və Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızının ölüm faktının müəyyən edilməsi üzrə qeyd edir ki, həmin hüquqi fakt da müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Bələdiyyəsi və Nəsimi rayonu 48 saylı MKİS tərəfindən verilmiş arayışlarla müəyyən edilmişdir ki, X21 1880-ci ildə anadan olmuş və 1928-ci ildə vəfat etmiş, X7 1885-ci ildə anadan olmuş və 1935-ci ildə vəfat etmiş, X10 həyat yoldaşı Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızı 1901-ci ildə anadan olmuş 1962-ci ildə vəfat etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X10 1928-ci ildə Bakı şəhərində vəfat etməsi, X4 1935-ci ildə Bakı şəhərində vəfat etməsi, Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızının 1962-ci ildə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadəsi ilə sübut olunduğundan və bu faktın müəyyən edilməsi ərizəçiyə miras qalmış əmlaka vərəsəlik hüquqlarının tanınması üçün lazım olduğundan, həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxslər 29 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Dövlət Arxivi və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı «şəxsin qohumluq münasibətində olması və şəxsin ölüm faktlarının müəyyən olunması» tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ata nənəsi Mirzəyeva (Rüstəmova) X27 ilə X5 və Rüstəmov (Rüstəmzadə) X23 doğma qardaşları olması üzrə qohumluq münasibətləri müəyyən edilsin. 1880-ci ildə anadan olmuş X10 1928-ci ildə Bakı şəhərində vəfat etməsi, 1995-ci ildə anadan olmuş X4 1935-ci ildə vəfat etməsi, 1901-ci ildə anadan olmuş Rüstəmova Gövhər Məşədi Cəbrayıl qızının 1962-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ramin Xəlilov