Məhkəmə qərarları › İş №2(006)-232/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-232/2020

16.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-232/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, cavabdeh "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri Bayramov Pərviz Mövlud oğlunun və (eyni zamanda vəkili) X1 iştirakları ilə İddiaçı cavabdeh "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "müqavilə öhdəlikləri və onun nəticələrinin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "müqavilə öhdəlikləri və onun nəticələrinin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2014-cü il tarixdə “X9 Azərbaycan” QSC ilə iddiaçı arasında 210/151468 nömrəli kredit xəttinin açılması barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2014-cü il tarixdə bank ilə 210/151468 nömrəli kredit xəttinə növbəti əlavə razılaşmalar bağlanmışdır, yaxud rəsmiləşdirilmişdir. Bu razılaşmaya əsasən kredit xəttinin məbləği müəyyən edilmişdir. Bank xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsinin açılması adlı 5 nömrəli saziş və xx xxxxxxx 2015-ci il tarixdə bank ilə aralarında 210/151468 nömrəli kredit xəttin açılması adı ilə 3 saylı əlavə razılaşma müqaviləsi bağlanmışdır. Ümumiyyətlə, bank müxtəlif adlarla iddiaçı ilə aralarında ayrı-ayrı vaxtlarda müxtəlif razılaşma və sazişlər bağlamış, nəticədə həmin müqavilələr üzrə bəzilərinə görə kredit məbləği ayrılmamışdır, bəziləri üzrə kredit məbləğləri tam həcmdə bağlandığı halda, bank iddiaçının etibar və inamından istifadə edərək faktiki olaraq bağlanmış kredit öhdəlikləri üzrə qeyd olunan məbləğləri əsassız və qanunsuz olaraq iddiaçıdan yenidən tələb edir. Bank iddiaçını borclu göstərməklə, onun işgüzar nüfuzuna ləkə gətirməklə borc məbləğləri bağlandığı halda, bağlanmış öhdəliklər üzrə həmin məbləğləri tələb etməkdə ehtiva olunan hərəkətlər nəticəsində iddiaçıya ziyan vurur. İddiaçı ilə “X9 Azərbaycan” QSC arasında xx.xx.2016-cı il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 37.822,00 ABŞ dolları borc məbləği xx.xx.2016-cı il tarixdə bağlanmışdır. İddiaçı ilə bank arasında 94.900 ABŞ dolları məbləğində kreditin verilməsinə dair müqavilə üzrə öhdəlik xx.xx.2016-cı ildə icra olunmuşdur, xx.xx.2015-ci ildə verilməsi qeyd olunan 94.900 ABŞ dolları məbləği xx.xx.2015-ci ildə icra olunmuşdur, xx.xx.2015-ci ildə verilməsi qeyd olunan 60.000 AZN məbləği xx.xx.2016-cı il tarixdə ödənilib bağlanmışdır, xx.xx.2014-cü il tarixdə iddiaçının götürdüyü qeyd olunan 359.500 AZN məbləği xx.xx.2015-ci ildə ödənilib bağlanmışdır, xx.xx.2014-cü il tarixdə verildiyi qeyd olunan 10.000 AZN məbləği xx.xx.2015-ci ildə ödənilib bağlanmışdır, xx.xx.2014-cü ildə verildiyi qeyd olunan 500.00 AZN məbləği xx.xx.2018-ci ildə ödənilib bağlanmışdır, xx.xx.2014-cü ildə verildiyi qeyd olunan 40.000 AZN məbləği xx.xx.2015-ci ildə ödənilib bağlanmışdır, xx.xx.2014-cü ildə verildiyi qeyd olunan 360.000 AZN məbləği xx.xx.2015-ci ildə ödənilib bağlanmışdır, xx.xx.2013-cü ildə **********51 nömrəli hesab üzrə alındığı qeyd olunan 19.000 AZN məbləği xx.xx.2014-cü ildə ödənilib bağlanmışdır. Buna baxmayaraq, bank xx xxx 2014-cü il tarixində 210/151468 N-li Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair **********30 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 22.000 AZN, **********07 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 360.000 AZN, **********53 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 60.000 AZN, **********59 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 AZN, **********63 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 10.000 AZN, **********61 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 ABŞ dolları, **********28 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 54.900 ABŞ dolları, **********98 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 62.000 ABŞ dolları, **********52 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 81.000 ABŞ dolları məbləğləri manat olaraq əsas borc 492.000 AZN, faiz olaraq 53.056,05 AZN, cərimə olaraq 19.968,39 AZN, ümumilikdə 565.024,44 AZN manat borcu, dollar olaraq isə 237.900 ABŞ dolları əsas borc, faiz borcu 21.586,76 ABŞ dolları, cərimə 22.600,50 ABŞ dolları, ümumilikdə 282.087,26 ABŞ dolları borcun olduğunu əsas götürərək bank borclu olduğunu iddia edir. Lakin iddiaçı bu dollar və manat məbləğlərini götürməmiş və bankla aralarında heç kassa əməliyyatı olmamışdır. Beləliklə də heç bir məxaric orderi (qəbz) iddiaçı tərəfindən imzalanmamışdır. Bu səbəbdən də manat olaraq 565.024,44 manat və dollar olaraq 282.087,26 ABŞ dolları üzrə sazişlər və müqavilələr etibarsızdır. Qeyd olunan məbləğlərin verilməsi üçün rəsmiləşdirilmiş bank ilə iddiaçı arasında bağlanan müqavilə, saziş və razılaşmalar qeyd olunan məbləğlər üzrə öhdəliklər ləğv edilməklə hüquqi nəticələr xitam edilməlidir. Qeyd olunan məbləğlər faktiki olaraq bağlandığı halda, yəni buraxılmış vəsaitlərinə görə əsas və faiz borcları ödənildiyi halda, cavabdeh həmin məbləğin buraxılmasına dair müqavilə və sair razılaşmaların surətlərini, habelə pulun iddiaçıya təqdim olunmasına, yaxud hesabına köçürülməsinə dair hər hansı bir sübut təqdim etmədən iddiaçıdan qeyd olunan məbləğləri tələb edir. Həmin məbləğlərin ödənilməsini təsdiq edən kredit bürosunun çıxarışını təqdim edir. Əslində qeyd olunan borc məbləğləri 2016-cı il tarixə qədər bağlandığı halda, bank həmin məbləğləri iddiaçıdan təkrar tələb edərək hüquqları pozulub. Göstərilənlərə əsasən cavabdeh “X9 Azərbaycan” QSC ilə iddiaçı arasında bağlanmış kredit xəttin açılması barədə müqavilə, əlavə razılaşma və sazişlər əsasında xx.xx.2016-cı il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 37.822 ABŞ dolları məbləği, xx.xx.2015-ci il tarixdə **********43 nömrəli hesab üzrə verilmiş 94.900 ABŞ dolları məbləği, xx.xx.2015-ci il tarixdə **********53 nömrəli hesab üzrə verilmiş 60.000 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 359.500 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 10.000 AZN məbləği, xx.xx.2014cü il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 500 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 40.000 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 360.000 AZN məbləği, xx.xx.2013-cü il tarixdə **********51 nömrəli hesab üzrə verilmiş 19.000 AZN məbləğlər tam bağlandığı üçün, **********30 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 22.000 AZN, **********07 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 360.000 AZN, **********53 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 60.000 AZN, **********59 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 AZN, **********63 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 10.000 AZN, **********61 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 ABŞ dolları, **********28 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 54.900 ABŞ dolları, **********98 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 62.000 ABŞ dolları, **********52 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 81.000 ABŞ dolları iddiaçı tərəfindən götürülmədiyi üçün bank tərəfindən tələb olunması əsassız olduğundan 201/151468 nömrəli kredit xətti müqaviləsi və onun doğurduğu hüquqi nəticələr ləğv edilməklə, yuxarıda qeyd olunan (borc) məbləğləri üzrə müqavilə öhdəliklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, cavabdeh “X9 Azərbaycan” QSC ilə onun arasında bağlanmış kredit xəttin açılması barədə müqavilə, əlavə razılaşma və sazişlər əsasında xx.xx.2016-cı il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 37.822 ABŞ dolları məbləği, xx.xx.2015-ci il tarixdə **********43 nömrəli hesab üzrə verilmiş 94.900 ABŞ dolları məbləği, xx.xx.2015-ci il tarixdə **********53 nömrəli hesab üzrə verilmiş 60.000 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 359.500 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 10.000 AZN məbləği, xx.xx.2014cü il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 500 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 40.000 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 360.000 AZN məbləği, xx.xx.2013-cü il tarixdə **********51 nömrəli hesab üzrə verilmiş 19.000 AZN məbləğlər tam bağlandığı üçün, **********30 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 22.000 AZN, **********07 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 360.000 AZN, **********53 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 60.000 AZN, **********59 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 AZN, **********63 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 10.000 AZN, **********61 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 ABŞ dolları, **********28 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 54.900 ABŞ dolları, **********98 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 62.000 ABŞ dolları, **********52 nömrəli hesab üzrə 08.0852015-ci il tarixdə verilmiş 81.000 ABŞ dolları onun tərəfindən (mədaxil və məxaric sənədlərdə heç bir imza olmadan və sair formada götürmədiyi üçün) götürülmədiyi üçün bank tərəfindən tələb olunması əsassız olduğundan, qeyd olunan borc məbləğləri üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, cavabdeh “X9 Azərbaycan” QSC ilə onun arasında bağlanmış kredit xəttin açılması barədə müqavilə, əlavə razılaşma və sazişlər əsasında xx.xx.2016-cı il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 37.822 ABŞ dolları məbləği, xx.xx.2015-ci il tarixdə **********43 nömrəli hesab üzrə verilmiş 94.900 ABŞ dolları məbləği, xx.xx.2015-ci il tarixdə **********53 nömrəli hesab üzrə verilmiş 60.000 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 359.500 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 10.000 AZN məbləği, xx.xx.2014cü il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 500 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 40.000 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 360.000 AZN məbləği, xx.xx.2013-cü il tarixdə **********51 nömrəli hesab üzrə verilmiş 19.000 AZN məbləğlər tam bağlandığı üçün; 1) **********30 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 22.000 AZN, 2) **********07 nömrəli hesab üzrə xx.xx.2015- ci il tarixdə verilmiş 360.000 AZN, 3) **********53 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 60.000 AZN, 4) **********59 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 AZN, 5) **********63 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 10.000 AZN, 6) **********61 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 ABŞ dolları, 7) **********28 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 54.900 ABŞ dolları, 8) **********98 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 62.000 ABŞ dolları, 9) **********52 nömrəli hesab üzrə xx.xx.2015ci il tarixdə verilmiş 81.000 ABŞ dolları pulun onun tərəfindən (mədaxil və məxaric sənədlərdə heç bir imza olmadan və s. formada götürmədiyi üçün) götürülmədiyi üçün bank tərəfindən tələb olunması əsassız olduğundan, qeyd olunan borc məbləğləri üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X4 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri Bayramov Pərviz Mövlud oğlu və (eyni zamanda vəkili) X3 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə prosesiştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan «X9» QSC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 210/151468 №-li kredit müqaviləsinin kserosurətinə əsasən (kredit xəttinin açılması barədə müqavilə) əsasən bank tərəfindən İddiaçı 48 ay müddətinə 360.000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan «X9» QSC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış xx xxx 2014-cü il tarixli, 210/151468 №-li kredit müqaviləsinə 1 saylı əlavə razılaşmanın kserosurətinə əsasən bank tərəfindən İddiaçı xx xxx 2020-ci il tarixədək 720.000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan «X9» QSC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx xxx 2014-cü il tarixli, 210/151468 №-li kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 5 №-li kredit sazişinin kserosurətinə əsasən bank tərəfindən İddiaçı xx xxxxxx 2016-cı il tarixədək, illik 12,42 faiz dərəcəsi ilə 60.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «X9» QSC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx xxx 2014-cü il tarixli, 210/151468 №-li kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 6 №-li kredit sazişinin kserosurətinə əsasən bank tərəfindən İddiaçı 1 il müddətinə, illik 10 faiz dərəcəsi ilə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «X9» QSC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx xxx 2014-cü il tarixli, 210/151468 №-li kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 7 №-li kredit sazişinin kserosurətinə əsasən bank tərəfindən İddiaçı 1 il müddətinə, illik 10 faiz dərəcəsi ilə 54.900 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «X9» QSC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx xxx 2014-cü il tarixli, 210/151468 №-li kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 8 №-li kredit sazişinin kserosurətinə əsasən bank tərəfindən İddiaçı 1 il müddətinə, illik 10 faiz dərəcəsi ilə 62.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «X9» QSC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx xxx 2014-cü il tarixli, 210/151468 №-li kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 9 №-li kredit sazişinin kserosurətinə əsasən bank tərəfindən İddiaçı 1 il müddətinə, illik 10 faiz dərəcəsi ilə 81.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «X9» QSC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx xxx 2014-cü il tarixli, 210/151468 №-li kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 10 №-li kredit sazişinin kserosurətinə əsasən bank tərəfindən İddiaçı 1 il müddətinə, illik 16 faiz dərəcəsi ilə 40.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «X9» QSC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx xxx 2014-cü il tarixli, 210/151468 №-li kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 11 №-li kredit sazişinin kserosurətinə əsasən bank tərəfindən İddiaçı 1 il müddətinə, illik 16 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «X9» QSC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx xxx 2014-cü il tarixli, 210/151468 №-li kredit müqaviləsinə 3 saylı əlavə razılaşmanın kserosurətinə əsasən bank tərəfindən İddiaçı xx xxx 2020-ci il tarixədək 742.000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan «X9» QSC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx xxx 2014-cü il tarixli, 210/151468 №-li kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 12 №-li kredit sazişinin kserosurətinə əsasən bank tərəfindən İddiaçı 27 ay müddətinə, illik 16,44 faiz dərəcəsi ilə 360.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «X9» QSC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx xxx 2014-cü il tarixli, 210/151468 №-li kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 13 №-li kredit sazişinin kserosurətinə əsasən bank tərəfindən İddiaçı 2 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 22.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «X9» QSC tərəfindən verilmiş maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 13 №-li, xx.xx.2015-ci il tarixli, 12 №-li, xx.xx.2015-ci il tarixli, 5 №-li, xx.xx.2015-ci il tarixli, 10 №-li, xx.xx.2015-ci il tarixli, 11 №-li, xx.xx.2015-ci il tarixli, 6 №-li, xx.xx.2015-ci il tarixli, 7 №-li, xx.xx.2015-ci il tarixli, 8 №-li, xx.xx.2015-ci il tarixli, 9 №-li kredit sazişləri üzrə toplam olaraq əsas borc üzrə 492.000 manat və 237.900 ABŞ dolları, faiz borcu üzrə 147.814,85 manat və 88.397,01 ABŞ dolları, cərimə borcu üzrə 129.116,63 manat və 223.031,25 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda (sorğuya cavab olaraq) qeyd edilmişdir ki, sorğuda qeyd olunan mədaxil və məxaric qəbzləri iş materiallarında mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19658 saylı, xx xxxxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən ekspert qarşısında qoyulmuş birinci sualda göstərilən xx.xx.2015-ci tarixdə verilmiş 22.000 AZN, **********07 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 360.000 AZN, **********61 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 ABŞ dolları, **********98 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 62.000 ABŞ dolları məbləğlər üzrə məxaric orderləri və çek vərəqələri təqdim edilməmişdir. Lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən göstərilən məbləğlərin müxabirləşməsi aşağıdakı kimi müəyyən edilir, o cümlədən xx.xx.2015-ci il tarixli 6 saylı kredit sazişində nəzərdə tutulmuş 40.000 ABŞ dolları məbləğində kredit (sualda göstərilən **********61 nömrəli hesab üzrə) Bank tərəfindən İddiaçı ABŞ dolları hesabına xx.xx.2015-ci il köçürülmüş (verilmiş) və həmin tarixdə əvvəlki digər kreditinə silinmişdir. xx.xx.2015-ci il tarixli 8 saylı kredit sazişində nəzərdə tutulmuş 62.000 ABŞ dolları məbləğində kredit (sualda göstərilən **********98 nömrəli hesab üzrə) Bank tərəfindən İddiaçı ABŞ dolları hesabına xx.xx.2015-ci il köçürülmüş (verilmiş) və xx.xx.2015-ci il tarixdə konvertasiya olunaraq manat hesabında olan əvvəlki digər kreditinə silinmişdir. xx.xx.2015-ci il tarixli, 12 saylı kredit sazişində nəzərdə tutulmuş 360.000 manat məbləğində və xx.xx.2015-ci il tarixli, 13 saylı kredit sazişində nəzərdə tutulmuş 22.000 manat məbləğində kredit (sualda göstərilən **********30 nömrəli və **********07 nömrəli hesab üzrə) Bank tərəfindən İddiaçı manat hesabına xx.xx.2015-ci il tarixdə köçürülmüş (verilmiş) və həmin tarixdə əvvəlki digər borclarından azaldılmışdır. Hazırki iş materiallarında və təqdim edilmiş əlavə sənədlərdə kredit müqavilələri üzrə hər hansı bir vəsaitin hər hansı bir bank hesabına köçürülməsi barədə ödəniş tapşırıqları və ya ərizələr öz əksini tapmır. Lakin tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 12 saylı sazişin və xx.xx.2015-ci il tarixli 13 saylı sazişin 1-ci və 2-ci bəndlərində verilmiş kreditlərin təyinatı sahibkarlıq məqsədi ilə verilmiş əvvəlki kreditlərin (sualda göstərilən və göstərilməyən digər müqavilələr) restrukturizasiya məqsədilə istifadə edilməsi göstərilmişdir. Yəni xx.xx.2015-ci il tarixli 12 saylı saziş üzrə 360.000 manat məbləğində kredit və xx.xx.2015-ci il tarixli, 13 saylı saziş üzrə 22.000 manat məbləğində verilmiş kredit sazişlərin 1-ci, 2-ci bəndinə əsasən digər kreditlərin restrukturizasiyasına aiddir (ödənilməsinə), iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli, xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair 13 №-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2019-cu tarixə (maliyyə arayışında göstərilən tarixə) “X9 Azərbaycan” QSC-nə olan borcu 34.584,00 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 22.000,00 manat; faiz borcu üzrə 12.584,00 manat, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli “xx.xx.2014cü il tarixli 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair” 12 №-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixə) “X9 Azərbaycan” QSC-nə olan borcu 561.490,26 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 360.000 manat, faiz borcu üzrə 201.490,26 manat, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli "xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 5 N-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixə) “X9 Azərbaycan" QSC-nə olan borcu 86.537,50 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 60.000,00 manat, faiz borcu üzrə 26.537,50 manat, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015ci il tarixli "xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 10 №-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixə) “X9 Azərbaycan" QSC- yə olan borcu 63.384,02 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 39.981,51 manat, faiz borcu üzrə 23.402,51 manat, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli "xx.xx.2014cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 11 №-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixə) “X9 Azərbaycan" QSC-yə olan borcu 15.846,29 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 9.995,55 manat, faiz borcu üzrə 5.850,73 manat, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli "xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 6 №-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2019-cu tarixə (maliyyə arayışında göstərilən tarixə) “X9 Azərbaycan" QSC-yə olan borcu 54.617,78 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 39.988,61 ABŞ dolları, faiz borcu üzrə 14.629,17 ABŞ dolları, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli “xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair” 7 №-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixə) “X9 Azərbaycan" QSC-yə olan borcu 74.962,90 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 54.884,37 ABŞ dolları, faiz borcu üzrə 20.078,53 ABŞ dolları, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli "xx.xx.2014-cü il 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 8 №li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2019-cu il tarixə(maliyyə arayışında göstərilən tarixə) “X9 Azərbaycan" QSC-yə olan borcu 84.657,56 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 61.982,35 ABŞ dolları, faiz borcu üzrə 22.675,21 ABŞ dolları, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli "xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 9 N-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixə) “X9 Azərbaycan" QSC-yə olan borcu 127.023,75 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 81.000,00 ABŞ dolları, faiz borcu üzrə 46.023,75 ABŞ dolları. Ekspert tədqiqatının dəyəri 400 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/458 saylı, xx xxxx 2020-ci il tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən təqdim edilmiş iş materiallarında mövcud olan kredit saziləri və sazişlərin valyutası aşağıdakı kimi müəyyən edilir, o cümlədən xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikasının milli valyutasında 5 №-li kredit sazişi, xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikasının milli valyutasında 10 №-li kredit sazişi, xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikasının milli valyutasında 11 №-li kredit sazişi, xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikasının milli valyutasında 12 №-li kredit sazişi, xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikasının milli valyutasında 13 №-li kredit sazişi, xx.xx.2015-ci il tarixli ABŞ dolları valyutasında 6 №-li kredit sazişi, xx.xx.2015-ci il tarixli ABŞ dolları valyutasında 7 №-li kredit sazişi,xx.xx.2015-ci il tarixli ABŞ dolları valyutasında 8 №-li kredit sazişi, xx.xx.2015-ci il tarixli ABŞ dolları valyutasında 9 №-li kredit sazişi. Ekspertiza təyini haqqında qərardadın “qərara aldı” hissəsində qeyd edilən kredit sazişləri üzrə mülki iş materiallarında İddiaçı sərəncamçısı olduğu hesabı üzrə hər hansı bir pul vəsaitlərinin və kredit vəsaitlərinin hər hansı digər hesablara, digər bank hesablarına köçürülməsi barədə ödəniş tapşırıqları, razılıq ərizələri və s. sənədlər öz əksini tapmır. Ekspert bildirir ki, məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsindən asılı olmayaraq iş materiallarına əsasən aşağıdakılar müəyyən olunur: tərəflər arasında bağlanmış suallarda göstərilən 09 ədəd kredit sazişlərinə əsasən pul vəsaitlərinin verilməsi məhkəmə tərəfindən nəzərə alındıqda həmin sazişlər üzrə borc qalıqları aşağıdakı kimi müəyyən edilir; hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015- ci il tarixli xx.xx.2014-cü il tarixli, xx.xx.2014cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair 13 N-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2015-ci il tarixə (kredit müddətinin bitdiyi tarixə) “X9 Azərbaycan" QSC-nə olan borcu 22.567,11 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc 22.000,00 manat, faiz borcu üzrə 567 manat; hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli "xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 12 N-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2018-ci il tarixə (kredit müddətinin bitdiyi tarixə) “X9 Azərbaycan" QSC-nə olan borcu 484,850,26 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 360.000 manat, faiz borcu üzrə 124.850,26 manat; hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli "xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 5 N-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2016-cı il tarixə (son ödəniş edilən tarixə) “X9 Azərbaycan" QSC-nə olan borcu mövcud deyil; hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli "xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit xəttinin açılması barədə) müqaviləsinə dair” 10 N-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2016-cı il tarixə (kredit müddətinin bitdiyi tarixə) “X9 Azərbaycan" QSC-nə borcu mövcud deyildir. Qeyd edilir ki, 2,98 manat məbləğində artıq ödəniş müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli "xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 11 N-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2016-cı il tarixə (kredit müddətinin bitdiyi tarixə) “X9 Azərbaycan" QSC-nə borcu mövcud deyildi. Qeyd edilir ki, 0,57 manat məbləğində artıq ödəniş müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış və -- ---- ci il tarixli "xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 6 N-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2016-cı il tarixə (kredit müddətinin bitdiyi tarixə) “X9 Azərbaycan" QSC-nə borcu mövcud deyildi. Qeyd edilir ki, 0,94 ABŞ dolları məbləğində artıq ödəniş müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış və "xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 7 №-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2016-cı il tarixə (kredit müddətinin bitdiyi tarixə) “X9 Azərbaycan" QSC-nə borcu mövcud deyildi. Qeyd edilir ki, 1,30 ABŞ dolları məbləğində artıq ödəniş müəyyən edilir. Həmçinin, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli "xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 8 N-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2016-cı il tarixə (kredit müddətinin bitdiyi tarixə) “X9 Azərbaycan" QSC-nə borcu mövcud deyildi. Qeyd edilir ki 1,51 ABŞ dolları məbləğində artıq ödəniş müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli "xx.xx.2014-cü il tarixli, 210/151468 saylı kredit (kredit xəttinin açılması barədə) müqaviləsinə dair" 9 N-li kredit sazişin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2016-cı il tarixə (son ödəniş edilən tarixə) “X9 Azərbaycan" QSC-nə borcu mövcud deyildi. Qeyd edilir ki, 24,49 ABŞ dolları məbləğində artıq ödəniş müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 200 manat təşkil edir. İş materiallarında olan Abşeron 2 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “X9 Azərbaycan” QSC ilə X5 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0306 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 542,6 kv olan qeyri-yaşayış binasına dair xx.xx.2014-cü tarixdə 3M-727 reyestr nömrə ilə qeyd olunmaqla ipoteka müqaviləsi rəsmiləşdirilmişdir və sorğuda göstərilən xx.xx.2015-ci il tarixli 5 nömrəli, xx.xx.2015-ci tarixli 6 nömrəli, xx.xx.2015-ci il tarixli 7 nömrəli, xx.xx.2015-ci il tarixli 9 nömrəli, xx.xx.2015-ci il tarixli 10 nömrəli, xx.xx.2015-ci tarixli 11 nömrəli, xx.xx.2015-ci il tarixli 12 nömrəli və xx.xx.2015- ci il tarixli, 13 nömrəli kredit sazişləri barədə həmin tarixlərdə heç bir notariat əməliyyatı aparılmamışdır. Bundan əlavə, xx.xx.2014-cü il tarixdə 3M- 1286 reyestrdə qeyd olunmaqla və xx.xx.2015-ci il tarixdə 3M-1620 reyestrdə qeyd olunmaqla ipoteka müqaviləsinə əlavə razılaşma (saziş) rəsmiləşdirilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/516 №-li, xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, xx xxxx 2015-ci il tarixli 40.000 manata dair, xx xxxxxx 2015-ci il tarixli 60.000 manata dair, xx xxxx 2015-ci il tarixli 10.012 manata dair çeklərdə “imzalar” və “imza” qrafalarındakı imzalar, həmin çeklərə dair digər 3 ədəd ödəniş çeklərində “imza” qrafalarındakı imzalar, 62000 ABŞ dolları və 81000 ABŞ dollarının alınmasına dair xx xxx 2015-ci il tarixli sənədlərdə “müdir” qrafalarındakı imzalar – İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatların dəyəri 124 (bir yüz iyirmi dörd) manat təşkil etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi “X9 Azərbaycan” QSC ilə İddiaçı arasında xx xxx 2014-cü il tarixli, 210/151468 saylı kredit xəttinin açılması barədə müqavilə bağlanmış və müqaviləyə əsasən İddiaçı müxtəlif vaxtlarda bankdan pul vəsaitləri götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göstərilən Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Eyni Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh “X9 Azərbaycan” QSC ilə onun arasında bağlanmış kredit xəttin açılması barədə müqavilə, əlavə razılaşma və sazişlər əsasında xx.xx.2016-cı il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 37.822 ABŞ dolları məbləği, xx.xx.2015-ci il tarixdə **********43 nömrəli hesab üzrə verilmiş 94.900 ABŞ dolları məbləği, xx.xx.2015-ci il tarixdə **********53 nömrəli hesab üzrə verilmiş 60.000 AZN məbləği, xx.xx.2014cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 359.500 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 10.000 AZN məbləği, xx.xx.2014-cü il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 500 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 40.000 AZN məbləği, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 360.000 AZN məbləği, xx.xx.2013-cü il tarixdə **********51 nömrəli hesab üzrə verilmiş 19.000 AZN məbləği ilə bağlı borcunun olması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Mövcud vəziyyətin əksini təsdiq edən sübutları cavabdeh tərəf məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, kredit müqavilələri üzrə məxaric qəbzləri cavabdeh bank tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X9 Azərbaycan” QSC-yə qeyd olunan müqavilələr üzrə (kredit xəttinin açılması barədə müqavilə, əlavə razılaşma və sazişlər əsasında xx.xx.2016-cı il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 37.822 (otuz yeddi min səkkiz yüz iyirmi iki) ABŞ dolları məbləğ, xx.xx.2015-ci il tarixdə **********43 nömrəli hesab üzrə verilmiş 94.900 (doxsan dörd min doqquz yüz) ABŞ dolları məbləğ, xx.xx.2015-ci il tarixdə **********53 nömrəli hesab üzrə verilmiş 60.000 (altmış min) manat məbləğ, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 359.500 (üç yüz əlli doqquz min beş yüz) manat məbləğ, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 10.000 (on min) manat məbləğ, xx.xx.2014-cü il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 500 (beş yüz) manat məbləği xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 40.000 (qırx min) manat məbləğ, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 360.000 (üç yüz altmış min) manat məbləğ, xx.xx.2013-cü il tarixdə **********51 nömrəli hesab üzrə verilmiş 19.000 (on doqquz min) manat məbləğ) borcunun olması halı müəyyən edilmədiyinə görə iddia tələbi həmin hissədə təmin edilməli, həmin müqavilələr üzrə öhdəliklərinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, məhkəmə İddiaçı **********30 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 22.000 AZN, **********07 nömrəli hesab üzrə xx.xx.2015- ci il tarixdə verilmiş 360.000 AZN, **********53 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 60.000 AZN, **********59 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 AZN, **********63 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 10.000 AZN, **********61 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 ABŞ dolları, **********28 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 54.900 ABŞ dolları, **********98 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 62.000 ABŞ dolları, **********52 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 81.000 ABŞ dolları pulun onun tərəfindən götürülmədiyi üçün öhdəliklərinə xitam verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, mübahisələndirilən xx xxxx 2015-ci il tarixli 40.000 manat dair, xx xxxxxx 2015-ci il tarixli 60.000 manata dair, xx xxxx 2015-ci il tarixli 10.012 manata dair çeklərdə “imzalar” və “imza” qrafalarındakı imzalar, həmin çeklərə dair digər 3 ədəd ödəniş çeklərində “imza” qrafalarındakı imzalar, 62000 ABŞ dolları və 81000 ABŞ dollarının alınmasına dair xx xxx 2015-ci il tarixli sənədlərdə “müdir” qrafalarındakı imzalar – İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X9 Azərbaycan” QSC ilə X5 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0306 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 542,6 kv olan qeyri-yaşayış binasına dair xx.xx.2014-cü tarixdə 3M-727 reyestr nömrə ilə qeyd olunmaqla ipoteka müqaviləsi rəsmiləşdirilmişdir və xx.xx.2015-ci il tarixli 5 nömrəli, xx.xx.2015-ci tarixli 6 nömrəli, xx.xx.2015-ci il tarixli 7 nömrəli, xx.xx.2015-ci il tarixli 9 nömrəli, xx.xx.2015-ci il tarixli 10 nömrəli, xx.xx.2015-ci tarixli 11 nömrəli, xx.xx.2015-ci il tarixli 12 nömrəli və xx.xx.2015- ci il tarixli, 13 nömrəli kredit sazişləri barədə həmin tarixlərdə heç bir notariat əməliyyatı aparılmamışdır. Məhkəmə cavabdeh “X9 Azərbaycan” QSC-nin “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” təqdim etdiyi ərizəsi ilə bağlı qeyd edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə eyni tərəflər arasında olsa da, eyni predmet və eyni əsaslarla əlaqədar deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “X9 Azərbaycan” QSC ilə İddiaçı arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə, əlavə razılaşma və sazişlər əsasında xx.xx.2016-cı il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 37.822 (otuz yeddi min səkkiz yüz iyirmi iki) ABŞ dolları məbləği, xx.xx.2015ci il tarixdə **********43 nömrəli hesab üzrə verilmiş 94.900 (doxsan dörd min doqquz yüz) ABŞ dolları məbləği, xx.xx.2015-ci il tarixdə **********53 nömrəli hesab üzrə verilmiş 60.000 (altmış min) manat məbləği, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 359.500 (üç yüz əlli doqquz min beş yüz) manat məbləği, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 10.000 (on min) manat məbləği, xx.xx.2014-cü il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 500 (beş yüz) manat məbləği, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 40.000 (qırx min) manat məbləği, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 360.000 (üç yüz altmış min) manat məbləği, xx.xx.2013-cü il tarixdə **********51 nömrəli hesab üzrə verilmiş 19.000 (on doqquz min) manat məbləğlər üzrə, habelə **********53 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 60.000 (altmış min) manat, **********59 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 (qırx min) manat, **********63 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 10.000 (on min) manat, **********61 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 (qırx min) ABŞ dolları, **********28 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 54.900 (əlli dörd min doqquz yüz) ABŞ dolları, **********98 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 62.000 (altmış iki min) ABŞ dolları, **********52 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 81.000 (səksən bir min) ABŞ dolları məbləğlər üzrə öhdəliklərə xitam verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 724 (yeddi yüz iyirmi dörd) manat İddiaçı və cavabdeh "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X9 Azərbaycan” QSC ilə İddiaçı arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə, əlavə razılaşma və sazişlər əsasında xx.xx.2016-cı il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 37.822 (otuz yeddi min səkkiz yüz iyirmi iki) ABŞ dolları məbləği, xx.xx.2015ci il tarixdə **********43 nömrəli hesab üzrə verilmiş 94.900 (doxsan dörd min doqquz yüz) ABŞ dolları məbləği, xx.xx.2015-ci il tarixdə **********53 nömrəli hesab üzrə verilmiş 60.000 (altmış min) manat məbləği, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 359.500 (üç yüz əlli doqquz min beş yüz) manat məbləği, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 10.000 (on min) manat məbləği, xx.xx.2014-cü il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 500 (beş yüz) manat məbləği, xx.xx.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 40.000 (qırx min) manat məbləği, xx.xx.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 360.000 (üç yüz altmış min) manat məbləği, xx.xx.2013-cü il tarixdə **********51 nömrəli hesab üzrə verilmiş 19.000 (on doqquz min) manat məbləğlər üzrə, habelə **********53 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 60.000 (altmış min) manat, **********59 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 (qırx min) manat, **********63 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 10.000 (on min) manat, **********61 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 (qırx min) ABŞ dolları, **********28 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 54.900 (əlli dörd min doqquz yüz) ABŞ dolları, **********98 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 62.000 (altmış iki min) ABŞ dolları, **********52 nömrəli hesab üzrə xx.xx.2015-ci il tarixdə verilmiş 81.000 (səksən bir min) ABŞ dolları məbləğlər üzrə öhdəliklərə xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 724 (yeddi yüz iyirmi dörd) manat İddiaçı və cavabdeh "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar