Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-29/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun və bu borcun əvəzinin girov predmetinə yönəldilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı "borcun və bu borcun əvəzinin girov predmetinə yönəldilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan iddia ərizəsi məhkəmə baxışına təyin olunduqdan sonra məlum olmuşdur ki, Cavabdeh 03.06.2013-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Cavabdeh vəfat etdiyindən və nə əmlakı, nə də vərəsəsi müəyyən olunmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun və bu borcun əvəzinin girov predmetinə yönəldilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun və bu borcun əvəzinin girov predmetinə yönəldilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-29/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-29/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver