Məhkəmə qərarları › İş №2(006)-2736/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2736/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2736/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı qızının cavabdeh “xxxx” ASC-nə qarşı «müqavilə öhdəliklərinə əməl edilməsi tələbinə dair» iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçı qızı cavabdeh “xxxx” ASC-nə qarşı «müqavilə öhdəliklərinə əməl edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizədə iddiaçı məhkəmədən xahiş etmişdir ki, cavabdehin üzərinə pandemiya dövründə ona hesablanan faizlərin silinməsi və pandemiya qurtarana qədər əlavə faiz məbləğlərinin hesablanmasının qadağan edilməsi barədə qətnamə çıxarılsın. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının tələbi, öz tələblərini əsaslandırdığı hallar və s, həmçinin həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən isə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin iddiaçı iddia ərizəsində əlavə ediləcək sənədlərin siyahısını göstərməmişdir. Bundan başqa dövlət rüsumunun ödənilməsi barədə qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə xatırladır ki, “X1” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət rüsumu dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. Beləliklə iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı qızının cavabdeh “xxxx” ASC-nə qarşı «müqavilə öhdəliklərinə əməl edilməsi tələbinə dair» iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar